"Biz hər şeydə güclüyük" – Mübariz Mənsimov

"Biz hər şeydə güclüyük" – Mübariz MənsimovBizi yalnız qızıl medallar qane edəcək"

"Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimov Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Slima" ilə Maltada keçirilən görüşdən (1:1) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Görüşün nəticəsi sizin üçün sürpriz olmadı?

- "Xəzər Lənkəran"ın qələbə qazanması lazım idi. Çünki mən rəqibi güclü hesab etmirdim. İdmanda şans amili də var. İnşallah, cavab matçından sonra növbəti mərhələyə biz keçərik.

- "Xəzər Lənkəran"ın "Slima"dan aşkar güclü olması fikri ilə razısınız?

- Əlbəttə.

- Gələn il komandanızın 10 yaşı olacaq. Yubileylə əlaqədar Con Toşak kimi adlı-sanlı mütəxəssisi baş məşqçi postuna gətirdiniz. Bundan sonra məşhur futbolçuların da transfer ediləcəyi gözlənilsə də, hələlik bu baş vermədi...

- Mən Con Toşaka güvənirəm. Uelsli məşqçinin karyerası çoxlarına bəllidir. Toşakın Azərbaycana gəlməsi böyük bir şansdır. Özünüz də gördünüz. Bu gün komanda Toşakın rəhbərliyi altında rəqibdən çəkinmədi, qorxmadan mübarizə apardı. Bu, önəmli amildi.

- Belə çıxır ki, "Xəzər Lənkəran"ın çıxışı sizi qane edib...

- Məni qane eləməyən yalnız bir məqam var. O da rəqibdən güclü olduğumuz halda qələbə qazana bilməməyimizdir. Biz hər şeydə "Slima"dan güclüyük. İstər büdcə, istərsə də digər cəhətlərdə.

- Ola bilərmi ki, qələbəni əldən verilməsinə səbəb futbolçularda yaranan arxayınçılıq oldu?

- Mümkündür, bəlkə də bizim futbolçularda rəqibi zəif hesab etdikləri üçün arxayınlaşma yaranıb. Bütün bunlara baxmayaraq, Lənkərandakı qarşılaşmada mərhələ keçəcəyimizi düşünürəm.

- Növbəti mövsüm üçün komandanızdan nə gözləyirsiniz?

- Təbii ki, çempionluq. Gələn il komandamızın yubileyidir. Bu səbəbdən bizi yalnız qızıl medallar qane edəcək.

mənbə: qafqazinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2206   Tarix: 13 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164