Azərbaycan aktyorları nə qədər qonorar alır?

Azərbaycan aktyorları nə qədər qonorar alır?Azərbaycanda milli kino və serialların çəkilməsi üçün son iki-üç ildə dövlət tərəfindən bir neçə dəfə pul ayrılıb. Son dəfə isə kinoçəkənlərin ixtiyarına nə az, nə çox düz 6 milyon manat pul verilib. Amma məsələ heç də bu sahəyə pul ayırmaqla bitmir. Ondan da daha vacibi bu pulun yaradıcı heyət arasında bölüşdürülməsidir.

Azərbaycan aktyorlarının bir çəkiliş gününə tələb etdiyi qonorarın məbləğini araşdırmağa çalışıb.

Əməkdar artist Novruz Qartalın fikrincə, digər ölkələrlə müqayisədə Azərbaycanda aktyorlar az qonorar alırlar. "Azərbaycanda aktyorun çəkiliş gününə heç 200 manat vermirlər", – deyən sənətkar hesab edir ki, əslində məbləğ bu qədər olmalıdır:

"Aktyor narazılıq edəndən, qırğın-davadan sonra 150 verələr, ya verməyələr. Amma əslində ən azı 400-500 olmalıdır. Məsələn, Türkiyə və İranda belədir. Mən İranda bir seriala çəkildim. Günümə 200 manat verirdilər. Yemək, yol xərci, qalmaq üçün yerlə də təmin eləmişdilər. Artıq neçənci dəfədir ki, prezident yerli film və serialların çəkilməsi üçün pul ayrırır. İndi bizim üzərimizə düşən vəzifə etimadı doğrultmaqdır. Dövlətin ayırdığı pul aktyorlara çatmır".

Aktyor qonorarın yüksək olmalı olduğunu desə də, özü 50 manata da çəkilib: "Məsələn elə olub ki, balaca bir epizoda çəkmək istəyiblər. Gedib 20 dəqiqəyə çəkilib 50 manatımı almışam. Amma bunu da çarəsizlikdən etmişəm haa. Çünki maddi durumum yaxşı olsaydı, heç vaxt 50 manata çəkilməzdim".

Aktyor Faiq Mirzənin isə tələb edəcəyi qonorarın məbləği filmin büdcəsindən asılı olaraq dəyişir. Əgər ekran işinin normal büdcəsi varsa, 300 manatdan aşağı çəkilmir. Aktyor deyir ki, elə indi də neçə yerdən təklif gəlib, amma imtina edib: "Çünki mənim bu işə sağlamlığım, vaxtım gedir. Çəkilmək üçün ürəyim getmir. Elə sənətkarlarımız var ki, deyir, 1000 manata çəkilirəm, çəkirsən çək, çəkmirsən, – yaxşı yol". Düz edir. Çünki həmin serialın, filmin ona ehtiyacı var. Yəni o serialda olacağı halda böyük reytinq gətirə bilər. Buna görə də filmlərin, serialların çoxunda qeyri-peşəkarlar çəkilirlər. Yaxud da rejissorlar bölgə teatrlarına üz tuturlar. Çünki həmin aktyorlar həmişə diqqətdən kənar qaldıqlarından, çəkilmək istəyirlər".

Faiq Mirzənin dediklərinə inansaq, bu yaxınlarda çəkiləcəyi bir serialdan gününə 5 min manat qazanacaq: "Məsələn, bu yaxınlarda Türkiyədə çəkiləcək bir seriala təsdiq olunmuşam. Orda məndən başqa 20-yə yaxın azərbaycanlı aktyor çəkiləcək. Günlük qonorarımız təxminən 5 min manat olacaq. Ümumiyyətlə orda qiymətlər belədir".

Əməkdar artist Kazım Abdullayev isə bu yaxınlarda Rusiyada çəkildiyi serialda hər gününə 250 dollar alırmış. Amma aktyorun dediyinə görə, bu, Rusiya üçün yüksək məbləğ sayılmır:

"Hələ mənə az verirdilər. Orda epizodda oynayan aktyorlar var ki, günlərinə 700 dollar alırlar. Rusiyada qiymətlər aktyorun peşəkarlığından və populyarlığından asılı olaraq 1000-10000 arasında dəyişir".

Qeyd edək ki, Azərbaycanda kinostudiyanın çəkdiyi filmlərdə nisbətən yaxşı qonorar – 300-350 manat verilir. Prodakşnlarda isə məbləğ o qədər də yüksək deyil. Məsələn, hansısa prodakşnın çəkdiyi ekran işində aktyor gününə 200 manatdan yüksək qonorar ala bilmir. Bəzən isə aktyorlarla müqavilə imzalanır və aylıq maaş danışılır. Kazım Abdullayevin dediyinə görə, bu rəqəm 1000-1200 manat təşkil edir.

Xalq artisti Ağaxan Salmanlı isə yarızarafat deyir ki, aktyorun gündəliyi nə qədər çox olsa, rejissorun başının ucalığıdır. Xalq artisti məsələyə fundamental yanaşılmasının tərəfdarıdır. Onun sözlərinə görə, dərk etmək lazımdır ki, aktyor həmin pulla həyatını qurur, ailə dolandırır. Təbii ki, burda da kateqoriyalar var: "xalq artisti", "əməkdar artist" və gənc aktyor.

"Məsələn, Yuli Qusman məni "Qorxma, mən səninləyəm" filminə çəkəndə günümə 400 manat verdi. Ülviyyə Könülün çəkdiyi "Vəkil hanı?" filmində günümə 200 manat alırdım. Osman Albayrakın çəkdiyi "Cavanlıq" serialında hər çəkiliş günüm 125 manat idi".

Aktyor deyir ki, heç vaxt günü 100 manatdan aşağı qiymətə çəkilməz: "Əgər o da tanışdırsa, yaxşı iş görürsə, sənət naminə gedərəm".

Əməkdar artist Aydın Əliyev isə 50 manata da çəkilib, 350 manata da. Məsələn, rejissor Aqil M.Quliyevin çəkdiyi reklamlarda bir gününə 350 manat alan Aydın Əliyev Nadir Diridağlının "Tək olanda qorxma" serialında da hər gününə eyni qədər pul alıb: "O serialda aktyor Ayşad Məmmədov isə 400 manata çəkilirdi. "Məhkumlar" serialından isə aylıq 500 manat maaş alırdım. Elə ay olub ki, cəmi bir çəkiliş günüm olub. Məsələn "Ağabəyovlar" serialında aylıq 500 manata müqavilə bağlamışdım. Sonra şərtlər dəyişdirildi və hər ayım 700-800 manata çıxırdı".

Xalq artisti Rafael Dadaşov isə bir çəkiliş gününə 500 manat qonorar tələb edir. Aktyor deyir ki, elə qiyməti yüksək olduğuna görə ona müraciətlər olmur.

Gənc aktyor Sərdar Rüstəmov isə bir çəkiliş gününə minimum 100 manat tələb edir. Onun sözlərinə görə, bundan aşağı qiymətə oynayan aktyor normal oyun göstərə bilməz:

"Eşitdiyimə görə, lap 20 manata çəkilənlər də var. Amma bu ayıbdır. Mən "Bir kəndin sevinci" serialına günə 100 manata çəkildim. Amma bir neçə günün çəkilişini iki sutkaya yerləşdirdilər".

Yəqin ki, indi qonorar məbləğinin açıqlayacağım aktyorların adını bayaqdan siz də gözləyirsiniz: Rasim Balayev və Fəxrəddin Manafov. Gündəliklərinin məbləğini özlərindən öyrənə bilməsək də, sənət yoldaşlarından yetərincə maraqlı faktlar əldə etmişik. Qeyd edək ki, Balayev hazırda ölkədə deyil, Manafov isə istirahət edir. Rasim Balayev Azərbaycanın ən bahalı aktyorudur. Araşdırmamız zamanı bəlli oldu ki, sənətkarı çəkiliş meydançasında görmək istəyən rejissor hər gün filmin büdcəsindən 1500 manat ayırmalıdır. Amma burda da tanış-dost anlayışları öz sözünü deyir. Əgər rejissor çox yaxın adamdırsa, R.Balayev ona 500 manat endirim edə bilər.

Xalq artisti Fəxrəddin Manafovun da qonorarı təxminən o qədərdir. Son vaxtlar daha çox xarici film və seriallarda rol alan Manafov məhz bu bahaçılığına görə yerli rejissorları qane etmir.

mənbə: axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5333   Tarix: 20 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875