Zəhərsiz qarpızları necə tanıyaq? - Araşdırma

Zəhərsiz qarpızları necə tanıyaq? - AraşdırmaYay aylarında qarpız süfrələrimizin əvəzedilməz giləmeyvəsi sayılır. Mübarək Ramazan ayında da həkimlər imsaqda qarpızdan çox istifadə etməyi məsləhət görürlər. Mütəxəssislər bununla gün ərzində susuzluğu aradan qaldırmağın mümkün olduğunu bildirirlər. Son günlər qarpızın qiymətinin ucuz olması alıcıların sayını artırıb. Bəs bu bostan məhsulunun keyfiyyəti necədir? Onlardan arxayın istifadə eləmək olarmı?

Bunu öyrənmək üçün paytaxtın böyük bazarlarından sayılan "Yaşıl bazar"a üz tutduq. Burada qarpız satıcılarından "kim öz ayranına turş deyərdi ki?". İlk rastlaşdığımız bu satıcı qarpız-yemişə tərəddüdlə baxdığımızı görüb, malının ciddi-cəhdlə tərifləyirdi: "Bu qarpızlar bal kimi şirindir. Özüm əkib-becərirəm. Sabirabad qarpızıdır. 30 qəpiyə verirəm kilosunu. Çox alsanız, 20 qəpikdən də verə bilərəm, axşam bazarıdır. Özüm də hər axşam evə bu qarpızdan aparıram, ailəliklə yeyirik. Qorxulu olsa, heç özüm yeyərəm?!"

Digər satıcı Eldar da qonşu satıcının dediklərini təsdiqləyirdi. O da satdığı qarpızı gedib Sabirabaddan gətirdiyini və artıq neçə illərdir bu işlə məşğul olduğunu dedi: "Bu qarpızların hər birindən bizə 10-15 qəpik qalır. Onunla da nə etmək olar? Amma buna da şükür ki, heç olmasa, çörək pulumuzu çıxara bilirik".

Bir az aralıda qarpız satan Mehdi dayı ilə də söhbətləşdik. Mehdi dayı bizə keyfiyyətli qarpızı necə seçmək lazım olduğunu izah etdi. O deyir ki, əgər qarpızın saplağı yaşıldırsa, deməli, təzədir. Bir də qarpıza çırtma vurub yoxlayırıq, əgər ondan səs çıxmırsa, deməli, bu qarpızın içi düşüb, onu almaq olmaz. Həmçinin qarpızın zolaqları sarımtıl və qəhvəyi rəngdədirsə, deməli, onun içi yaxşı deyil, yemək təhlükəli ola bilər". Satıcı Mehdi deyir ki, satdığı qarpızları özü əkib-becərir. O, qarpızın bu il ucuz olmasının məhsulun bolluğu ilə əlaqəli olduğunu bildirdi.

Digər satıcı Ceyhundan satdığı qarpızın gübrəli olub-olmadığını soruşduqda o, bizə gübrəsiz qarpız olur? - deyə cavab verdi: "Qarpızların hamısı gübrə ilə yetişir. 1-2 həftə əvvələ qədər kilosunu 70 qəpiyə satdığımız qarpızı indi 20 qəpiyə satırıq. Əvvəllər bu işdən xeyli gəlirimiz olurdusa, indi, demək olar ki, ziyana işləyirik. Alverimiz daha çox səhər və axşam saatlarında olur".

Mütəxəssislərin hesablamalarına və rəsmi statistikaya görə, son illər qarpızdan zəhərlənmələrin sayı azalıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov satılan yemişlərin yerli yemişlər olduğunu və sellofon altında yetişdirildiyini dedi: "Bunların tərkibinə zərərvericilərdən qorumaq üçün kifayət qədər maddələr əlavə edilir. Bazarda satılan yemişləri 80 faizi təmiz deyil. Yəni tərkibində çoxlu kimyəvi maddələr var. Buna görə də bunları vaxtından əvvəl almaq olmaz".

Kənd təsərrüfatı mütəxəssisi Vidadi Məhərrəmov qarpızın zəhərli olub-olmamasının onun yetişdirilməsindən asılı olduğunu dedi: "Qarpızla yemiş azota tələbkar bitkilərdir. Gündüzlər fotosintez prosesi gedəndə normaldır. Yəni qarpızın tərkibindəki üzvi maddələr qeyri-üzvi maddələrə çevrilir. Ancaq gecələr də bitkinin qidalanma prosesi dayanmır. Son zamanlar havaların isti keçdiyini müşahidə edirik. Bu cür havalarda fotosintez prosesi dayanır. Bu da əgər fermer azot kütləsindən çox istifadə edibsə, mütləq o bitki həmin azotu özündə və meyvəsində saxlayır. Yəni gecələr inkişaf prosesi gedir, ancaq fotosintez dayandığı üçün o nitrat qeyri-üzvü maddə kimi üzvi maddəyə çevrilə bilmir. Bu da bitkinin özündə və meyvəsində, yəni qarpızda və yaxud da yemişdə qalır. Əgər həmin sahədə mineral gübrədən qaydasında istifadə olunarsa, bu təhlükəli olmaz. Ona görə ki, bitki normaya uyğun mineral gübrəni qəbul edirsə, orada artıq nitrat toplanmır və həmin məhsul da insan orqanizmi üçün zərərli olmur".

Ekspertə görə, problem yaradan nitrat deyil, nitratın insan orqanizmində nitritə çevrilməsidir. Nitrit də çox zərərli maddədir. Bu, hemoqlobini aşağı salır, yaddaşı zəiflədir, zob xəstəliyi yaradır və insanın zəhərlənməsinə gətirir. Ona görə də qarpız və yemiş kimi azot verən bitkilər mütəmadi olaraq bazarlarda yoxlanılmalıdır. Əslində isə bu, bazarda yox, bostanda yoxlanılmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4778   Tarix: 23 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 523
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

17:49 17
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18.04.2024 674
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

16:08 212
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

17:27 99
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

17:54 0
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

15:21 163
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 1263
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

10:02 763