Aygün Kazımova diplomatik pasportu necə əldə edib? (Eksklüziv)

Aygün Kazımova diplomatik pasportu necə əldə edib? (Eksklüziv)Xalq artisti diplomatik pasportu ötən il noyabrın 1-də alıb. Xalq artisti Aygün Kazımovaya diplomatik pasport verilib. BiG.AZ bildirir ki, A.Kazımova diplomatik pasportu ötən il noyabrın 1-də əldə edib. Onu da öyrənmişik ki, xalq artisti bu günə qədər bu pasportdan 15 dəfə istifadə edib. Pasportda olan möhürlərdən bəlli olur ki, A.Kazımova diplomatik pasportla etdiyi səfərlər əsasən Türkiyəyə, bir dəfə isə Rusiyaya olub. Xalq artisti bu pasportla Türkiyəyə 15 dəfə səfər edib. Bu barədə bizə məlumat verən mənbə Aygün Kazımovanın diplomatik pasportunun seriya nömrəsini də təqdim edib: S0120909

Məsələ ilə bağlı əlaqə saxladığımız A.Kazımovanın prodüseri Almaz Mustafayev məlumatı təsdiqləyib. O deyib ki, həqiqətən də xalq artistinin diplomatik pasportu var.

Xatırladaq ki, qanunvericilikdə xalq artistlərinə diplomatik passportun verilməsi nəzərdə tutulmayıb. Bu baxımdan, A.Kazımovanın xidməti pasportu necə alması xeyli dərəcədə maraqlı görünür. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən münasibət öyrənilib. Xarici İşlər Nazirliyi xalq artisti Aygün Kazımovanın xidməti pasporta sahib olması ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirlikdən verilən məlumata görə, xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında xalq artistlərinin adı olmasa da, həmin fərmanın 5-ci bəndində qeyd olunan "xidməti pasport almaq hüququ olan digər şəxslər" ifadəsinə əsasən, A.Kazımovaya passport verilə bilər. Nazirlikdən bildirilən məlumata görə, əgər A.Kazımova dövlət xətti ilə xarici ölkələrə səfər edibsə, bu zaman ona xidməti pasportun verilməsi mümkündür. Nazirlikdən o da bildirilib ki, xidməti pasportla diplomatik pasport fərqli anlayışlardır. Diplomatik pasport dar çərçivəli və xüsusi anlayışdır və A.Kazımovanın bu pasporta sahib olması o halda mümkün ola bilər ki, o, Azərbaycanın xarici ölkələrdən birində fəaliyyət göstərən mədəniyyət qurumlarından birinin rəsmi işçisi olsun. Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısını təqdim edirik:

1. Azərbaycan Respublikası məhkəmələrinin hakimləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan hakimlər istisna olmaqla).
2. Dövlət orqanlarının, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının aşağıdakı rəhbər işçiləri:
2.1. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, digər dövlət orqanlarının, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan rəhbərləri və həmin qaydada təyin olunan müavinləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan şəxslər istisna olmaqla);
2.2. Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri;
2.3. Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru və onun müavini;
2.4. Heydər Əliyev Mərkəzinin direktoru və onun müavini;
2.5. Mərkəzi Seçki Komissiyasının üzvləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan Mərkəzi Seçki Komissiyasının sədri istisna olmaqla), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri;
2.6. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları;
2.7. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri;
2.8. Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsmanı);
2.9. Milli Televiziya və Radio Şurasının üzvləri;
2.10. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri;
2.11.Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri;
2.12. Yerli icra hakimiyyəti orqanlarının başçıları.
3. Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərinin müavinləri, idarə (şöbə, xidmət, bölmə) rəisləri və onların müavinləri, mühafizə zabitləri və onlara bərabər tutulan vəzifəli şəxslər.
4. Dövlət qulluğunda, o cümlədən dövlət qulluğunun xüsusi növündə çalışan aşağıdakı şəxslər:
4.1. Prezident Administrasiyasının, Prezidentin İşlər İdarəsinin, Xarici İşlər Nazirliyinin diplomatik pasport əldə etmək hüququna malik olmayan əməkdaşları;
4.2. İnzibati vəzifələrin birinci-səkkizinci təsnifat vəzifələrində qulluq keçən dövlət qulluqçuları (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan dövlət qulluqçuları istisna olmaqla);
4.3. Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidmətinin rəhbərlərinin köməkçiləri (müşavirləri), katibliyin, baş idarə, idarə (şöbə, xidmət, hərbi hissə, bölmə, sektor, qrup) rəhbərləri və onların müavinləri, həmin orqanların aparatlarında baş (böyük) və orta rəis heyəti vəzifələrində xidmət edən şəxslər, zabitlər, ali (böyük, orta) xüsusi rütbəsi olan şəxslər, baş məsləhətçilər, böyük məsləhətçilər, aparıcı məsləhətçilər, məsləhətçilər və onlara bərabər tutulan vəzifəli şəxslər;
4.4. Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, tabeliyində olan orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinləri;
4.5. Vergilər nazirinin müşaviri (köməkçisi), nazirliyin aparat rəhbəri və onun müavini, baş idarə, idarə (departament, şöbə, bölmə) rəhbərləri və onların müavinləri, nazirliyin aparatında baş və kiçik rəis heyəti vəzifələrində xidmət edən şəxslər, nazirliyin tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, həmin orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinləri;
4.6. Prokurorluq orqanlarının müstəntiqləri və prokurorları (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan baş prokuror, onun müavinləri və Naxçıvan Muxtar Respublikasının prokuroru istisna olmaqla);
4.7. Feldyeger rabitəsi orqanının diplomatik pasport əldə etmək hüququna malik olmayan şəxsi heyətə aid əməkdaşları;
4.8. Mərkəzi Bankın baş direktoru, sədrin müşaviri, icra aparatının rəhbəri və onun müavini, departament, şöbə və digər struktur vahidlərinin rəhbərləri və onların müavinləri, böyük mütəxəssisləri (böyük məsləhətçiləri), aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri), mütəxəssisləri (məsləhətçiləri), kiçik mütəxəssisləri və onlara bərabər tutulan vəzifəli şəxsləri, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və digər ərazi idarələrinin rəhbərləri və onların müavinləri;
4.9. Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin direktor müavini, icra aparatının rəhbəri və onun müavini, şöbə və digər struktur vahidlərinin rəhbərləri və onların müavinləri, böyük mütəxəssisləri (böyük məsləhətçiləri), aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri), mütəxəssisləri (məsləhətçiləri) və onlara bərabər tutulan vəzifəli şəxsləri;
4.10. Xarici ölkələrdəki nümayəndəliklərin inzibati-texniki işçiləri.
5. Xidməti pasport almaq hüququ olan digər şəxslər:
5.1. Xarici ölkələrdəki nümayəndəliklərin inzibati-texniki işçiləri üç aydan artıq xarici ölkələrdə işləyərsə, onların arvadı (əri) və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan uşaqları;
5.2. Beynəlxalq xətlərdə çalışan dəniz və hava gəmiləri, dəmir yolu, avtonəqliyyat işçiləri.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4010   Tarix: 21 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147