İngiltərədə azan səsi (Video)

İngiltərədə azan səsi (Video)Britaniyanın nüfuzlu televiziyalarından biri olan "Kanal 4" ölkə tarixində ilkə imza atıb. Müsəlmanların müqəddəs Ramazan ayının başlaması ilə Böyük Britaniyanın nüfuzlu televiziyalarından biri olan "Kanal 4" ölkə tarixində ilkə imza atıb. "Kanal 4" Ramazan ayı boyunca sübh namazı canlı yayımlayacaq. Bu isə ölkədə fikir ayrılığına səbəb olub. Bəziləri bu qərarın təxribat məqsədli olduğunu desə də, "Kanal 4" müsəlmanları terrorçu kimi yox, özlərindən biri kimi görmək istədikləri üçün bu addımı atdıqların deyib.

Britaniya hökumətinin layihəsi olan bu qərarı icra etməkdə məqsəd İngiltərədə müsəlmanlarla münasibətləri daha da yaxşılaşdırmaqdır. Bu gün Böyük Britaniyada 3 milyon müsəlman yaşayır. Bir çox Avropa ölkəsi kimi İngiltərədə də müsəlmanlara fərqli münasibət var. Xüsusilə, bir müddət əvvəl Londonda Li Riqbi adlı əsgərin müsəlman tərəfindən öldürülməsi ölkədə anti-islam nümayişlərinin genişlənməsinə səbəb olmuşdu. Müsəlmanlara, o cümlədən məscidlərə hücumlar artmışdı. İndi "Kanal 4" bu layihə ilə müsəlmanlara qarşı olan münasibəti bir az yumşaltmaq istəyir. "Kanal 4" azandan əvvəl hər gün islamla bağlı kiçik film də nümayiş etdirəcək.

Azanın səsləndirilməsi üçün İngiltərənin ən yaxşı müəzzinlərindən biri kimi tanınan Həsən Rəsulu seçilib. Böyük Britaniyada yaşayan müsəlmanlar arasında məhşur olan bu şəxsin filmdə yer almasını da, "Kanal 4" yenə də İslama olan xoş niyyəti ilə əsaslandırib. Həsən Rəsul Londonun müxtəlif bölgələrini gəzir, arxa planda isə onun oxuduğu azan eşidilir.

Böyük Britaniya telekanalının belə bir addım atması müsəlman ölkələri tərəfindən o cümlədən Azərbaycanda da alqışla qarşılanır.

Bakı İslam Universitetinin dekanı, Hacı Fuad Nurullayev: "Əgər İngiltərənin "Kanal 4"-ü təkcə ingilis xalqı üçün bunu etmir. Bütün dünyaya yaya bilər ki bu gün İslamın nə olduğu bilinsin, Azanın bərəkəti dərk edilsin, orucun fəziləti bilinsin və dünya insani bundan xeyir götürsün. Dünyada sülh amili ortaya qoyulur və dinlər insanları birləşdirir".

Ehtimal olunur ki, bu layihədən sonra Böyük Britaniyada müsəlmanlarla yerli əhali arasındakı münasibətlər yaxşılaşacaq.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2212   Tarix: 17 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390