Şou-biznes əhlinin banka olan borcları – Siyahı

Şou-biznes əhlinin banka olan borcları – Siyahı"Krediti olan müğənnilər sanki zəncirdən asılı vəziyyətdə qalıblar". Şou-biznes əhlinin avtomobillərinin və bahalı evlərinin kreditlə alınması heç kimə sirr deyil. Bəs görəsən müğənnilərimiz adətən banka ayda nə qədər pul ödəyir və ya hansı müğənnilər ümumiyyətlə kredit almırlar? Show.az "ATV maqazin" verilişinin keçirdiyi sorğunu təqdim edir:

Populyar müğənni İzzət Bağırov banklarla çox yaxşı münasibətdə olduğunu və tez-tez müraciət etdiyini bildirib:
"Bankdan pul aldıqda heç vaxt geçikdirmirəm. 27 dəfə avtomobil dəyişmişəm və avtomobil həvəskarı olduğum üçün kredit almağa məcbur oluram. Ayda isə banka adətən 2500-3000 manat ödəyirəm".

Əməkdar artist Mətanət İsgəndərli də kreditə üz tutan müğənnilərdəndir. Müğənninin sözlərinə görə o, nə alıbsa elə kreditlə alıb. Hər ay banka 2000 manat ödəyən Mətanət İsgəndərli yorğanına görə, ayağını uzatdığını bildirib.

Müğənni Zamiq isə krediti son dəfə 4 il bundan əvvəl alıb:
"Krediti avtomobilə görə almışdım və ayda 2000-3000 manat ödəyirdim".

Elza Seyidcahan elə indi də kredit həyatı yaşadığını etiraf edib. Hətta bir dəfə səfərə getdikdə evini banka girov qoyan müğənni, hazırda banka 500 manat ödədiyini bildirib:

"Sponsorlar olmadığından layihələrimə və konsertlərimə görə kredit almağa məcbur qalıram".

Namiq Qaraçuxurlu isə kreditdən son dərəcə qorxduğunu etiraf edib:

"Mən ailə saxlayıram, Allah etməsin mənə bir şey olsa o krediti bəs kim ödəyəcək? Amma yaxın vaxtlarda kredit almaq fikrindəyəm, çünki avtomobil almaq istəyirəm".

Krediti sevməyən müğənnilər isə Eyyub Yaqubov və Nadir Qafarzadədir.

Nadir Qafarzadə krediti olan müğənnilərin sanki zəncirdən asılı vəziyyətdə qaldıqlarını bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4250   Tarix: 25 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1706
.

Fahriye Evcen və Burak Özçivit oğlu Karanın uşaqlar günü tamaşasında- FOTO

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit oğulları Karanın 23 Aprel Uşaqlar günü tədbirində iştirak edib. xəbər verir ki, bu barədə Fahriye Evcen sosial şəbəkədə paylaşım edib. "Fəxr edən valideynlər" ,- deyə o şəklə qeyd edib

22.04.2024 1964
.

Hadise yeni rekorda imza atıb

Müğənni Hadise yeni rekorda imza atıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Üç böyük brendlə 1 illik müqavilə imzalayan Hadise 300 milyon lire qazanıb. Sentyabr sonuna qədər isə 95 konsert verməyə razılaşıb

22.04.2024 869
.

23 illik həyat yoldaşı ilə ilk dəfə görüntüləndi - Fotolar

Türkiyəli müğənni İzzət Yıldızhan ilk dəfə həyat yoldaşı Ajda Yıldızhanla obyektivlərə tuş gəlib. Axşam.az xəbər verir ki, cütlük məclislərdən birinə birgə qatılıblar. 23 ildir evli olan ikili ilk dəfə birgə görüntülənib. Qeyd edək ki, 61 yaşlı İzzət 3 dəfə ailə qurub. Onun müxtəlif qadınlardan ümumilikd

22.04.2024 847
.

"Jolly Joker"in ilk qlobal məkanı "Jolly Joker Bakı"da Yıldız Tilbe izdihamı

Bakının mərkəzində 3.00 nəfərlik zala sahib "Jolly Joker Bakı" Azərbaycanda Yıldız Tilbe konserti ilə qapılarını sevənlərinə açdı. "Jolly Joker"in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı

10:30 125
.

Çiyni sındı, 5 saat əməliyyat olundu

Türkiyəli komediya ustası Hasan Can Kaya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, aktyor evinin bağında futbol oynayarkən çiyninin üstünə yıxılıb. O, şiddətli ağrılar səbəbindən xəstəxanay aparılıb. Çiyni sınan Hasan 5 saat davam edən əməliyyat olunub. Hazırda vəziyyəyinin yaxşı olduğu bildirilir

21.04.2024 430
.

Aysun övladının cinsiyyətini açıqladı - VİDEO

Müğənni Aysun İsmayılova övladının cinsiyyətini açıqlayıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında video yayımlayıb. Aysun qız övladının olacağını bildirib. Həmin videonu təqdim edirik:

20.04.2024 2610
.

Camillanın heyran edən "Şirin dil"i – VİDEO

Gənc və istedadlı müğənni Camilla yeni ifasını təqdim edib. xəbər verir ki, sənətçi, məşhur bəstəkar Emin Sabitoğlunun dillər əzbəri olan "Şirin dil" əsərinə yeni nəfəs verib. Elvin İmanovun aranjımanı və rejissor Ramal Nəsiblinin ekran işi ilə möhtəşəm iş ərsəyə gəlib. Camillanın "Şiri

23.04.2024 377
.

"Mədəniyyət Nazirliyi məni qapıdan içəri buraxmır"

Aktyor Elməddin Cəfərov Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamalar edib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə -a müsahibəsində danışıb. Cəfərov bir çox qurumlara layihələr təqdim etdiyini, lakin qəbul edilmədiyini deyib:. "O qədər etmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbəd

22.04.2024 605