Qiymətli daş-qaşlarla müalicə olduğunu bilirsiniz?

Qiymətli daş-qaşlarla müalicə olduğunu bilirsiniz?Qədim dövrdən qiymətli daş-qaş bəşəriyyətə var-dövlət və bəzək əşyası kimi tanınmışdır. Qadınlarımız daş-qaşlardan çox müxtəlif bər-bəzək əşyaları düzəltdirmişlər. Belə olan halda onun digər xüsusiyyətləri diqqəti cəlb etməmişdir. Hələ qədim dövrlərin mütəfəkkirləri İbn Sina, Əbu Reyhan Biruni, Nəsirəddin Tusi, Zəkəriyyə Qəzvini və b. daş-qaşın müalicəvi xassələrindən bəhs edən əsərlər yazmışlar. Zaman keçdikcə xalq təbabəti biliciləri daş-qaşlardan müalicə məqsədli istifadəyə başladılar. Məsələn, müsəlman aləmində daha çox məşhur olan firuzə insanlara qələbə, xoş əhval-ruhiyyə bəxş edən gözəl görkəmli bir daş kimi şöhrət tapmışdır. Xalq təbibləri belə hesab edirlər ki, firuzəyə baxanda göz işıqlanır. Bu cəhəti nəzərə alaraq göz dərmanları hazırlanarkən firuzədən istifadə etmişlər.

Mirvarini əzib toz halına salıb isti suda həll edirlər, ondan şərbətə, müxtəlif məcunlara qatırlar. Ondan gündə 3-4 dəfə və hər dəfə də 15-20 q qəbul edirlər ki, bu da ürək tutmalarına və sıxıntılarına kömək edir, habelə ürəyi qüvvətləndirir. Onun qəbul edilməsi adamın əhval-ruhiyyəsini qaldırır. Göz xəstəliklərinin müalicəsində də mirvari tozundan və ya suda həll olunmuşundan istifadə edilir. O gözün işığını artırır, görməni yaxşılaşdırır.

Şərq təbiblərinin təcrübəsindən istifadə edən rus türkəçarəçiləri də qiymətli daşlardan müalicə vasitəsi kimi istifadə ediblər. Kim özü ilə yaqut gəzdirsə gecələr yatarkən qorxulu və pis yuxular görməz. Günəşə baxarkən gözü qaralan və qamaşanda yaqut daşını göz qapaqlarına sürtsn bu əlamət dəf olar. Baş ağrısını sakitləşdirmək üçün başa yaqut daşı sürtmək kifayətdir. Yaqut ümumiyyətlə ağrıkəsmə xüsusiyyətinə malikdir. O bədənin hər hansı bir sahəsində olan ağrını maqnit dəmiri çəkən kimi özünə çəkir.

Hind alimləri də yaqut haqqında maraqlı fikirlər deyirlər. Onların dediyinə görə kim özü ilə yaqut gəzdirsə taun və vəba xəstəliklərinə tutulmaz. Yaqutu ağıza aldıqda ürəyi qüvvətləndirir, əhval ruhiyyəni yaxşılaşdırır, susuzluğu dəf edir. Onu əzib tozunu şərbət və ya digər məcunlara qatdıqda qanı təmizləyir, saflaşdırır, zəhərlənmənin qarşısını alır, gözü xəstəliklərdən qoruyur.

Ərəb ölkələrində, Misirdə tünd yaşıl zümrüddən təbabətdə istifadə ediblər. Zümrüdü əzib toz halında və ya suda həll etməklə zəhərlənmələrdə istifadə ediblər. Zümrüd gəzdirən adamların əsəbləri sakit olar, qorxulu yuxular görməzlər. Toz halında zümrüdü müxtəlif maye dərmanlara qataraq malyariya, ishal kimi xəstəliklərin qarşısının alınmasında istifadə ediblər. Zümrüdün suyunu bədənə sürtdükdə ilan sizə yaxın gəlib zəhər verə bilməz.

Əqiq mineralından türkəçarəçilər daha çox istifadə edirlərmiş. Ondan göz muncuğu hazırlayıb uşaqların biləyinə, sinəsinə bağlayırlar. Bu uşaqları bədnəzərdən, göz dəyməsindən xilas edir. Onun şüanı dəfetmə xüsusiyyəti kompüter istifadəçilərinə çox seyirli ola bilər. Qara ciyərə, gözə xeyirlidir.

Şəffaf və rəngsiz kvars mineralından fikri dağıdan, üzdəki qırışıqları yox edən vasitə kimi istifadə olunur. Kvarsdan həmçinin qorxuluğun aradan qaldırılmasında da istifadə edilmişdir

Papa VII Klement (XVI əsr) ağır xəstəliyini, almaz, yaqut, zümrüdü toz halına salıb, qarışığı gündə bir neçə dəfə su ilə qəbul etməklə sovuşdurub.

mənbə: sia.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5891   Tarix: 24 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659