Dilənçilik gəlir mənbəyidir yoxsa...

Dilənçilik gəlir mənbəyidir yoxsa...İnsanın imkansızlıq səbəbindən dilənməsini görmək qədər ürəkağrıdıcı bir şey yoxdur

Dilənənlərin hərəsi bir səbəb göstərir. Hər yaş təbəqəsindən dilənən insana rast gəlmək mümkündür. Dünyanın istənilən ölkəsində dilənçiliyə biznes gözü ilə baxanlar var. Məsələn, kimisi özünü şikəstliyə vurub özü üçün dilənirsə, kimisi də diləndiyi pulu gündəlik başqasına verir. Araşdırmalar göstərir ki, insanları qrup şəklində diləndirmə şəbəkəsi müsəlman ölkələrində çoxdur. Düşünə bilərsiniz ki, yəqin burada insanların həyat şəraiti digər ölkələrlə müqay isədə aşağı olduğu üçün belədir. Əslində məsələ bir qədər başqadır. Belə ki, müsəlman ölkələrində insanlar dilənən insanlara laqeyid qala bilmirlər. Dinimizdə buyrulur ki, imkanı olan şəxs imkansızlara əl tutmalı və sədəqə verməlidir. Bu mənada müsəlman ölkələrində təkcə varlılar deyil, elə ortabab imkana malik şəxslər də yardım etməkdən, sədəqə verməkdən çəkinmirlər. Nə yazıq ki, bundan mənfi mənada istifadə etməyə çalışanlar var. Məsələn, bir vaxtlar əcnəbi telekanallardan izləyərdik ki, uşaqları, yeniyetmələri qrup şəklində diləndirirlər. Onlar günboyu yığdıqlarını sonda öz "müdirlərinə" verirlər. Səhəri gün eyni şey bir daha təkrar olunur. Kimsəsiz hesab olunan həmin şəxslər verilən bütün "tapşırıqlara" əməl etməyə məcburdular. Hətta imtina etmək istəsələr belə bunu bacarmırlar. Çünki onlar bu halda süni əngəllərlə üzləşir, təzyiqə, hədə-qorxuya məruz qalırlar.

Bu məsələ illərdir qardaş Türkiyədə də aktual problemlərdən biri olaraq qalır. Hətta türkiyəli qardaşlarımız bu mövzuda dəfələrlə filmlər də çəkiblər.

Mövzu zaman-zaman ölkəmizdə də gündəmə gəlir. Məsələn, qaraçıların öz uşaqlarını metro stansiyalarında, parklarda, tıxacın çox olduğu ərazilərdə diləndirmələrinə rast gəlməyən yəqin ki, çox az adam tapılar. Azyaşlı uşaqların anası hesab etdiyimiz qadınlar bir kənarda durub tamaşa edir, uşaqlar ona-buna yaxınlaşıb yalvarmaqla aldıqları pulları sonda onlara təhvil verirlər. Analar da sanki heç nə olmamış kimi, pulları sayıb ciblərinə yığırlar. Polis gələnədək ünvanı dəyişirlər, yəni bir stansiyadan digərinə keçirlər. Stansiyadan stansiyaya, bu vaqondan o biri vaqona keçirlər.

Parklarda, yol kənarlarında diləndirilən insanlar istidə də, soyuqda da verilən "tapşırığı" yerinə yetirmək məcburiyyətindədirlər. Bir dəfə metronun "Gənclik" stansiyasının yaxınlığındakı Atatürk parkında dilənən bir qadın əl açıb məndən pul istəyəndə ona: "Nə məsələdirsə bu gün 3-4 dilənçiyə pul vermişəm",-dedim. Üz-gözündən yorğunluq, bezginlik, kədər yağan dilənçi qadın mənə: "A bala, o qədər dilənçi var ki, əsl dilənçi ilə yalançını seçmək olmur",-deyib getdi. Ona bu sözü dediyimə çox peşman olsam da gec idi.

Bir dəfə də Mingəçevir şəhərində buna bənzər hadisənin şahidi olmuşdum. İsti havada göy rəngli mikroavtobus yolun kənarında dayanmışdı. Mikroavtobusun içərisində 2-3 qaraçı uşaq var idi. Sonra onların sayı daha da artmağa başladı. Belə ki, mərkəzi bazardan dilənib çıxan qaraçı uşaqlar mikroavtobusa doluşurdular. Sonda mikroavtobus üzü Yevlax istiqamətində hərəkət etməyə başladı. Ətrafdakı insanların dediyindən belə başa düşdüm ki, qaraçı uşaqlarını bura planlı şəkildə dilənməyə göndərənlər var.

Açığı, o vaxt çox təəccüb eləmişdim. Amma sonra bütün bunlar adiləşməyə başladı...

Bakıda dilənçilərə qarşı reydlərin keçirilməsi barədə çox yazmışıq. Reydlər zamanı rayonlardan gələn dilənçilərin çoxu xüsusi maşınlar vasitəsilə öz yerlərinə aparılıb. Lakin təcrübə göstərir ki, bu metod o qədər də effektli deyil. Çünki dilənçilərin bir çoxu sonradan yenidən paytaxta üz tuturlar.

Son vaxtlar dilənçilərlə bağlı bir məqam da diqqət çəkir. Xüsusilə yaşlı insanları sanki kimlərsə bilərəkdən paytaxtın tikinti aparılan ərazilərinə daşıyıb orada dilənməyə yönəldir. Məsələn, Ə. Salamzadə küçəsində, "Xutor" dairəsi kimi tanınan və hazırda yol qovşaqlarının tikildiyi ərazidə əvvəllər dilənçiləri nadir hallarda görərdik. Amma indi vəziyyət başqadır. Ərazidə qazıntı və inşaat işləri ilə əlaqədar toz-duman olsa da, başı yaylıqlı ağbirçək analar orada dilənirlər. Bir dəfə onlardan birindən soruşdum ki, niyə burada dilənirsiniz? Dedi ki, tikintiyə görə maşınlar ləng gedir, bura yaxşıdır. Soruşdum ki, axı bura toz-torpaqdır, özünüzə niyə qəsd edirsiniz? Nəsə demək istədi, amma demədi...

P.S. Polisin tez-tez müxtəlif adlar altında əməliyyat keçirdiyinin şahidi oluruq. Pritonlarda əxlaqsızlara qarşı, ən ağlagəlməz yerlərdə belə narkotik istifadəçilərinə və ya əkini işə məşğul olanlara, cibgirlərə və digər cinayət əməli törədənlərə qarşı və s. Amma, nədənsə qazanc məqsədi ilə insanları diləndirənlərə qarşı reydlərin keçirildiyinin şahidi olmuruq. Ümid edək ki, bu yazımız həmin tədbir üçün bir təkan olacaq.

mənbə: bakuinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2483   Tarix: 07 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 441
.

Norveçlilərdən qeyri-adi addım: Günün daha iki saat uzadılmasını tələb etdilər

Norveçin Vadso şəhərinin meri Vençe Pedersen bölgədə sutkada 24 saat əvəzinə 26 saatın təsbit edilməsi xahişi ilə Avropa Komissiyasına müraciət edib. O, hətta bununla bağlı planını da göndərib. Merin sözlərinə görə, təklif olunan tədbir sayəsində sakinlər ailələri ilə daha çox vaxta sahib olacaqlar

14.04.2024 419
.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub. Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğu

14.04.2024 1279
.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır. Yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:. Bit qabyuyan kapsulun üzərinə bir litr qaynar su tökün. Kapsul həll olunana qədər qarışdırın. Mətbəx dolabların

14.04.2024 512
.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır. Xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazdan əvvəl istehlak etmək tövsiyə olunur. Bunun həm iman, həm də sağlamlıq baxımından faydaları var. Gənc qızları

18.04.2024 493
.

İnsanlar ilk dəfə marallar arasında yayılan "zombi" xəstəliyinin qurbanı oldular

Amerikalı həkimlər ilk dəfə maralları "zombi"yə çevirən xroniki prion xəstəliyinin (CWD) qurbanı olduğu güman edilən iki nəfəri müəyyən ediblər. Onlar öz fərziyyələrini "Neurology" elmi jurnalında açıqlayıblar. Hər iki hal 2022-ci ildə qeydə alınıb. Qurbanlardan biri dəfələrlə CWD-ni

20.04.2024 281
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21.04.2024 853
.

Dünyanın ən yaşlı siam əkizləri vəfat etdi

Dünyanın ən yaşlı siam əkizləri Lori və Cor Şappel vəfat edib. Axşam.az xəbər verir ki, əkizlər 62 yaşında dünyasını dəyişib. Onların naməlum səbəbdən öldüyü bildirilib. Qeyd edək ki, əkizlər 1961-ci ildə birləşmiş kəllələri ilə dünyaya gəlmişdilər. Onlar eynicinsli əkizlər idi, lakin 2007-ci ildə Dor

14.04.2024 518
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20.04.2024 379