Çingiz Mustafayev - 53

Çingiz Mustafayev - 53Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür.

Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əskər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qəısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.

Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.

Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4651   Tarix: 29 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Papa Fransisk: "Vatikanda mənim ölümümə ümid edənlər var"

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk müalicə üçün xəstəxanada olarkən öləcəyinə və ya istefaya getməsinə ümid edənlər olub. Bu barədə Vatikan rəhbəri bu ay nəşr olunacaq "Həyat: Tarix boyu hekayəm" adlı kitabında yazıb. Biografiyadan hissələri İtaliyanın "Corriere della Sera"

16.03.2024 354
.

İçərisində insan qalıqları olan çanta tapıldı

Martın 7-də axşam Rusiyanın Leninqrad vilayətində içərisində insan qalıqları olan çanta tapılıb. yerli mediaya istinadla bildirir ki, hadisə Vıborq rayonunun Simaqino kəndində hərbi məzarlığın yanında baş verib. Şübhəli çanta tapdıqdan sonra bir nəfər polisə müraciət edib. Baxış zamanı hüquq-mühafiz

10.03.2024 522
.

Dünyanın ən varlı beş qadını

Dünyanın ən varlı qadınları əyləncə, kosmetika və qida kimi müxtəlif sənaye sahələrində hökmranlıq edirlər. Statistik məlumata görə, ən varlı beş qadının əksəriyyəti (2024-cü ilin fevral ayına kimi) ABŞ-dandır. Onları sizə təqdim edirik:. 5. Miriam Adelson. Narkotik asılılığı ilə mübarizə aparan AB

10.03.2024 596
.

96 il əvvəlki avtomobil modeli yenidən istehsal olundu

"Bentley" tarixindəki ən uğurlu yarış avtomobili olan "Speed Six"i yenidən təqdim edib. xarici mediaya istinadla bildirir ki, "Speed Six" 1928-ci ildə yaradılıb, lakin istehsal xəttindən yalnız 1930-cu ildə çıxıb. "Bentley" məhdud sayda 12 yarış avtomobili buraxacaq

23.03.2024 374
.

Həyatın necə başladığı məlum oldu: Tarixi kəşf...

Telefonlar, binalar və hətta insanlarsız bir dünya təsəvvür etmək bizim üçün çətindir, amma bir zamanlar dünya sadəcə maqmanın odlu şorbası idi. xarici KİV-ə istinadən xəbər verir ki, planetin soyumağa başlaması və maye su okeanlarının əmələ gəlməsi üçün bir neçə yüz milyon il lazım idi; Sonra, fotosinteti

10.03.2024 796
.

Xankəndidə ermənilər yaşayan evdən Zeynəb Xanlarovanın kaseti tapıldı - VİDEO

Baku TV Xankəndi şəhərində vaxtilə ermənilərin yaşadığı evlərdən birində olub. Lentə alınan görüntülərdə evdə müxtəlif videokasetlər aşkarlanıb. Aşkarlanan kasetlərin arasında Xalq artisti Zeynəb Xanlarovanın mahnıları olan kasetin olması diqqət çəkib. Bu da ermənilərin Azərbaycan mədəniyyətinə böyü

23.03.2024 436
.

Qulaq ağrısının təbii üsulla müalicəsi

Qulaq ağrısı Ciddi bir xroniki xəstəliyin xəbərçisi olaraq can sıxır. Mütəxəssislər ağrılara qulaqla əlaqədar ya da boyun qulaq bölgəsinə yaxın linfa vəzlərinin bir problemi, çənə sümüyündə deformasiya və diş ağrısının səbəb ola biləcəyini ifadə edir. Keçməyən və uzun müddət davam edərsə qulaq agris

23.03.2024 2492
.

İtlər hətta simvolları anlamaq qabiliyyətinə malikdirlər - ARAŞDIRMA

Alimlər kəşf ediblər ki, itlər əslində bizim düşündüyümüzdən daha çox söz və rəmz başa düşmək qabiliyyətinə malikdirlər. Alimlərin bu yeni araşdırması Britaniyada dərc edilən "Current Biology" jurnalında çap edilib. Belə ki, mütəxəssislər elektroensefaloqrafiya (baş beyinin summar elektri

24.03.2024 298
.

İçdiyimiz su təmizdir? - VİDEO

Azərbaycan içməli su mənbələri məhdud olan ölkələrdən hesab edilir. Ölkənin yerüstü su ehtiyatlarının həcmi 27 kubmetrdir, şirin su qaynaqlarının əsasını çay, göl və buzlaqlar təşkil edir. Suya olan tələbatın qarşılanması ilə yanaşı, onun təmizliyinə nəzarət də vacibdir. Son zamanlar su hövzələrind

24.03.2024 425