Yayın xəstəlikləri qışın azarından daha təhlükəlidir

Yayın xəstəlikləri qışın azarından daha təhlükəlidirYaz-yay aylarında dəri-zöhrəvi xəstəliklərinə daha çox təsadüf olunur. Xəstəliyə isti aylarda yaxalanan insanlar bəzən ondan qış aylarında da yaxa qurtara bilmir. Adıçəkilən xəstəlikdən ən çox əziyyət çəkən isə azyaşlı uşaqlar olur.
Modern.az yayda daha çox rastlanan dəri xəstəliklərini araşdırıb. Dermotoloq Vüqar İbadov deyir ki, son illər dəri üzərində gicişmə, göynəmə, ağrı, dartılma, yandırma, bir sıra hissiyyat pozulmaları, göbələk, albəzək dəmirov və s. ümumi-üşütmə, qızdırma, yuxusuzluq, iştahasızlıq, əsəbiliklə müşahidə olunan xəstəliklər insanları ən çox narahat edən problemə çevrilib. Vüqar İbadov deyir ki, yay fəsli dəniz mövsümü olduğundan gün şüaları altında çox qalmaq da dəridə müxtəlif sağalmaz xəstəliklər yaradır. Həkim, dermatoloqun sözlərinə görə, birbaşa gün şüaları altında çox qalmaq dəri xərçənginə səbəb olur. "Viçiliqa adlı dəri xəstəliyi olanlar da gün şüalarından qorunmalıdırlar. Çünki bu xəstəliyə görə dəridə melamin çatışmazlığı olur. Belə insanlar gün şüaları altında çox qalanda dərinin quruması baş verir. Bu isə sonradan ağır fəsadlar verir".
Bu mövsümdə sözügedən xəstəliklərin daha da böhranlı durum yaratmasını həkim temperaturun artması ilə izah edir: "Yay aylarında tərləmələr çox olduğundan bir sıra dəri xəstəlikləri baş qaldırır. Körpələrdə bu hal immunitetin azalması, onlarda xəstələnmə hallarının tez-tez baş verməsi nəticəsində də meydana gələ bilir. Adətən sağlam uşaqlarda dəri xəstəliklərinə az rast gəlinir. Allergiyaya meylli uşaqlarda daha çox dəri xəstəliklərinin yaranması ehtimalı var. Ümumilikdə bu kimi xəstəliklərə yoluxmamağın yolu bütün gigiyenik qaydalara əməl olunmasıdır. Belə ki, vaxtaşırı əllər, ayaqlar yuyulmalıdır. Bəzən xəstələr hətta müalicə aldığı vaxtda belə təmizlik qaydalarına əməl etmirlər. Necə deyərlər, azar təmizlikdən bezardır. Həmçinin bu kimi xəstəliklərin meydana gəlməsi qida rejimi ilə də bağlıdır. Belə ki, hər bir insan bütün qida məhsullarından lazımi qaydada istifadə etməlidir. Xəstəliyə yaxalanmamaq üçün qidalanmaya və təmizliyə mütləq riayət olunmalıdır. Əgər belə olarsa, o zaman yaranan hər bir xəstəliyin müalicəsi də yüksək effekt verər.

Həkim deyir ki, mövsümü xəstəliklər daha təhlükəlidir. Onun sözlərinə görə, bəzən onlara tutulan hər bir vətəndaş uzun müddət onun müalicəsində də çətinlik çəkir. İndi qarpız, yemiş, tərəvəzlər çox istifadə olunduğundan daha çox dəri üzərində allergiyalar yaranır. Bu da nəinki dəriyə, eyni zamanda, daxili orqanizmə də mənfi təsirini göstərir. Orqanizm xəstəliyə müqavimət göstərə bilmədikdə nəticə pis də ola bilir".

Dermatoloq deyir ki, "Kəmərvari dəmirov" xəstəliyi son illərdə daha çox təsadüf olunan dəri xəstəliklərindəndir. Bu xəstəlikdən insanlar özlərini payız və qış aylarında daha çox qorumalıdırlar. Bu həm də bir virusdur. Müalicəsi uzun müddət çəkir. Bu xəstəlik sinir boyunca yerləşdiyindən, sinirin iltihabı gedir. Buna görə də yaşlı insanlar bəzən müalicəyə daha çox vaxt sərf edirlər. Dəri xəstəlikləri arasında mal-qara ilə məşğul olan insanlarda da xəstəliklərə daha çox təsadüf olunur. Bu kimi xəstəlik sanitar qaydalara riayət olunub-olunmamasından çox asılıdır. Sadə bir şeyi qeyd etmək istərdim. Ayaqların nəm qalması göbələk xəstəliyinin daha böhranlı vəziyyətə düşməsinə səbəb olur. Bəzən başda tük dibində bu kimi xəstəliklərə də rast gəlmək mümkündür".

Vüqar İbadov onu da bildirdi ki, isti günlərdə bütün gigiyenik qaydalara riayət etmək, çox gün şüası qəbul etməmək və düzgün qidalanmaqla xəstəliklərdən qorunmaq olar.

Odur ki, çalışın, yayda xəstələnməyin…

mənbə: modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 8604   Tarix: 02 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986