Mursi tərəfdarları ABŞ bayrağını yandırıblar (Video)

Mursi tərəfdarları ABŞ bayrağını yandırıblar (Video)Misirin paytaxtı Qahirədən ölkədə yaşanan qarşıdurmalarla əlaqədər dramatik görüntülər gəlməkdə davam edir. Bir tərəfdə hərbi çevriliş nəticəsində devrilən hökumət tərəfdarları ilə əleyhidarları arasında dava-dalaş baş verdiyi halda, digər tərəfdə qarşıdurmalarda ölənlərin dəfn mərasimi keçirilir.

Qarşıdurmalar nisbətən səngisə də, etirazlar səngimək bilməyib. Ölkənin ikinci ən böyük şəhəri olan İsgəndəriyyə də bir qrup Mursi tərəfdarı Amerika Birləşmiş Ştatları konsulluğu qarşısında toplaşaraq Ağ Ev rəhbərliyinə qarşı şüarlar səsləndiriblər.

Etirazçı: "Bura gəlmişik bildirək ki, Misirdə baş verənlər hərbi çevriliş deyil, bu xalqın terrorizmə və Amerikaya qarşı iradəsidir. Biz ölkəmizin azad olmasını istəyirik. Heç bir xarici qüvvənin Misirə müdaxilə etməyə haqqı yoxdur".

Sosial şəbəkələrdə isə, bir qədər əvvəl ölkədə yaşanan qarşıdurmaların dəhşətli görüntüləri yayımlanıb. Videogörüntülərdə Məhəmməd Mursi tərəfdarları ilə ordu qüvvələri arasında yaşanan qarşıdurma zamanı iki gəncin binanın üzərindən yerə atılması öz əksini tapıb. Sinay yarımadasından isə, daha bir ölüm xəbəri gəlib. Yerli mediyanın verdiyi məlumata görə, xristian dini mənsəbli ölkə vətəndaşı güllələnərək öldürülüb. Lakin cinayətin siyasi böhranla əlaqədər olub-olmaması isə məlum deyil.

Bu arada, ölkənin müvəqqəti rəhbərliyi bir qədər əvvəl xarici mediyada Məhəmməd əl-Bəradeinin ölkənin baş naziri vəzifəsinə təyin edilməsi xəbərlərini təkzib edib. Rəsmilərin sözlərinə görə, hazırda bu barədə müzakirələr aparılır. Ümumiyətlə isə, Əl-Bəradei yeni hökumətin başçısı vəzifəsinə ən real namizəd hesab edilir.

Qeyd edək ki, Nobel mükafatı laureatı olan Əlbəradei uzun müddət Birləşmiş Millətlər Təşkilatının nüvə nəzarəti agentliyinin sədri olub. O, sabiq prezident Hüsnü Mübarək dönəmində müxalifətə rəhbərlik edib.

mənbə : anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 706   Tarix: 07 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390