Elmlər Akademiyası belə olacaq – Fotolar

Metronun "Elmlər Akademiyası" stansiyasının genişləndirilməsi üzrə işlər davam etdirilir.

BiG.AZ xəbər verir ki, Bakı Metropoliteni İdarəsindən layihə çərçivəsində dörd əlavə çıxışın inşa olunduğunu və onların müasir eskalatorlarla təchiz ediləcəyini bildiriblər.
Çıxışlardan biri Bakı Dövlət Universitetinin qarşısında (Z.Xəlilov küçəsi), ikincisi Mətbuat prospektində, digər ikisi isə tikilməkdə olan kitabxana binasının yaxınlığında yerləşəcək. İnşaat işləri müasir standartlara uyğun aparılır.
Metropolitendən bildiriblər ki, "Elmlər Akademiyası" stansiyasının dörd yeni giriş-çıxışının inşası bu ərazidə bir neçə ali təhsil müəssisəsi və dövlət idarələrinin yerləşməsindən irəli gələn sərnişin sıxlığı ilə bağlıdır. Metronun əlavə çıxışları 2015-ci ildə hazır olacaq.

Elmlər Akademiyası belə olacaq – FotolarElmlər Akademiyası belə olacaq – FotolarElmlər Akademiyası belə olacaq – FotolarElmlər Akademiyası belə olacaq – FotolarElmlər Akademiyası belə olacaq – Fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 5075   Tarix: 21 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş