"İlk meyxana deyən xanım mən deyiləm"

"İlk meyxana deyən xanım mən deyiləm"Onu eləcə Samirə kimi tanıyırlar. Daha doğrusu, meyxanaçı Samirə kimi... Baxmayaraq ki, meyxana deməzdən çox-çox qabaq da müğənni kimi tanınırdı, onu toylarda, başqa tədbirlərdə, televiziya ekranlarında da görürdük. O, hətta ANS-in "Toylar kraliçası" layihəsində də iştirak edib, bu layihənin ən yüksək adını da qazanmışdı.

Amma o zamanlar indiki qədər populyar deyildi. Onu meyxana deməyi bu qədər məşhurlaşdırdı. Meyxanadan bəhs olunanda o da yada düşür, işlətdiyi qafiyələr zərb-məsəl kimi işlənir.

Hazırda üzdə olan yeganə xanım meyxanaçıya virtualaz.org adından bir neçə sual vermək fürsətini Samirə xanımın iştirak etdiyi toy məclislərinin birində tapdıq. O da vaxt tapdı...

- Meyxana və qadın... Adama nəsə qəribə gəlir. Meyxana dediyinizə görə sizi qınayanlar olubmu?

- Niyə qınasınlar ki? Pis iş görürəm məgər?

- Yox, demədim ki, pis iş görürsünüz. Sadəcə meyxana deyən qadınlara alışmamışıq...

- Əgər pis iş görmürəmsə, bəs onda məni meyxana dediyimə görə niyə qınasınlar?

- Nə vaxt hiss etdiniz ki, təbiniz var, meyxana deyə bilərsiniz?

- Sözsüz ki, meyxanaya marağım olduğundan bunu dəfələrlə öz-özümə də olsa məşq eləmişdim. Lakin meyxananı ilk dəfə 1993-ci ildə Ağasəlim Çıldağla demişəm. Toylarda da həmişə meyxana demişəm. Düzdür, o vaxt meyxanaya münasibət indiki kimi deyildi. Elə də yaxşı baxmırdılar.

- Deyirlər ki, ilk meyxana deyən xanım sizsiniz...

- Xeyr. İlk meyxana deyən xanım mən deyiləm. Mən davamçıyam. İlk meyxana deyən xanım Anaxanım adlı qadındır. Coratda yaşayır.

- Anaxanım?

- Hə. Anaxanım. O vaxtlar Anaxanıma çox basqılar oldu. Anaxanımın meyxanaları inqilab yaradırdı. Hər kəsin dilində əzbər idi. Toylarda xalq mahnısı kimi dinlədiyimiz mahnıların əksəriyyətinin sözləri və musiqisi həmin Anaxanıma məxsusdur.

- Məsələn, hansı mahnılardır?

- Birinin adını çəkim misal olaraq. Zeynəb xanımın oxuduğu "İnsaf da yaxşı şeydir" mahnısı.

- Dediniz ki, Anaxanıma o vaxt basqılar var idi. O basqılar nədən ibarət idi?

- Anaxanım meyxanalarında haqsız olayları dilinə gətirirdi. Haqsızlığı həzm edə bilmirdi. Görəsən, elə bir şəxs varmı ki, haqsızlığı həzm etsin?! Hüseyn Cavid haqqı dediyi üçün sürgün olundu. Yüzlərlə insan haqsızlığın qurbanları olub. O vaxt bakılıların ən böyük etiraz silahı meyxana idi. Sözlərini, etirazlarını meyxananın dili ilə çatdırırdılar.

- Toylar kraliçası...

- (sözümü kəsir) ANS telekanalında yayımlanan "Toylar kraliçası" layihəsinin ilk qalibi, ilk kraliça mən olmuşam...

- Amma əksər fanatlarınız sizi Oqtay Kamillə meyxana deyişmənizdən sonra tanıdı...

- Düzdür. Oqtayla deyişməyimdən sonra tanıyanlar çox oldu. "Toylar kraliçası" yarışmasında isə çox pul itirdim.

- Nə qədər?

- 30 min manat. Kim deyirsə ki yarışmada məni xalq seçib, o, yalan deyir. Buna inanmayın. Xalq sevir, seçir, bəyənir. Amma xalqın pulu varmı ki, səni seçə? Düzdür, dinləyicilərin də xidməti olur. Amma məsələ dediyim kimidir, inanmayın.

- Özünüzü siyasətdə görürsünüzmü?

- Xeyr.

- Niyə?

- Mən müğənniyəm. Siyasətçi deyiləm.

- Amma bəzi həmkarlarınız özlərini siyasətdə görür. Məsələn, Faiq Ağayev...

- Faiq Ağeyevə böyük hörmətim var. O danışanda sanki bir natiq danışır. Faiq çox savadlıdır. Faiq Ağayevdən yaxşı siyasətçi olar. Mən isə özümü siyasətdə görmürəm.

- Xalq artisti Flora Kərimova müsahibəsində belə ifadə işlədib: "Faiq Ağayev geydir. O, çox böyük qələt eləyər ürəyindən keçirər ki, millətin təmsilçisi olsun..."

- Flora xanıma da böyük hörmətim var. Amma bu yaxşı hal deyil, kiməsə ixtiyar verilmir ki, kiminsə şəxsiyyətinə toxunsun. Faiq Ağev də, Flora Kərimova da böyük sənətkarlardır.

- Sizcə, dramaturq və rejissor Rüstəm İbrahimbəyovdan prezident olarmı?

- Mən heç bir partiyanın üzvü deyiləm. Yeni Azərbaycan Partiyasının üzvü olmaq istəyirdim. Amma düşündüm ki, mən müğənniyəm, əgər bu partiyanın üzvü olsam, deyəcəklər ki, fəxri ad almağa görə üzv oldu. Qaldı ki prezident seçkisinə, mən əminəm ki, xalqımız İlham Əliyevə səs verəcək.

- Samirə xanım...

- (sözümü kəsir) Çox qala bilmirəm. Vaxtım azdır. Toy yiyələri məndən mahnı gözləyir. Sağ olun...

Meyxanaçı və müğənni xanımla söhbətimiz beləcə yarımçıq qaldı. O, mahnılarını oxuyub, meyxanalarını deməyə, mən isə bu söhbəti sizə çatdırmağa tələsdim.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6898   Tarix: 17 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054