Cəsur ürəklilər üçün balta masajı-Video
Tayvanda ancaq cəsarətlilər üçün nəzərdə tutulan qeyri-adi masaj görənləri heyrətə gətirir. Deyəcəkisiniz ki, masaj üçün ürəkli olmaq nəyə lazımdır. Məsələni biləndən sonra yəqin mənə haqq verəcəksiniz. Bu qədim ölkədə insanlar balta ilə masaj olunurlar. Etiraf edin ki, bütün bədəndə baltanın iti tiyəsini hiss edərək dincəlmək, hər oğulun işi deyil.
Qeyd edək ki, bıçaq masajının yaşı Çində 2000 ilə gedir. Tayvan bu praktikanın hələ də istifadə olunduğu nadir ölkələrdən biridir.
Sizləri çox intizarda saxlamayaraq, bununla əlaqədar BBC-nin hazırladığı videonu təqdim edirik.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş