Müəllimdən dəhşətli işgəncə - Video
Çində məktəblərdən birində müəllimi şagirdi vəhşicəsinə döyərək cəzalandırıb. Dəhşətli kadrlar məktəbin müşahidə kameralarında qeydə alınıb.
Müəllim uşaqlardan birini möhkəm kötəkləyib, daha sonra digər şagirdin yaxasından tutaraq onu koridora sürüyüb və divara çırpıb.
Şok görüntülərdən aydın bəlli olur ki, müəllim partaların arası ilə gəzərək "günah keçisi" axtarır. O, şagirdləri bir-bir ayağa qaldıraraq onlara iradlar bildirir. Ardınca da uşaqları itələyir. Ayaqda güclə dayanan uşaqlar müəllimin qəzəbinə düçar olmamağa çalışırlar.
Bu məqamda otağa müəllimin həmkarlarından biri girir, amma o, olaya müdaxilə etməyi heç düşünmür. Bundan sonra müəllim bir az da qəzəblənərək yorğunluqdan başını partaya qoyan qızın yaxasından tutub sürüyür.
Onun döşəmə ilə sürüdüyü uşaq az sonra bayılır. Çinli müəllimin acımasız hərəkətinin hakimiyyət tərəfindən necə qiymətləndirilməsi haqda heç bir məlumat verilmir.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş