10 milyonlarla insan öldürüb qəhrəman oldu (FOTO)
Ən qəddar diktator kimi tarixə adını yazmış Adolf Hitler super qəhrəman oldu. BiG.AZ lenta.ru-ya istinadən verdiyi məlumata görə, Banqkok universitetinin incəsənət fakultəsinin tələbələri məzun günündə müxtəlif super qəhrəmanlardan ibarət lövhə hazırlayıblar. Cizgi filmlərinin super qəhrəmanlarının yer aldığı lövhədə Hitlerin də şəkli olub. Məzunların nasist salamı verməklə məzun gününü başlamaları isə sosial şəbəkələrdə böyük qalmaqal yaradıb.
Universtitet bu qalmaqalı sakitləşdirmək üçün üzr istəməkdən başqa çarəsi qalmayıb. "Universitet və administrasiya, incəsənət fakultəsinin tələbələri baş vermiş hadisədən təəssüf bildirirlər. Biz araşdırdıq ki, plakatı nə etdiklərini bilməyən bir qrup tələbə hazırlayıb. Onlara rəsmi, şifahi xəbərdarlıq edilib", deyə universitet bildirib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş