Elmar Məmmədyarov əcnəbi diplomatları qəbul edib

Elmar Məmmədyarov əcnəbi diplomatları qəbul edibİyulun 4-də xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının ölkəmizdəki səfiri Luk Truyensi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazir Elmar Məmmədyarov Azərbaycan-Belçika ikitərəfli əməkdaşlığının mövcud səviyyəsindən məmnun olduğunu qeyd edərək, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanların olduğunu bildirib. Nazir belçikalı diplomata gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Belçika Krallığının səfiri Luk Truyens öz növbəsində iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün potensialın olduğunu vurğulayıb və ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd edib.

Elmar Məmmədyarov həmçinin İtaliyanın ölkəmizdəki səfiri Mario Baldinini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Nazir ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnun olduğunu bildirib və səfir Mario Baldiniyə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görə təşəkkür edib.

İtaliyanın səfiri Mario Baldini Azərbaycan-İtlaiya münasibətlərinin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün potensialın olduğunu qeyd edərək, ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd edib.

mənbə : anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1053   Tarix: 05 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hülya Afşarın dedikləri gündəmə bomba kimi düşdü

Türkiyəli müğəni Hülya Afşar evlilik proseduru ilə bağlı verdiyi təklifə ölkə əhalisinin sərt reaksiyası ilə üzləşib. -ın xəbərinə görə, Afşar qızı evliliklərin də kirayə müqaviləsi kimi 5 il müddətinə imzalanmasını təklif edib. "Beş ildən bir evlilik müqaviləsi yenilənməlidir. O zaman ər-arva

15.04.2024 290
.

"Cavab kartı yalnız şagirdə verilən zaman texniki səbəbdən yararsız olduqda dəyişdirilə bilər" - Elşən Qafarov

İmtahan prosesinin ən vacib hissəsi düzgün cavabların cavab kartına köçürülməsidir. Abituriyentlər bəzi sualları səhv köçürmək nəticəsində bal itirirlər. Cavab kartları hər şagirdin adına bir dəfə çıxarılır. Bəs alternativ cavab kartlarına ehtiyac varmı?. Mövzu ilə bağlı -a danışan təhsil eksperti Elşə

15.04.2024 352
.

Mahsun Kırmızıgülün ölüm xəbəri yayıldı

Sosial şəbəkələrdə Türkiyəli tanınmış müğənni və aktyor Mahsun Kırmızıgülün ölüm xəbərləri yayılıb. -ın xarici mediaya istinadən xəbərinə görə, müğənni öz sosial şəbəkə hesabından bu xəbərlərə reaksiya bildirib. "Sırf bəyənmə xatirinə "öldü" xəbərlərini yaymaq ayıbdır. Yaşayıram və sağlığı

15.04.2024 758
.

Azərbaycanda universitet prorektoru kazinoda külli məbləğdə pul uduzub? - AÇIQLAMA + FOTO

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması və universitetə prorektor təyin olunması ilə bağlı məlumatlar var. Bakı Avrasiya Universitetinin rektorunun köməkçisi Şəfayət Avılbəyli -ın sorğusuna cavab olaraq bildirib ki

15.04.2024 716
.

İran-İsrail məsələsi illər əvvəl "Kurtlar Vadisi"ndə - VİDEO

İranın başlatdığı PUA hücumu ilə Yaxın Şərqdə gərginlik yenidən artarkən, Türkiyədə yayımlanan "Qurdlar Vadisi" serialında yer alan səhnə gündəmə gəlib. -a istinadla xəbər verir ki, səhnədə İran və İsraillə bağlı dialoq var. Dialoq belədir:. "Əslində, bölgədə İsraillə İran arasında sözsü

15.04.2024 159
.

Yeni qayda - boşanmaq istəyənlər rüsum ödəməli olacaq

Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, b

15.04.2024 1100
.

Xəzərin Azərbaycan hissəsində süni torpaq sahələri yaradılacaq

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələri yaradılacaq. "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub. Belə ki, "Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında"

15.04.2024 218
.

UNEC-in müəllimi vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn kafedrasının baş müəllimi Lilipar Cəfərova vəfat edib. Bu barədə UNEC məlumat yayıb

15.04.2024 431
.

İcra başçısının birinci müavini və müavini vəzifəsindən getdi (FOTO)

Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və müavini işdən çıxıb. -ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə icra hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov və qurumun digər müavini Gülnaz İsrafilova xidmətdə olmağın son yaş həddi ilə əlaqədar olaraq vəzifələrindən azad edilərə

15.04.2024 405