Bakıda yeni hava limanı tikiləcək

Bakıda yeni hava limanı tikiləcəkYeni aeroportun Ələt qəsəbəsində tikilməsi nəzərdə tutulur."Böyük Bakının Regional İnkişafı Planı" layihəsi paytaxtın yaxınlığında yeni hava limanının tikintisini nəzərdə tutur.

Hazırda layihə müvafiq dövlət orqanları ilə müzakirə olunur. 2030-cu ilə qədər dövrü əhatə edəcək son variant yaxın bir neçə ay ərzində təsdiq ediləcək. Layihənin idarəetmə qrupunun rəhbəri Novruz Eldarlı Trend-ə açıqlamasında bildirib ki, yeni aeroportun Ələt qəsəbəsində tikilməsi nəzərdə tutulur.

Eldarlı bildirib: "Gələcəkdə Ələt Azərbaycanın yeni logistik, ticarət və neft-qaz mərkəzi olacaq. Qəsəbənin coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi ölkənin əsas nəqliyyat xətlərinin buradan keçməsinə imkan verir. Hazırda bu ərazidə beynəlxalq ticarət limanı tikilir, gələcək illərdə isə Səngəçal qəsəbəsində neft emalı kompleksi tikiləcək və neft-kimya məhsulları istehsalı işə salınacaq. Region tikinti məhsulları istehsal edən müəssisələrin yaradılması, o cümlədən yeyinti və tekstil sənayesi, balıqçılıq və digər sahələr üçün böyük potensiala malikdir. Biz Ələti Bakının müasir, dinamik şəklidə inkişaf edən peyk şəhərinə çevirməyi təklif edirik".

Bundan əlavə, Ələt yaxınlığında "Khazar Islands" süni adalarının yaradılması üzrə planın reallaşdırılması, o cümlədən həmin adaların ərazilərində yaşayış və əyləncə komplekslərinin yaradılması bu regionda turizmin inkişafına təkan verəcək.

Eldarlının sözlərinə görə, beləliklə, bu zonanın inkişafı burada yeni beynəlxalq aeroportun tikintisi məsələsini aktual edir. Çünki hazırda fəaliyyətdə olan Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ondan 100 kilometr aralıda yerləşir ki, bu da kifayət qədər uzaqdır.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4438   Tarix: 17 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Cavab kartı yalnız şagirdə verilən zaman texniki səbəbdən yararsız olduqda dəyişdirilə bilər" - Elşən Qafarov

İmtahan prosesinin ən vacib hissəsi düzgün cavabların cavab kartına köçürülməsidir. Abituriyentlər bəzi sualları səhv köçürmək nəticəsində bal itirirlər. Cavab kartları hər şagirdin adına bir dəfə çıxarılır. Bəs alternativ cavab kartlarına ehtiyac varmı?. Mövzu ilə bağlı -a danışan təhsil eksperti Elşə

15.04.2024 352
.

Şakira Türkiyədə konsert verəcək

Müğənni Şakiranın Türkiyədə konsert verməsi gözlənilir. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,müğənni dünya turu etməyi planlaşdırır

15.04.2024 179
.

Kosmetoloq bu paylaşıma görə cəzalandırıldı

Barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən "Laser Beauty Clinic"in baş həkimi Rəna Soltanova və həkim-kosmetolo

15:06 0
.

Rusiyada daşqın nəticəsində evlər suyun altında qalıb

Xəbər verdiyimiz kimi, Rusiyanın Orenburq vilayətində daşqın olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 10 mindən çox sahə və 5 mindən çox ev suyun altında qalıb. Evlərin əksəriyyətinin çoxmərtəbəli olduğu bildirilib. Məlumata görə, suyun altında qalan evlərdən 16547 nəfər, 4648 uşaq təxliyə edili

15.04.2024 356
.

KİV: İsrail İranı vura bilər

İsrailin hərbi cavabı öz imkanlarını nümayiş etdirmək üçün İranın dərinliklərindəki hədəflərə zərbələr endirmək ola bilər. Bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı adı açıqlanmayan ABŞ-li məmura istinadən məlumat yayıb. Məlumata görə, İranın hücumuna İsrailin potensial cavabı gərginliyi artırma

12:02 0
.

Baş redaktor və müxbir həbs edildi

" internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıblar. xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakta görə Cinayət Məcəlləsini

15:47 0
.

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah saat 10:00-dan Pirallahı rayonu, Süleyman Bağırov küçəsində yerləşən 48 saylı yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması və saat 09:30-dan Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılmas

15.04.2024 337
.

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15.04.2024 479
.

Pakistanda güclü yağış və ildırım vurması nəticəsində ölənlərin sayı 39-a çatıb

Pakistanda güclü yağış və ildırım vurması nəticəsində ölənlərin sayı 39-a çatıb. xəbər verir ki, səlahiyyətlilər həyatını itirənlərin əksəriyyətinin buğda biçini zamanı ildırım vuran fermerlər olduğu barədə məlumat paylaşıb. Baş nazir Şahbaz Şərif rəsmilərə yağışlardan zərər çəkmiş ərazilərə təcili yardımı

15.04.2024 165