Müğənnilər ayda nə qədər pul qazanır? VİDEO

Müğənnilər ayda nə qədər pul qazanır? VİDEOŞou-biznes əhlinin qazandıqları pullar, sərvətləri hər zaman maraq doğurub.

"Onlar" verilişi araşdırma apararaq, ən varlı müğənnini tapmağa çalışıb.

Sənətçilər qazandıqları pullardan, onları harada saxladıqlarından danışıblar:

BiG Az, azxeber.com -a istinadən bildirir ki, Xalq artisti Faiq Ağayev: "O, qədər çox pul qazanmıram ki, onun üçün banka üz tutum. Kim-kimə deyər pulunu harada saxladığını? Pullarımı bankda yox, bankada saxlayıram".

Xalq artisti Aygün Kazımova: "Heç pulu üst üstə qoya bilirəm ki, onu saxlamağa da yer axtarım?! Əlimə burdan gəlir, ordan göndərirəm layihəyə. Heç qazanmadığım ay olmayıb. Ümumən ay ərzində 30-40 min gəlirim olur. Zənnimcə, ən varlı müğənni İlhamə Quliyevadır".

Əməkdar artist Tünzalə Ağayeva: "İş adamı deyiləm ki, çox pulum olsun, onu saxlamaq üçün banka üz tutum".

Əməkdar artist Ədalət Şükürov: "Əvvəllər pul çox idi, indi o qədər yoxdur. Yaxşı müğənni ayda 30-40 min manat qazanır. Şou-biznesdə məndən də varlıları var. Kimin maşını varsa deyirlər, varlıdır".

Xalq artisti Brilliant Dadaşova: "Pullarımızı nəslimizin qarnında saxlayıram. Mənim heç pulum var ki, saxlamağada yer axtarım? Evimdə cakuzim də yoxdur. Bağımda bir hovuz tikdirə bilmirəm. Halbuki üzməyi çox sevirəm".

Müğənni Xəyyam Nisanov: "Bir az pulum var, onu da bankda saxlayıram. Düşünürəm ki, şou-biznesdə ən varlı müğənni Ədalət Şükürovdur".

Müğənni İradə İbrahimova: "Mən pul qazanmıram. Həyat yoldaşımın pullarını yığıram. Biz müğənnilərin əlinə pul gələn kimi qaçıb maşın alırıq".

Müğənni Natavan Həbibi: "Pullarımı evdə saxlayıram. Hərdən anam çantama pul qoyur ki, bəlkə küçədə nəsə oldu. Pulum nə qədər çox olsa, özümü o qədər yaxşı hiss edirəm. O, kart nə qədər cılız görünsə də əsasdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4164   Tarix: 07 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türk mediası Cavanşir Məmmədovun ölümündən yazdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün vəfat edib. Axşam.az-ın məlumatına görə, bu barədə türk mediasında da xəbərlər dərc olunub. Məlumatda Azərbaycanın tanınmış sənətçilərindən biri Cavanşir Məmmədovun 70 yaşında evində ürəktutmasından dünyasını dəyişdiyi əks olunub. Həmçini

21.04.2024 752
.

Vüsalə mini ətəkdə əyləşib ELƏ POZ VERDİ Kİ... - FOTOLAR

Məşhur aparıcı Vüsalə Əlizadə sosial mediada paylaşımı ilə diqqətləri cəlb edib. BİG.AZ xəbər verir ki, aparıcı "instagram" hesabında fotolarını yayımlayıb. Vüsalənin mini geyimdə cazibədar görünüşü diqqət çəkib. Sözügedən fotoları təqdim edirik:

21.04.2024 2734
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1608
.

Qarabaşaq yarmasını bir də bu cür bişirin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bəzi insanlar qarabaşaq yarmasını bişirməzdən əvvəl isladır, bəziləri isə qızadır. xarici mətbuata istinadən xəbər verir ki, bunun qarabaşaq yarmasının formasını saxlamasına və dadını maksimum dərəcədə artırmasına kömək etdiyinə inanılır. Bundan əlavə qarabaşaq yarmasını islatdıqdan sonra bir qaşıq limo

20.04.2024 785
.

Lalədən qalmaqal yaşadığı Cavanşir Məmmədovla bağlı paylaşım

Aparıcı Lalə Azərtaş qalmaqal yaşadığı mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. OLAY yazır ki, o, instaqramın hekayə bölməsində müğənninin ölüm xəbərini paylaşaraq "Allah rəhmət etsin", - deyə, bildirib. Qeyd edək ki, bir müddət öncə C. Məmmədovla Azərtaş arasında gərgi

20.04.2024 2223
.

Camillanın heyran edən "Şirin dil"i – VİDEO

Gənc və istedadlı müğənni Camilla yeni ifasını təqdim edib. xəbər verir ki, sənətçi, məşhur bəstəkar Emin Sabitoğlunun dillər əzbəri olan "Şirin dil" əsərinə yeni nəfəs verib. Elvin İmanovun aranjımanı və rejissor Ramal Nəsiblinin ekran işi ilə möhtəşəm iş ərsəyə gəlib. Camillanın "Şiri

23.04.2024 363
.

Aparıcı Tolik: "Axşam mənim verilişimdə idi"

"Mərhumun həyat yoldaşı Xalidə xanımla danışdım, deyir, gecə saat birdə rəhmətə gedib. O radələrdə xırıldayıb və dünyadan köçüb". Bunu -a açıqlamasında aparıcı Tarix Əliyev (Tolik) deyib. O bildirib ki, Əməkdar artist Cavanşir Məmmədov axşam onun verilişində olub:. "Mənim verilişimdə idi

20.04.2024 2484
.

"Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını..."

"Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır". OLAY yazır ki, bu sözləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, müğənninin ölümü ilə bağlı kədərini dilə gətirib:. "Sonuncu danışığım qızının keçmiş həyat yoldaşını verilişdən uzaqlaşdırmağıml

20.04.2024 1724
.

Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı

Aparıcı İlqar Mikayıloğlunun vəkil həyat yoldaşı Zülfiyyə Bayramova paylaşımı ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, o, xəstəxanadan video yayımlayıb. Z.Bayramovanın əməliyyat olunduğu əks edilib. O, paylaşıma "Allah bütün xəstələrə şəfa versin" şərhini yazıb. Qeyd edək ki, Z.Bayramov

20.04.2024 1076