Ərdoğana əsəbləşdi və efirdə istefa verdi - Video

Ərdoğana əsəbləşdi və efirdə istefa verdi - VideoTRT ərəbcə kanalının aparıcısı Türkiyə baş nazirini sərt şəkildə tənqid edib. Türkiyənin ictimai kanalı TRT ərəbcə bürosunun misirli aparıcısı Bəşir Abdulfəttah canlı efirdə istefa verdiyini açıqlayıb. Abdulfəttah bu addımını Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Misir siyasətini bəyənməməsi ilə izah edib. İndiyə qədər TRT-də işlədiyi üçün bütün misirlilərdən üzr istəyən aparıcı Əesoğanı tənqid edərək bu kanalla olan bütün əlaqələrini kəsdiyini açıqlayıb.

"Misirlilər türk xalqını sevir. Buna heç kimin şübhəsi olmasın. Ölkə rəhbərləri arasında fikir ayrılıqları ola bilər. Amma xalqlar arasında hər hansı bir fikir ayrılığı yoxdur. Tarixi münasibətlərimizi var və bu münasibətylər davam edəcək. Amma cənab Ərdoğanın Misir barədə dedikləri və bu istiqamətdəki siyasəti səhvdir. Biz misirlilərin də qırmızı xətti var. Bizim üçün şəxsi mənfəətlər və s. şeylər bir tərəfədir. Bizim üçün əsas olan vətən sevgisidir. Bu səbəbdən də bu gün TRT ərəbcə telekanalı ilə bütün əlaqələrimi kəsirəm. Cənab Ərdoğanın Misir xalqına üzr borcu var və bunu yerinə yetirməyib. Amma mən misirlilərdən üzr istəyirəm. Üzr istəməyənlər utansın. Mən bu kanalda işlədiyim üçün utanıram. Bu səbəblə də hamının qarşısında istefa verirəm. Allaha əmanət olun!" – deyə aparıcı qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3213   Tarix: 02 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740