"Bakı" sözünün izahlı mənası-FOTO

Bakı adına ilk dəfə V-VIII əsr mənbələrində "Baqavan" və ya Baquan, Atşi Baqavan və ya Atşi Baqvan, yəni Atəşi Baquan kimi təsadüf olunur. Baqa sözün kökü, "an" və "van" isə məkan bildirir.

«Bakı» sözü dəqiq izahını tapa bilməyən toponimdir. Sözün hardan yarandığı ilə bağlı onlarla fikir var. Bəzi alimlər bu toponimi eramızın VII əsrində bu ərazidə yaşamış "bakan" tayfası ilə əlaqələndirirlər, bəzilərinin fikrincə isə paytaxtımızın adı "Bakuyə" sözündən götürülmüşdür.

Bakı toponiminin qədimliyi haqqında ilk məlumata İ.İ.Meşşaninovun 1927-ci ildə Bakıda nəşr olunmuş "Eqipet i Kavkaz" adlı məqaləsində rast gəlmək olar. Fərziyyəyə görə, e.ə. III minilliyin sonlarına aid edilən "Ölülər kitabı" Misir mifologiyası toplusunda əksini tapmış "Bakhav" toponiminin Qafqazda formalaşmasıdır.Sözün kökü olan "Baka" "Günəşin doğulduğu yer" və ya "Səhər şəfəqi" kimi iddia edilir. Bu toponim Böyük Qafqazın şərqində yerləşən Bakı ilə eyniləşdirilir.

İslam dini fəlsəfəsində Allahın 99 mübarək adının 96-cısının əl-Bakiy olması da məlumdur. On birinci imam Hz.Həsən Əsgərinin oğlu Hz.Mehdinin (Sahibi-Zaman) özəl adlarından biri də məhz Hz.Bakıyyətullahdır. Burada "Bakıy" etnonimi əlbəttə ki, əbədi mənasındadır. Bakı sözü ərəbcə "sonsuz", "əbədi", "qalan", "fani olmayan", "varlığı daim olan", türkcə isə "toxunulmaz" və "müqəddəs" anlamını verir. Sanskritcə (qədim hind ədəbi dillərindən biri) "bhaqa" günəş anlamındadır. Avesta və qədim pəhləvi-iran-fars dillərində "baqa" və yaxud "baq" tanrı deməkdir. E.ə. VI əsr Bisütun mixi kitabəsində (İranın Həmədan şəhəri yaxınlığında Bisütun qayası üzərində İran şahı I Daranın (e.ə. 522-486) həkk etdiyi kitabə) də "Baqa" sözünə rast gəlinir.

Azens.az saytının məlumatına görə, "Baqa" sözü günəş-od kimi tərcümə edilərək dolayısı ilə "Boq" sözünü formalaşdırmış və bu etnonim rus dilinə belə keçmişdir. "Bhaqavad Qita" – Veda müdrikliyinin məğzi olan dünyanın transindental ruhi və fəlsəfi klassikasının ən məşhur əsərlərindən biridir. Sözün kökü "bhaqa" – "günəş" və ya "Tanrı" deməkdir. Demək "Bhaqa", "baqa", "baq" sözləri – əsrlər boyu dəyişmiş, Günəş, Tanrı və ya od, alov, atəş anlamını verərək formalaşmışdır. Bəzi mənbələrdə bu etnonim Tanrı-Allah kimi də verilir. Nəhayət, belə nəticəyə gəlmək olar ki, bu ərazidə çox qədimlərdə torpaqdan çıxan qaz və neft yanıb od-atəş halında göründüyü üçün adıçəkilən etnonimlər assimilyasiyasına uğramış, burada yaşayan xalq "baq", "baqa", ərazi isə "Baqavan", "Bakuyə", "Baku", "Baki" və Bakı kimi formalaşmışdır. Toponim "Allah şəhəri", "Allah yeri" və ya "Günəş (atəş) şəhəri", "Günəş (atəş) yeri" mənasını daşıyır.

Bakı XII-ci əsrdə Şirvanşahlar dövlətinin, XVI əsrdə Səfəvilər dövlətinin, XVII əsrdə Osmanlı imperiyasının, XVIII əsrdə isə Bakı xanlığının əsas şəhərlərindən biri olmuşdur. Bakı dünyada 20 şəhərlə "qardaşlaşmış şəhər" statusuna malikdir. Bunların arasında Türkiyənin İstanbul və İzmir, İranın Təbriz, İtaliyanın Neapol, İraqın Bəsrə, Səudiyyə Ərəbistanının Ciddə, CAR-ın Yohannesburq və Rusiyanın Moskva şəhərləri var.

"Bakı" sözünün izahlı mənası-FOTO"Bakı" sözünün izahlı mənası-FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8797   Tarix: 14 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424