Ləkəni paltarlardan necə təmizləmək olar

Ləkəni paltarlardan necə təmizləmək olarYağlı boya ləkəsi

İstənilən növ parçadan olan paltara düşən yağlı boya ləkəsini benzinaseton qarışığı ilə təmizləmək olar. Parça və yaxud pambığı bu qarışıqda isladıb ləkə düşən hissəni təmizləyin. Hərəkətin ancaq bir istiqamətdə olmasına diqqət yetirin. Əgər ləkə təzədirsə, onu əvvəlcə asetonla islatmaq, sonra benzinlə silmək lazımdır. Ləkəni təmiz kerosinə batırılmış pambıqla da təmizləyə bilərsiniz. Sonra bu hissəni naşatır spirti ilə yenidən sürtün. Əgər ləkə köhnədirsə, onu təmizləmək daha çox vaxt aparar. Qurumuş ləkənin üzərinə əvvəlcə kərə yağı çəkin. Bir neçə dəqiqə gözlədikdən sonra yumşalmış ləkəni benzinlə silin. Bir-iki saatdan sonra ləkənin yerini təmiz yuyucu soda ilə silin. Adətən, bu proseslərdən sonra ləkə itir. Ləkənin tam təmizləndiyinə əmin olduqdan sonra paltarı adi qayda ilə yuyun.

Yağ ləkəsi

Bəzən adi yağ ləkələri yuyulduqdan sonra yox olur. Əksər hallarda isə onları yumaqla təmizləmək mümkün olmur. Buna görə də paltarı yumazdan əvvəl ləkəni təmizləmək lazımdır. Ləkə düşən kimi onun üzərinə ya narın duz, ya təbaşir tozu, ya da diş tozu səpmək lazımdır. Bu maddələr yağı yavaş-yavaş özünə hopdurur - buna görə də ləkənin dərhal yox olmasını gözləməyin, bunun üçün bir neçə saat vaxt lazımdır. Əgər uzun müddət gözləmək imkanınız yoxdursa, paltarın ləkə düşən hissəsinə həm altdan, həm də üstdən "prisipka", yaxud diş tozu səpin, hər iki tərəfi siqaret kağızı və ya suçəkən kağızla örtün və qaynar ütü ilə ütüləyin. Əgər ləkə çox böyükdürsə, tozu və kağızı bir neçə dəfə təzələyin. Paltardakı yağ ləkəsi köhnədirsə, onu benzinlə isladıb bir-iki saat gözlədikdən sonra hər iki tərəfdən kağız qoyub qaynar ütü ilə ütüləmək lazımdır. Əgər ləkəni bu üsulla təmizləyə bilmirsinizsə, onda skipidar, benzin, yaxud asetondan istifadə etmək lazımdır. Parçanın ləkəli hissəsinə altdan suçəkən kağız qoyun, sadalanan maddələrin birində isladılmış pambıqla ləkəni kənarlardan ortaya doğru silin. Kağız və pambıq çirkləndikcə təzəsi ilə əvəz olunmalıdır. Bundan sonra paltarı yuyun. Yuyulmaq üçün nəzərdə tutulmayan paltarı ləkənin yeri quruduqdan sonra ütüləməklə kifayətlənmək olar.

Pas ləkəsi

Burda adi yuyulma heç cür kömək edə bilməz. Pas ləkəsini təmizləmək üçün sizə üzvi turşulardan istifadə etmək lazım gələcək. Bunun üçün oksalat turşusu, yaxud limon turşusu ilə sirkənin qarışığı yararlıdır. İstifadə edəcəyiniz turşunun dərəcəsi ləkənin intensivliyindən asılıdır. Adətən, bu məhlulu hazırlamaq üçün bir stəkan suya 2 qramdan 20 qrama qədər turşu əlavə etmək lazımdır. Məhlul saxsı və ya farfordan olan qabda hazırlanmalıdır. Hazır məhlulu isitdikdən sonra parçanın ləkəli hissəsini çox qısa müddətə onun içinə salın. Sonra isə bol su ilə yaxalayın. Əgər ləkə tam təmizlənməyibsə, prosesi təkrar edin.
Pas ləkəsi süni rənglənmiş parçaya düşübsə, bu üsuldan istifadə etmək olmaz. Burada sizə eyni nisbətdə qarışdırılmış qliserin, sürtkəcdən keçirilmiş sabunsu qarışığı kömək edə bilər. Parçanın ləkəli hissəsini bu məhlulla sürtün, bir sutkadan sonra mütləq adi qayda ilə yuyun. Əgər sizdə adını qeyd etdiyimiz turşular yoxdursa, onda qaynama həddinə qədər qızdırılmış limon turşusundan istifadə etmək olar. Ağ parçalarda pas daha aydın görünür. Belə parçalardan ləkəni 1 stəkan suya qarışdırılmış 20 qram hidrosulfit məhlulu ilə təmizləmək olar. Məhlulu 60-70 dərəcə həddində qızdırdıqdan sonra ləkəli parçanı onun içinə salın, sonra isə yuyun. Bu məhlulu rəngli parçalarda istifadə etmək olmaz.

Giləmeyvə və qırmızı şərab ləkəsi

Bir daha qeyd edək ki, ləkə qurumamış onun üzərinə narın duz səpmək lazımdır. Qırmızı şərab ləkəsini qaynar su ilə də təmizləmək olar. Bunun üçün parçanın ləkə düşmüş hissəsini tarım açıb, ləkə yox olana qədər üzərinə qaynar su tökmək lazımdır. Əgər ləkə köhnədirsə, hiposulfit, sulfit və hidrosulfitli məhlullardan istifadə etmək lazımdır. Bunun üçün bir stəkan suya 3-5 qram turşu əlavə edin. Sonra pambığı bu məhlula batıraraq, ləkəni kənarlarından ortaya doğru təmizləyin. Unutmayın ki, bu məhlulu ancaq ağ parçalarda istifadə etmək olar. Bu ləkələri qaynar südün köməyilə də təmizləmək olar. Bunun üçün parçanı bir neçə dəqiqəlik qaynar südün içinə salın, sonra isə adi qayda ilə yuyun. Su ilə qarışdırılmış hidrogen peroksid və naşatır spirti qarışığı da bu ləkələrin təmizlənməsində köməyinizə gələ bilər. Bu məhlulların istifadəsindən sonra əşyanı əvvəlcə təmiz su ilə, sonra da adi qaydada yumaq lazımdır. Rəngli paltarlardan ləkəni aparmaq çox çətindir. Bu halda sizə qliserin, yaxud onun yumurta sarısı ilə qarışığı (1 hissə yumurta sarısı və 2 hissə qliserin) işinizə yarayar. Ləkəni bir neçə dəfə bu maddədə isladın, 2-3 saat saxladıqdan sonra təmiz su ilə yuyun

Mürəkkəb və adi boya ləkəsi

Mürəkkəb ləkəsini (xüsusən isti-isti) təmizləməyə naşatır spirti və yaxud çay sodası məhlulu (1 stəkan suya 2-3 çay qaşığı soda) kömək edə bilər. Ləkəni 6-10 qram oksalat, yaxud limon turşusu əlavə edilmiş, qızdırılmış 1 stəkan suyla təmizləyə bilərsiniz. Təmizləmədən sonra paltarı təmiz su ilə yumaq kifayətdir. Ağ parçadan mürəkkəb və boya ləkəsini aparmaq üçün 1 litr suya 30 qram quru xlor, 20 qram yuyucu toz əlavə edin. Məhlulu bir neçə dəqiqə saxladıqdan sonra başqa qaba süzün və istifadə edin. Bundan sonra parça əvvəlcə təmiz, sonra isə sabunlu su ilə yuyulmalıdır. 1 stəkan suda həll edilmiş 5-10 qram hidrosulfit məhlulunu 50-60 dərəcə həddində qızdıraraq bu ləkələri aparmaq üçün istifadə edə bilərsiniz. Parçanın ləkəli hissəsini bu məhlul olan qabın içinə salın və təmizlənənə qədər gözləyin. Bundan sonra paltar yuyulmalıdır.

His və qurum ləkəsi

Bu qara ləkələr istənilən parçada gözə çarpır. Əgər onları adi şotka ilə sürtərək, təmizləyə bilməmisinizsə, skipidarda isladılmış pambıqla təmizləyin. Bundan sonra əşyanı ilıq sabunlu suda yumaqla təmiz olacağına əmin olun. Əgər bu proses ləkəni tam aparmağa kömək etməzsə, onda eyni nisbətdə qarışdırılmış yumurta sarısı və skipidar qarışığından istifadə edin. Qarışığı ləkənin üzərinə çəkin, pambıq, yaxud şotka ilə yüngülcə sürtün və təmiz ilıq su ilə yuyun.

Yumurta ləkəsi

İstər ağ, istərsə də rəngli parça olsun, fərqi yoxdur, əgər üzərinə yumurta ləkəsi düşübsə, onu təcili təmizləmək lazımdır. Çünki belə ləkələr uzun müddət qaldıqda, yumurtanın zülal tərkibi həll olunmayan maddəyə çevrilir. Adətən, bu ləkələri suyla qarışdırılmış naşatır spirti ilə təmizləyirlər. Əgər ləkələr artıq köhnəlibsə, onda naşatır spirtini eyni həcmdə qliserinlə qarışdıraraq istifadə edin. Yalnız qliserindən, onu 35-40 dərəcə qızdırıb, istifadə etmək də olar. Pambığı ilıq qliserinə batırıb ləkəni silin və 15 dəqiqəlik fasilədən sonra təkrar edin. Sonra paltarı yuyun.

Tər ləkəsi

Adətən, tər ləkəsi ipək paltarlarda qalır. Onları qatı xörək duzu məhlulu ilə təmizləmək mümkündür. Yun parçalardan belə ləkələri sabunlu suda isladılmış şotka ilə təmizləmək olar. Bundan sonra isə oksalat turşusu məhlulundan istifadə edin. Məhlulu sabunlu su ilə silinmiş hissəyə çəkin, sonra ilıq su ilə yuyun

Ot ləkəsi

Açıq havada gəzintidə nə qədər ehtiyatla hərəkət etsəniz də, ot ləkələrindən tam xilas olmaq çətindir. Bu ləkələri tez bir zamanda adi yuyulma üsulu ilə təmizləyə bilərsiniz. Sabunlu suya naşatır spirti məhlulu əlavə etsəniz, nəticə daha mükəmməl olar. Yumazdan əvvəl paltarın ləkəli hissəsinə naşatır spirti çəkmək olar. Ancaq bu halda paltarın rənginin getməyəcəyinə tam əmin olmaq lazımdır. Sirkə ilə eyni nisbətdə qarışdırılmış oksalat turşusu da bu ləkələri aparmağa kömək edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9664   Tarix: 08 sentyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188