Avropanın ada şəhərləri (Fotolar)

1.Almaniyanın Lindau şəhəri - Avstriyanın, Almaniyanın və İsveçrənin sərhədlərinin görüş yeridi. O, materiklə körpü və bəndlər vasitəsi ilə birləşir. 3000 sakini var. Şəhərə girən kimi Lindaunun simvolu olan şir heykəli, digər tərəfində isə 13-cü əsrdə tikilmiş mayakla rastlaşarsız:

Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)2. İtaliyanın İzola dey Peskatori ada şəhərciyinin cəmi 50 sakini var. Uzunluğu 375, eni isə cəmi 100 metr olan adada cəmi bir küçə var. İzola dey Peskatori əhalisi əsasən balıqçılıqla məşğul olurlar:

Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)3. Trogir - Xorvatiyanın orta əsrlərə aid ən qədim şəhərlərindəndir. Şəhər tarixi arxitekturalarına görə YUNESKO-nun Ümumdünya mirası siyahısına daxil edilib. Sakinlər isə əsasən çoxsaylı turistlərə xidmət, gəmi və yaxta tikintisi, həmçinin balıqçılıqla məşğuldurlar:

Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)4.Nesebar - artıq 3000 ildir ki, təkcə Bolqariyanın deyil, Qara dənizin əsl mirvarisi hesab olunur. Uzunluğu 850 metr, eni isə 300 metr olan adanı materiklə 400 metrlik bənd birləşdirir. Hələ 1983-cü ildə şəhər tarixi abidələrinə görə YUNESKO-nun Ümumdünya mirası siyahısına daxil edilib. Adanın 10000 sakini var:

Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)5.İtaliyanın Venesiya şəhəri - Dünyanın ən məşhur ada şəhərlərindən hesab olunur. Əslində Venesiya 455 körpü ilə birləşən 117 adanın üzərində qurulub. Buna uyğun olaraq şəhərdə 150 kanal axır. Bu gün təəssüf ki, bu tarixi şəhər yavaş-yavaş Adriatik dənizinə batır. Hökumət bununla əlaqədar olaraq yeni-yeni layihələr fikirləşir. Əgər bu məsələ həll olunmazsa, artıq 2028-ci ildə Venesiyada yaşamaq mümkün olmayacaq:

Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)Avropanın ada şəhərləri (Fotolar)mənbə: faktxəbər.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 4956   Tarix: 15 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti