Ay üçün böyük təhlükə yaranıb - VIDEO

Ay üçün böyük təhlükə yaranıb - VIDEONASA aya tədqiqat üçün raket göndərib. NASA mütəxəssislərinin fikrincə, Ayın atmosferi çox həssasdır və gələcəkdə digər ölkələrin və ya özəl şirkətlərin Aya missiyalar göndərməsi atmosferi zədələyə bilər.

"LEYDİ" layihəsi üçün NASA tərəfindən 280 milyon dollara yaxın vəsait xərclənib. Aparatın Aya tam bir ay ərzində çatacağı gözlənilir. "LEYDİ" orada saatda 150 kilometrədək sürətlə hərəkət edərək növbəti aylar ərzində toz qatı və atmosfer barədə lazımi məlumatları NASA laboratoriyalarına ötürəcək. Bunun üçün aparat lazer kommunikasiya texnologiyaları ilə təchiz olunub.

NASA əməliyyat direktoru, Cim Qrin: ""LEYDİ" ənənəvi radiovasitələr əvəzinə yerlə yüksək bağlantı yarada biləcək lazer texnologiyaları ilə təchiz edilib. Bu, bizə infraqırmızı şüaların yüksək sürətlə hərəkəti vasitəsi ilə bir saniyə ərzində 620 meqabayt həcmində məlumatı Aydan Yerdəki laboratoriyalara ötürmək imkanı verəcək".

"LEYDİ" missiyası altı ay davam edəcək. Raket buraxılışı ənənəvi olaraq Kanaveral kosmodromunda gözlənilsə də, raketin daha uzaq məsafələrdə görünəcəyi səbəbi ilə raket buraxılışı Virciniy kosmodromuna keçirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1940   Tarix: 09 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740