Xalq artisti: Axırda toy yiyəsi hamımızı çağırdı və ...

Xalq artisti: Axırda toy yiyəsi hamımızı çağırdı və ...www.BiG.AZ anspress.com-a istinadən bildirir ki, İlhamə Quliyevadan, Flora Kərimovadan sonra uşaq-muşaqla..."Xalq artisti Səməd Səmədovla çoxdan görüşməliydik. Amma Türkiyə səfəri bu görüşü təxirə salmalı oldu. Onunla qayıdanda görüşdük. Yüksək əhval-ruhiyyədə olan sənətçimiz əvvəlcə səfər təəssüratlarını paylaşdı. Sən demə, toya gedibmiş. Sonra isə xalq artistini sual yağışına tutduq. Təzə yaxtasının qiymətindən tutmuş, duet ortaqları ilə münasibətlərinə qədər. Bir zamanlar şou-biznesə qatılan oğlu Anarı bu sənətdən uzaqlaşdırıb Moskvaya qaçırmasının da səbəblərini öyrəndik.

"3 "paçka" pulu atdı qabağıma ki…"

- Eşitdik Türkiyədəsiniz, özü də toya dəvət almışınız...
- Baldızımın qızının toyu idi, ora getmişdim. Möhtəşəm bir toy keçdi. Uzun illər xaricdə yaşasalar da, o ailə toyun əsil Azərbaycan adət-ənənələri ilə keçirilməsini istədilər. Vağzalı, klarnet-filan hamısı öz yerində oldu.

- Uzun illərdir ki, toy biznesində yerinizi tutmusunuz və hələ də liderliyi qoruyub saxlayırsınız. Buna necə nail ola bilirsiniz?
- Ola bilər səmimiyyətimlə. Həm də mən sözübütöv insanam. Bir dəfə məni Rusiyaya toya dəvət etdilər, həmin ərəfədə Azərbaycanda toyum vardı. Xəbər yolladım ki, gələ bilməyəcəyəm. Təkrar mənə zəng edib xahiş-minnət etdilər ki, bəs toyu olan gənc məhz sizi xeyir işində görmək istəyir. Yenə etiraz edəndə mənə çoxlu pul təklif etdilər və düşündülər ki, o məbləği görən kimi o biri toydan imtina edəcəyəm. Amma pula məhəl qoymadım. Çünki başqasına söz vermişdim.

- Məbləğ nə qədər idi ki?
- 3 "paçka"… Dəfələrlə olub belə hallar. Adını deməyəcəyəm o toya mənim əvəzimə başqa bir müğənni getdi və həmin toydan 150 min manat götürdü. Amma mən getsəydim, ondan da artıq pul götürərdim. Elə oldu ki, iki aydan sonra həmin toyu olan gəncin ad günü idi və yenə də məni ora dəvət etdilər. Getdim və toyun əvəzini çıxdım.

- Toy qiymətlərinizi də bəlkə açıqlayasınız?
- 4 mindən 2 min 500 qədər. Mən tək deyiləm, ansanblım da var axı, onlar da dolanmalıdır. Evdə oturmaqdansa bəzən 2 min manata da toya gedirəm.

- İndiyə qədər ən bahalı toyunuz nə vaxt olub və o toydan nə qədər pul götürmüsünüz?
- Hardasa 15 il bundan qabaq Daşkənddə bir toydan 30 min manat pul götürdük. O vaxt Bəsdi Bəkirovda da mənimlə getmişdi. O dövr üçün 30 min böyük məbləğ idi ha! İndi müğənnilər gedib Moskva toylarından gözüyumulu 30-40 min manat pul götürürlər.

- İndiyə qədər hansı məmurların övladlarının toyunda oxumusunuz?
- Elmlər Akademiyasının prezidenti Eldar Salayevin oğlunun toyunu mən idarə etmişəm. O vaxt vertolyot qəzasında həlak olan Tofiq İsmayılovun övladının toyunu mən aparmışam. Çoxdur, onların arasında millət vəkilləri də var, məmurlar da. Sadəcə adlarının çəkmək istəmirəm. O vaxtlar "nömrə bir" idim axı.

- Elə indi də "nömrə bir"siniz.
- Yox indi o qədər gözəl müğənnilər var ki…

- Daha duet oxumursunuz. Niyə?
- Sevda xanımla 14 ildir bir yerdəyik, hələ on dörd il də bərabər işləyəcəyik. Çünki nə o qocalır, nə də mən. Sadəcə, indi "Qismət" qrupumla daha çox görünürəm.

"Beyonse, Cenefer Loppez, Hyustonla duet oxuyaram"

- Xanımınız heç sizi duet ortaqlarınıza qısqanırdımı?
- Yox, xanımımın məni qısqanmağa heç vaxtı da yoxdur, çünki başı nəvələrinə qarışıb. O duet ortaqları ilə də ailəvi dostluğumuz var.

- Gənc xanım müğənnilərdən sizinlə duet oxumaq arzusunda olanlar varmı?
- Çoxlu təkliflər alıram. Hətta külli miqdarda pul təklif edənlər də var, amma razılaşmıram. Çünki mən bundan sonra yalnız Beyonse, Cenefer Loppez, Hyustonla duet oxuyaram. Çünki İlhamə Quliyeva, Flora Kərimovadan sonra gedib uşaq-muşaqla oxumaq mənə yaraşmaz.

- Bir ara belə xəbər eşitdik ki, keçmiş duet ortağınız Ruhəngiz Allahverdiyeva ilə oxuduğunuz mahnıların lent yazılarını yandırmısınız. Bu barədə "Ay zaur" proqramında aparıcı dedi, Ruhəngiz xanım da təsdiqlədi…
- Yox, yox, nə danışırsan. Ola bilməz. Mən Rufa ilə ailəvi dostam. Bu yaxınlarda oğlunun toyu oldu. Həyat yoldaşım, uşaqlarım getdi o toya. Hətta Rufa bu yaxınlarda mənə dedi ki, Səməd, gəl, duetlərimizi bərpa edək. Mən də təklif etdim ki, mahnı tap oxuyaq, 50-50-yə də xərc qoyub klip çəkdirək. İndi mahnı axtarırıq.

- Təki mehriban olasınız. Bəs bu yaxta söhbəti necə, doğrudurmu ki, yaxta allmısınız?
- Niyə də mənim yaxtam olmasın? Dünya şou-biznesində olan ulduzların nəinki yaxtaları, təyyarələri, 5-6 maşınları, 3-4 ölkədə villaları var. Onlardan nəyimiz əskikdir? Keçən il Könül, Cabbar, mən Moskvada toyda idik. Bizimlə bərabər Araş, Filip Kirkorov, İbrahim Tatlısəs toyu aparırdıq. Axırda toy yiyəsi hamımızı çağırdı və pulları bölüşdürdü. Araşa 80, Filippə 100 min dollar, Tatlısəsə 200 min avro verdi.

- Bəs sizə?
- 25 minə danışmışdıq biz.Yəni sözümün canı budur ki, niyə bizim müğənnilərin yaxtası olmasın? Cavanşir Məmmədov "Rollis-Royce" alıb. Ən bərkgedən avtomobildir, nəvələrimin canına and olsun, o bu maşını alanda mən çox sevindim. Niyə də bizim müğənnilərin belə bahalı avtomobili olmasın?

- Vallah biz də yaxta xəbərinə sevindik. Qiyməti neçədir o yaxtanın?
- Bu yaxta dostumundur, amma mənə deyib istədiyin vaxt istifadə edə bilərsən. Bir milyon qiyməti var. Yaxtalar var ki, 1 milyondan tutmuş, 15 milyona qədər pul tutur.

- Bəs niyə özünüzə almırsınız?
- Mən icarəyə götürürəm. Amma dostumun yaxtası hər zaman hüzurumdadır.

"Oğluma dedim ki, səni məhv edəcəklər, çıx aradan"

- Səməd müəllim, təxminən 10 il bundan əvvəl oğlunuz Anar da şou-biznesə qatılıb oxuyurdu. Amma sonradan onu görə bilmədik. Dedilər, siz icazə verməmisiniz oxumağına…
- Mən o vaxt Anarı yanımda otuzdurub Elnur, Ayaz, Elton və Zamiqin diskini qoydum qabağına. Dedim oğlum, bir az sonra bu müğənnilər hər kəsi məhv edəcək, nə qədər gec deyil, çıx aradan. İndi Moskvada bizneslə məşğul olur. Dediyim kimi oldu, bu gənc simpatik müğənnilər, super mahnılarla qabağa getdilər. Amma gənc müğənnilərdə Faiq Ağayevin işgüzarlığını görə bilmədim.

"Deyirlər ki, Səməd, üzünü dartdır, alnını çəkdir"

- Maşallah, çox gənc görünürsünüz. Plastik əməliyyatlar etdirmisinizmi üzünüzdə, bədəninizdə?
- Allah eləməsin. Hərdən mənə deyirlər ki, Səməd üzünü dartdır, alnını çəkdir, deyirəm nə danışırsınız, kişi meymundan bir balaca fərqlənməlidir. Kişidən siqaret, araq iyi gəlməlidir. Kişi kişiliyini ayrı yerdə göstərməlidir.

- İdmanla məşğul olursunuz?
- Hər gün. Üç böyük itim var, üç gündən bir nəvələrimlə o itləri qaça-qaça dənizə aparıb çimizdiririk.

- Ən çox sevdiyiniz hədiyyə hansıdır?
- Diqqət. Ad günü və yubileylərimi keçirəndə dostlarıma söyüş qoyuram ki, hədiyyə gətirməsinlər.

- Niyə?
- Çünki istəmirəm kimisə xərcə salım.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2786   Tarix: 21 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609