"Anamın yoldaşı mənim üçün əsl atadır" - Aysun

Axşam.az müğənni Rəqsanənin qızı Aysunun BiG.AZ axsam.az-a istinadən bildirir ki, müsahibəsini təqdim edir.
- Bilirik ki, oktyabrda hazırladığın geyimləri nümayiş etdirəcəksən. Dəfiləyə necə hazırlaşırsan?
- Oktyabrın ortasında "partlayış" edəcəm (Gülür). Hazırladığım dəfilə kimi Azərbaycanda dəfilə olmayıb. Bu işdə iddialıyam. Hər kəs 10-15 paltar sərgiləyir və dəfilələri bitir. Heç bir fərqlilik, qeyri-adilik görmürəm. Mən 80-a yaxın paltar nümayiş etdirəcəm. Onların içərisində çimərlik geyimləri, uşaq, kişi, qadın geyimləri var. Hamilə qadınlar üçün maraqlı, qeyri-adi paltarlar hazırlamışam. Moskvada artıq dərzilər paltarları tikir. Tezliklə işimin şahidi olacaqsınız.
- Haqqında tez-tez söz-söhbətlər, şayiələr gəzir. Bunları eşidəndə hansı hisləri keçirirsən?
- Mən şayiələrə fikir vermirəm, özləri üçün danışırlar. Həmişə məşhur insanların övladları haqqında danışır, onları müzakirə edirlər. Amma mənim vecimə deyil, ömür boyu danışacaqlar. Onlara ancaq deyə bilərəm ki, özlərini yormasınlar.
- Əsasən müğənni uşaqları valideynlərinin sənətinə maraq göstərirlər. Səndə necə müğənniliyə həvəs varmı?
- Mən anamın çəkdiyi əziyyətləri, yaşadığı problemləri görmüşəm. Ona görə heç vaxt müğənni olmaq istəməmişəm. Ümumiyyətlə şou-biznesə qatılmaq istəmirəm və qatılmayacam. Mən əsl iş qadını olmaq istəyirəm, ona görə modelyerliyi seçmişəm və sənətimlə sevə-sevə məşğul oluram.
- Gələcək planların haqqında nələr deyə bilərsən?
- Koorperasiya texnikomuna daxil olmuşam. İki il sonra oranın universitetinə sənət verəcəm və ali təhsilli dizayner olacam. İstəyirəm ki, dəfilədən sonra mağazam olsun və orada xanımlara dəbləri, yeni modelləri təqdim edim, insanlarla əlaqə qurum, onlar mənim hazırladığım paltarları geyinsin. Məni Aysun olaraq tanısınlar, desinlər ki, filankəs Aysunun paltarından geyinmişdi. Bu sahədə brend olacam. Kimsə məni özünə rəqib görə bilər, mən heç kimi özümə rəqib görmürəm.
- Rəqsanə təzə ailə qurub. Atalığınla münasibətin necədir?
- Anamın yoldaşı mənim üçün əsl atadır. Mən bu yaşıma kimi ata qayğısı görməmişəm. Amma indi mən ata nəvazişi, sevgisi görürəm. Yaxşı ki o, bizim həyatımızda var, ümid edirəm ki, həmişə bizim yanımızda olacaq.

"Anamın yoldaşı mənim üçün əsl atadır" - Aysun"Anamın yoldaşı mənim üçün əsl atadır" - Aysun"Anamın yoldaşı mənim üçün əsl atadır" - Aysun"Anamın yoldaşı mənim üçün əsl atadır" - Aysun"Anamın yoldaşı mənim üçün əsl atadır" - Aysun


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9781   Tarix: 16 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi, çılğın, hər şeydə

26.03.2024 454
.

Zaur Baxşəliyevdən arxasınca danışan şəxsə sərt cavab: "Onun telefonunu mən almışam" - VİDEO

"Ona aldığım telefonla sosial şəbəkələrdə canlı açıb dalımca danışır". Bu sözləri ATV-də yayımlanan "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev bildirib. O qeyd edib ki, yardım etdiyi şəxslər onun arxasınca danışırlar:. "Onun telefonunu mən almışam. Bahalı da bir telefo

28.03.2024 0
.

Zaranın formada qalma sirri

Türkiyəli müğənni Zara formada qalmasının sirrini bölüşüb. Axşam.az xəbər verir ki, sənətçi müsahibəsində 9 kiloqram çəki atmasından danışıb:. "Tərəvəzli yeməklər yeyirəm. Günəş batandan sonra qidalanmıram. Həftənin 3 günü idman edirəm. Ən vacibi də stressdən uzaq dururam"

27.03.2024 366
.

Türkiyəli məşhur sevgilisindən ayrıldı - FOTO

Türkiyəli müğənni Buray sevgilisindən ayrılıb. BİG.AZ -a istinadən xəbər verir ki, ifaçının aktrisa Ezgi Şenler ilə münasibəti qısamüddətli olub. Belə ki, yeni filminin mətbuat konfransında səssizliyini pozan aktrisa bunları deyib:. "Bütün münasibətlərdəki kimi, eşq başlayır və bitə də bilir. Aramızd

24.03.2024 303
.

"Moskvadakı yaxınlarım üçün narahat idim"

Müğənnilər Sevil və Sevinc Səfərovalar Moskvada baş verən terror hadisəsi ilə bağlı paylaşım edib. OLAY yazır ki, onlar instaqram hesablarında bu sözləri paylaşıblar:. coskvada yaşananlar hər birimizi çox üzdü. Rəfiqələrim, yaxınlarım üçün narahat idim. Allah hər kəsə kömək olsun"

24.03.2024 445
.

İlkin qızının ad günündən görüntü paylaşdı

Aparıcı İlkin Həsəninin qızı Alisin ad günü olub. Axşam.az xəbər verir ki, aparıcı övladı üçün evində məclis edib. İlkin ad günündən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Qeyd edək ki, İlkin bloger Aysellə ailəlidir. Cütlüyün iki övladı var

26.03.2024 964
.

Naxçıvanda konsert verən Roza səhnədəki bu hərəkəti ilə GÜNDƏM OLDU - VİDEO

Müğənni Roza Zərgərli Naxçıvanda konsert proqramı ilə çıxış edib. Bizim.Media xəbər verir ki, sənətçinin Elşən adlı azyaşlı pərəstişkarı səhnəyə qalxaraq gözlənilmədən onun dodağından öpüb. Bundan sonra nə deyəcəyini bilməyərən fanat üzünü səhnəyə tutub və etdiyi hərəkətdən utanıb. Zərgərli isə fanatını

26.03.2024 899
.

"Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"

"Bütün verilişləri izləyirəm. ATV-də baş redaktor olmuşam, alışqanlığım var: bütün verilişlərdən xəbərim olmlıdır. "Bizimləsən" uzun illərdir yayımlanır. Zaur və komandasının yardım etdiyi qədər xəstə heç bir proqramda olmayıb". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Günay Baxşəliyev

26.03.2024 546
.

Afra Saraçoğlu və Mert Ramazan Demir birlikdə yaşayacaq

Aktrisa Afra Saraçoğlu və aktyor Mert Ramazan Demir birlikdə yaşamağa qərar veriblər. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Onlar artıq yeni evə köçüblər

26.03.2024 730