Müğənninin konserti Qazaxıstanda iğtişaş yaratdı - VIDEO

Müğənninin konserti Qazaxıstanda iğtişaş yaratdı - VIDEOKayrat Nurtasın konsertini yarımçıq kəsməsi tamaşaçıları qəzəbləndirib. Qazaxıstanın məşhur müğənnisi Kayrat Nurtasın konsertini yarımçıq kəsməsi tamaşaçıların qəzəbinə səbəb olub. BiG.AZ anspress.com-a istinadən bildirir ki, müğənni səhnədə ilk mahnısını oxuyan zaman pərəstişkarların həddindən artıq canfəşanlığı konsertdə iğtişaş salıb. İfaçı vəziyyətin gərginləşdiyini görüb konserti yarımçıq kəsərək səhnəni tərk edib. O, özü cuşa gəlmiş kütlənin arasından güclə canını qurtarıb.

Kayrat Nurtasın bu hərəkəti tamaşaçıları qəzəbləndirib. Qarşıdurma zamanı daxili qoşunların 10 əsgəri yaralanıb. Şahidlərin sözlərinə əsasən, konsertin ləğvi elan edildikdən sonra səhnədə hay-küy salınıb. Polis avtomobili və yay kafesi, konsert keçiriləcək yerə yaxın olan ticarət-əyləncə mərkəzi yandırılıb. Mənbə bildirib ki, ticarət-əyləncə mərkəzi daxili qoşunların əsgərləri tərəfindən mühasirəyə alınıb. 13 nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, Kayrat Nursat Qazaxıstanın ən məşhur müğənnilərindəndir və onun konsertlərinə hətta anası bilet tapmır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2295   Tarix: 03 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390