Cana bəla dişdən gəlir, dişimiz isə ...

Cana bəla dişdən gəlir, dişimiz isə ...Azərbaycanda əhalinin 90 faizinin dişində kariyes var
Həkimlərin gəldiyi bu qənaət əslində problemin nə qədər aktual olmasından xəbər verir. Bizlər hər şeyə pul tapırıq, pul ayırırıq, hətta kreditə giririk, amma sağlamlıq məsələsində etiraf edək ki, bir qədər ləng tərpənirik. Elə götürək əhalinin 90 faizinin dişində kariyes olmasını. Sizcə, bu, bizim biganəliyimzdən irəli gəlmirmi? Biganəlik ona görə deyirəm ki, birincisi, qidalanmamıza çox vaxt diqqət yetirmirik, ikincisi, dişimizdə bir qaralma, çürümə başlayanda "əşi, heç nə olmaz deyib" əhəmiyyət vermirik.

Bəs dişdə kariyes nədən əmələ gəlir? Bunun bir səbəbi varmı? Qeyd edək ki, həkimlər bu qənaətdədirlər ki, illər öncə dişlərdə kariyes az olub, amma zaman keçdikcə digər xəstəliklər kimi, kariyes xəstəliyi də artıb və artmaqda davam edir. Ümumilikdə isə, kariyes çoxsəbəbli xəstəlik hesab olunur. Məsələn, şirniyyata güclü həvəs göstərən insanların dişində kariyes daha çox müşahidə edilir. Kariyeslə mübarizənin ən yaxşı yollarından biri də meyvə-tərəvəzə üstünlük verməkdir.

İçdiyimiz suyun dişə təsiri

Bir vaxtlar Rusiyada stomotoloq işləmiş Əlvan Hüseynov deyir ki, kariyesin yayılmasının ikinci bir səbəbi flüor adlanan mikroelementin azlığı ilə bağlıdır. Belə ki, Azərbaycanın bəzi bölgələrində suyun tərkibində flüor çatışmazlığından dişlərdə bu cür problemlər əmələ gəlir. Flüor həm də diş səthinin bərkiməsi baxımından çox faydalıdır. Araşdırmalar göstərir ki, Bakı suyunda da flüor azdır. Əhəmiyyətini, faydasını nəzərə alıb bir çox ölkələrdə suya dövlət səviyyəsində qərar qəbul edilərək flüor vurulur. Yəni, əhaliyə su verilməmişdən öncə flüorlanır, sonra mənzillərə verilir. Lakin hər ölkə buna maraq göstərmir. Söhbət ondan gedir ki, suyun flüorlanması çox baha başa gələn bir proses hesab edilir.

"Zəmanə dəyişib, zaman o zaman deyil"

Ə.Hüseynovun dediyinə görə, dişdə kariyes olmasının bir səbəbi kimi isə lazımi qulluq edilməməsini göstərmək olar. Bundan başqa, bəzi insanlar hətta diş pastasından istifadə etsələr belə, dişlərini düzgün təmizləmirlər. Stomotoloq: "Fırça üst çənədəki dişlərdə üstdən aşağı, alt çənədəki dişlərdə isə, altdan yuxarı hərəkət etdirilməlidir ki, aradakı qidaları çıxarda bilsin",-deyir. O, əlavə edir ki, dişlər ancaq görünən tərəfdən deyil, bütünlüklə fırçalanmalı, damaq da, dil də təmizlənməlidir. Stomotoloqların fikrincə, qida qalıqları, ağız boşluğunun nəmliyi, istilik və qaranlıq mikrobların inkişafı üçün əlverişli hesab olunur. Bəzi insanlarda isə kariyes irsən keçir.

Azərbaycanda dişlə bağlı bir atalar sözü də var; dişin ağrıdı çək qurtar. Bəlkə, bir zamanlar dişin müalicə və müayinəsi mümkün olmadığı üçün böyüklərimiz bu qənaətə gəliblər, yəni bu fikir yerinə düşüb, amma indi zəmanə dəyişib, zaman o zaman deyil, dişi çəkdirmək ən sonuncu variantdır. Bundan öncə isə dişin müayinəsi, müalicəsi və ya plomb qoyulması mərhələsi var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2455   Tarix: 23 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960