Şok: Bakıda 27 yaşlı qızın mədəsindən tük topası çıxarıldı (Video)

Şok: Bakıda 27 yaşlı qızın mədəsindən tük topası çıxarıldı (Video)Çəkisi 2 kiloqramdan artıq bezuar-yəni tük topası 27 yaşlı Nuranə Behbudovanın mədəsindən bir müddət əvvəl çıxarılmışdı. Həmin qız yenidən mədə və kürək nahiyəsinin ağrıları ilə respublika klinik xəstəxanasına müraciət edib. Həkimin müayinəsindən sonra məlum olub ki, mədəsinə yenidən tük topası yığılıb.

Əslən Saatlı rayonundan olan ailənin başçısı da etiraf edir ki, əqli cəhətdən qüsurlu Nuranə anasının ölümündən sonra diqqətsiz qalır. Tük yeməsi də məhz bu nəzarətsizliyin nəticəsidir.

Tük topasını endoskopik yolla çıxarmaq mümkün olmadığından cərrahiyyə zərurəti yarandı və xəstə əməliyyat olundu və nəhayət, əməliyyat uğurla başa çatdı. Tük topası qızın mədəsindən azad edildi

Cərrah Fariz Camalov xəstənin özünün tükü olub- olmadığı yoxlanılıb, bunun üçün patoloji anatomiya şöbəsinə yollanacağını bildirdi.

Qeyd edək ki, tük topası insan mədəsinə iki yolla yığıla bilir. Bunlardan biri tük udmaqla və digəri isə, fito meyvə tumlarının qəbul edilməsilə. Tükün mədədə anadangəlmə yaranma versiyası da irəli sürülür.

mənbə: ann.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3954   Tarix: 09 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390