Milli valyutanın buraxılmasından 21 il ötür (Video)

Milli valyutanın buraxılmasından 21 il ötür (Video)Manat Cənubi Qafqazın ən qiymətli valyutası hesab olunur

1992-ci il iyulun 15-də ilk milli əskinaslar 1, 10 və 250 manatlıqlar, noyabrında 5,10, 20 və 50 qəpikliklər, dekabr ayında isə 5 manatlıq əskinas dövriyyəyə buraxıldı. Hökumətin qərarı ilə 1 manat 10 rubla bərabər götürülürdü. 1993-cü ilin dekabrına qədər manat rublla paralel dövriyyədə oldu. Daha sonra rublun istifadəsi dayndırıldı. Bundan sonra Azərbaycan manatı 1995-ci ilə qədər ucuzlaşmaqda davam etdi.

Amma 1996-cı ilin ortalarından başlayaraq, manatın möhkəmlənməsi start götürdü və bu proses 1999-cu ilə qədər davam etdi. Sonrakı 5 ildə manat yenidən ucuzlaşmağa başladı. 2005-ci ildən ölkədə neft gəlirlərinin çoxalması milli valyutanın da məzənnəsini qaldırdı. Buna görə də hökumət 2006-ci il yanvarın 1-dən denominasiyaya getdi. Yeni əskinaslarda manatın nominal dəyəri 5000 dəfə azaldıldı.

O vaxtdan başlayaraq manat dünyanın aparıcı valyutalarına nisbətən bahalaşır. İndi manat Cənubi Qafqazın ən qiymətli valyutası sayılır. Ekspertlər hesab edir ki, manatın qüvvətlənməsi milli valyutaya inamı artırır. Son proseslər göstərir ki, əhali əmanətlərini milli valyutada, banklarda kreditləri manatla verməkdə maraqlıdır.

Ekspertlər manatın möhkəmlənməsinin hələ bir müddət davam edəcəyini bildirir. Bu gün Mərkəzi Bankın da apardığı siyasətin əsasını manatın məzənnəsinin saxlanması təşkil edir.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2156   Tarix: 15 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740