Dünyanın ən iri ağ və mavi brilliyantı - Video

Dünyanın ən iri ağ və mavi brilliyantı - VideoDünyada hərraca çıxarılan ən böyük oval brilliyant nümayiş etdirilib. "Sotbis" hərracında satışa çıxarılacaq ağ brilliyantı, eləcə də, ən böyük göy brilyantı Honkonqdakı sərgiyə gələnlər öz gözləri ilə görə biləcəklər.

Hərracda diqqət mərkəzində olan ağ brilliyantın ölçüsü 118,28 karatdır və bu, indiyədək hərraca çıxarılan ən böyük daşdır. Ölçüsünə görə kiçik bir yumurta böyüklüyündədir. 2011-ci ildə Cənubi Afrikada tapılan bu nəhəng daş ən azı 28 milyon avro dəyərində qiymətləndirilir. İki həftədən sonra baş tutacaq hərracda ağ brilyantla yanaşı 7,59 karatlıq mavi brilliyant da satışa çıxarılacaq. Bu daşın qiyməti 19 milyon avrodan başlayır.

Mütəxəssislərin fikrincə, bu mavi brilliyantların ən irisidir. Ümumilikdə, hərracda 300 lot təqdim olunacaq, onların hamısının dəyəri 110 milyon avrodan artıqdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2327   Tarix: 23 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740