Niyaməddin Musayev şəkilləri yayılan qızdan danışdı

Niyaməddin Musayev şəkilləri yayılan qızdan danışdı"Rusiyada "Yedinaya Rossiya" Partiyasının adından mənə mükafat verildi"

Xalq artisti Niyaməddin Musayev xeyli vaxtdır nə efirlərdə gözə dəyir, nə də müsahibə verir. Amma bu müddət ərzində efirdə olmasa da, onun adıyla bağlı yetərincə maraqlı hadisələr baş verib. Əvvəlcə Türkan adlı bir xanımla çəkdirdiyi şəkil, ardınca isə qardaşı oğlu Musa Musayev və həyat yoldaşı Təranə Qumralın "namus raskrutkası"...

BiG.AZ xəbər verir ki, sənətkar Modern.az-a müsahibəsində bu və digər maraqlı məqamlara toxunub.

– Xeyli vaxt Moskvada oldum. Yenicə qayıtmışam.

– Yaradıcılığınızda nə yenilik var?

– Yeni albom buraxacağam.

– Nə vaxta nəzərdə tutursunuz?

– Albomda on nəğmə olacaq. İnşallah yaxın on gün ərzində albomum çıxmalıdır. Orda həm vətənpərvərlik, həm də xalq ruhunda müasir səpkidə olan mahnılar yazdırmışam.

– Deyəsən, Rusiyada mükafata layiq görülmüsünüz.

– Rusiyada qastrol səfərində olanda "Yedinaya Rossiya" Partiyasının adından mənə mükafat verildi. Orda Azərbaycan-Rusiya dostluq cəmiyyəti var. Cəmiyyətin sədri Fuad Rzayevdir. Rusiyada seçkilərin keçirilməsi ilə əlaqədar mənə fəxri fərman verdilər. Bu haqda oranın yerli telekanallarında geniş reportajlar efirə getdi.

– İş rejiminiz çox sıxdır. Yəqin ki, bu yay istirahət edə bilməyəcəksiniz...

– Hardasa xüsusi istirahət üçün vaxt ayırmamışam. Elə evdə olmuşam. Belə də...

– Tələbələriniz var?

– Mənim stilimdə oxuyanların hamısı tələbələrimdir. İndi buna pop-musiqi deyirlər. O vaxt xalq ruhunda müasir estradanın gəlməsi yenilik idi. Vicdanlı musiqi tənqidçisi araşdırsa, görər ki, bu yolun banisi mənəm. O dinamikalar, ritmlər, aranjimanlar mənə qədər yox idi. İndi hamı bu səpkidə oxuyur.

– Amma zamanında sizi də qəbul eləmirdilər və indi o stildə oxuyan yeni ifaçılar var.

– Məni niyə qəbul etmirdilər ki? Özündən müştəbeh adamlar, bəzi musiqiçilər belə düşünürdülər. Amma konsertimə gələndə görürdülər ki, yox, səhv düşünüblər. Niyə bəyənilmirdi ki? Çox da gözəl bəyənilirdi.

– Türkan adlı bir tələbəniz var idi. Hətta saytlarda sizi sevgili kim təqdim edirdilər.

– O mənim nə tələbəm idi, nə də bir şeyim. O da konsertlərdə iştirak edirdi. Türkan gənc müğənnidir. Burdakı bəzi binamus adamlar götürüb o şəkli hallandırıblar. Harda gic-gic qalmaqalçılar var, özlərini göstərmək üçün yazırlar. Mənim təbiətimdə olan adama belə məsələlər çox pis təsir edir. Nə olsun ki musiqiçiyəm. Hər sahədə hər cür insanlar var. O qız da müğənnidir. Yenə də deyirəm ki, Türkan mənim tələbəm deyil. Onsuz da mənim janrımda oxuyanların hamısı tələbələrdir.

– Efirdə az-az görünməyinizin səbəbi nədir?

– Az görünmək yaxşıdır. Çünki səni o qədər görürlər ki, görəndə kanalı dəyişirlər. Deyirlər ki, "əşi day dünən bunu gördüm də".

– Qardaşınız uşaqlarıyla münasibətiniz var?

– Mənə çox sual vermək lazım deyil. Bu qədər danışdıq, bəs edər.

– Onlarla ünsiyyətiniz var?

– İndi "odboy" verəcəm. Sonra deyəcəksən ki, Niyaməddin müəllim mənə qarşı hörmətsizlik elədi...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10465   Tarix: 31 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964