Qənirə Paşayeva və Nicat Dağlar prezidentə təşəkkür etdi (Foto)

Qənirə Paşayeva və Nicat Dağlar prezidentə təşəkkür etdi (Foto)Millət vəkili Qənirə Paşayeva müəlicəsini öz üzərinə götürdüyü üçün ölkə prezidenti İlham Əliyevə təşəkkürünü sosail şəbəkə vasitəsilə bildirib. Statusda həmçinin Nicat Dağların da prezidentə təşəkkürü öz əksini tapıb. Həmin statusu diqqətinizə çatdırırıq

"Bir az əvvəl Nicatla danışdım. Prezidentimiz cənab İlham Əliyevin onun bütün müalicə xərclərini öz üzərinə götürməsini bilir.Təşəkkür etdi. Səsində sağalacağına böyük inam var idi və bu indi onun üçün ən önəmli məsələlərdən biridir. İnşallah xəstəliklə mübarizədə böyük Allahımızın da dəstəyi ilə qalib gəlib körpə balalarını xanımı ilə birlikdə böyüdüb boya başa çatdırar. Allah köməyi olsun. Prezidentimiz cənab İlham Əliyevə jurnalist Nicat Dağların bütün müalicə xərclərini öz üzərinə götürməsinə görə təşəkkür edirik! Nicatın uşaqlarını bu əziz ayda sevindirdi. Allah da ona və ailəsinə hər zaman kömək olsun! Məni həm də jurnalistlərimizin hansı siyasi düşüncədə olmasından asılı olmayaraq belə anlarda gözəl bir həmrəylik nümayiş etdirməsi oldu. Nicat üçün jurnalistlərimizin belə dəstəyi mənəvi cəhətdən daha da önəmli oldu və önəmlidir deyə düşünürəm. İnşallah qısa zamanda sağlamlığına qovuşar"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 5387   Tarix: 14 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti