İlhamə Quliyeva: Floranın əri məni yola salandan sonra...

İlhamə Quliyeva: Floranın əri məni yola salandan sonra...Flora Kərimova: "...mənə sataşmayın!"

Uzun illərdir ki, iki qocaman xalq artistimiz-Flora Kərimova və İlhamə Quliyeva arasında əsl savaş gedir. Qarşılıqlı ittihamlar, məhkəmə prosesləri, təhqirlər, hədələr, qalmaqallar bitmək, səngimək bilmir. Estradamızın iki istedadlı müğənnisinin "ulduzu barışmır". Dəfələrlə xanım xalq artistlərini barışdırmağa cəhd edənlər olsa da bu, uğursuz alınıb. İlhamə Quliyeva ilə aralarındakı problemləri dəfələrlə məhkəmələrə daşıyan xalq artisti Flora Kərimova deyir ki, tez-tez məhkəmələrə müraciət etməsinin çox ciddi səbəbləri var:

"Mən şərəfimi, ailəmin namusunu, övladlarımın qazandığı səviyyəni qorumaq istəyirəm. Mən bu gün varam, sabah yoxam. İstəmirəm ki, məndən sonra bu problemlər övladlarıma başağrısı olsun. Bu problemlərə məndən başqa heç kəs cavab verə bilməz. Çünki mən bu problemlərin içindəyəm. Haqqı-nahaqqa vermək istəmirəm. Odur ki, haqqımı sənət və sübutla isbat edirəm. İndi də üzümü tutub deyirəm ki, mənə sataşmayın!"

Bəli, Flora xanım uzun müddətdir, davam edən qalmaqalları belə əsaslandırır.

ATV-də yayımlanan və Nanə Ağamalıyevanın aparıcılıq etdiyi "Xalq parad" proqramında İlhamə Quliyeva Flora Kərimovanı təhqir edir. Flora Kərimova Yasamal Rayon Məhkəməsinə şərəf və ləyaqətin müdafiəsi tələbi ilə müraciət edir və uzun sürən məhkəmə çəkişməsindən sonra İlhamə Quliyevanın Flora Kərimovanın ünvanına təhqirlərə yol verdiyi məhkəmə tərəfindən təsdiqlənir. Keçən ilin aprelində məhkəmə İlhamə Quliyevanın, Flora Kərimovadan üzr istəməsi ilə bağlı qərar qəbul edir. Lakin xalq artisti bu üzrü qəbul etmir və qəti şəkildə bildirir ki, İlhamə Quliyevanın üzrü mənə lazım deyil. Ancaq qarşıdurma bununla səngimir. Cəmi bir ay sonra İlhamə Quliyeva Flora Kərimovanı məhkəmədə udur. Keçən ilin may ayında Nəsimi Rayon Məhkəməsində İlhamə Quliyevanın Flora Kərimovaya qarşı şərəf və ləyaqətin müdafiəsi, işgüzar nüfuzun aşağı salınması ilə bağlı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi üzrə mülkü işə baxılır və Flora Kərimova məhkəmənin qətnaməsi ilə 3000 manat məbləğində cərimə edilir. Flora Kərimova qələbəsinin ləzzətini cəmi bir ay yaşayır. Amma uduzsa da, İlhamə Quliyevanı təhqir etdiyinə görə peşmançılıq hissi keçirmir:

"Mənə çox maraqlıdır, 3 min manatı məndən almağa onun ömrü çatacaqmı?.. Mən ayda 140 manat pensiya alıram. Mən onu məhkəməyə verib uddum. Sonra mən onu təhqir etdim və sözümün üstündə də qalıram. 3 mini uduzsam belə, dediyim sözlərə görə peşman deyiləm".

Uzun illərin davası
Xalq artistləri arasındakı qalmaqalla bağlı müxtəlif fikirlər səsləndirilir. Mətbuatda bu məsələ ilə bağlı yüzlərlə xəbər yazılıb, yüzlərlə televiziya süjetləri hazırlanıb. Flora Kərimova qalmaqalların kökünün daha dərində olduğunu bildirir. Xalq artisti məhkəmə iclaslarından birində bildirib ki, İlhamə Quliyeva 1995-ci ilə qədər onun səhnədən getməsi üçün gizli şəkildə mübarizə aparıb :

"Mənim səsim onu həmişə narahat edib. 1995-ci ilə qədər məni müxtəlif yerlərdə təhqir edib... Mən məhkəmənin istənilən qərarı ilə razılaşa bilərəm, amma onunla heç bir barışığa getmərəm". İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva isə bu qalmaqalın səbəbinin başqa olduğunu düşünür: "İlhamə Quliyeva mənə dedi ki, 20 il əvvəl Azərbaycan Dövlət Televiziyasının aparıcısı Roza Tağıyevanın bacısı qızının toyunda Flora Kərimovanın mərhum həyat yoldaşı Faiq toyun sonunda İlhamə xanımı və onun oğlunu maşını ilə evə aparıb. İlhamə Quliyeva mənə bildirib ki, Floranın mənə qarşı qərəzli mövqeyi bundan sonra başlayıb".

İlhamə Quliyeva: "Həmişə onu dinləmişəm"

Prosesləri "Xalq parad" proqramındakı çıxışı ilə alovlandıran xalq artisti İlhamə Quliyeva mətbuata verdiyi açıqlamalarda gah mülayim, gah da sərt fikirlərlə prosesin daha da gərginləşməsinə səbəb olub. Bəzi açıqlamalarında Flora xanımı aşağılasa da, hərdən onun haqqında yüksək fikirlər səsləndirərək publikanı çaşdırmağı bacarıb. Son təzadlı açıqlamalarından biri isə hamını təəccübləndirib:

"Mən onun haqqında danışmaq istəmirəm. O, mənim üçün yoxdur. Mənim Flora Kərimova ilə heç vaxt heç bir münaqişəm olmayıb. Hərdən həyatda Flora adlı adamın olduğunu ümumiyyətlə unuduram! O isə tez-tez məhkəmələrə baş çəkməklə özünü yada salır. Əgər məhkəmələri gəzməkdən xoşu gəlirsə, qoy gəzsin. Hər halda mən indiyədək heç bir prosesi uduzmamışam. Allah ona can sağlığı versin. Qoy öz yaradıcılığı ilə məşğul olsun və mahnılarını oxusun. Onun ifası mənim həmişə xoşuma gəlib. Həmişə onu dinləmişəm və indi də dinləyirəm. Çantasındakı saralmış qəzetləri məhkəmələrə daşımaqdansa, qoy oxusun".

Bitib-tükənməyən qalmaqal

Flora Kərimova - İlhamə Quliyeva davasında çoxları tərəf tutub, bu və ya digər şəkildə qalmaqallara qarışıb. Xalq artisti Faiq Ağayev, Sərxan Kərəmoğlu, Səməd Səmədov, Cavanşir Məmmədov, jurnalist Faiq Ələkbərov və bu yaxınlarda Nazpəri Dostəliyeva...

Ən ciddi və dərin ziddiyyətlər isə xalq artisti Faiq Ağayevlə xalq artisti Flora Kərimova arasında yaşanıb. 2009-cu ildə Flora Kərimova Faiq Ağayevə qarşı şərəf və ləyaqətinin təhqir olunmasıyla bağlı iddia qaldırıb. İddiaya

görə Faiq Ağayev Flora Kərimova haqqında olduqca təhqiramiz 34 ifadə işlədib. Lakin Yasamal Məhkəməsinin hakimi Svetlana Əhmədova işi icraata götürməyib.

Eyni zamanda Flora Kərimova bir vaxtlar İlhamə Quliyevaya yaxınlığı ilə tanınan Sərxan Kərəmoğlunu da şərəf və ləyaqətinin müdafiəsi ilə əlaqədar məhkəməyə verib, onun iddiasına görə, S.Kərəmoğlu mətbuatda onun və qızının barəsində qərəzli və təhqiramiz ifadələrlə çıxış edib. Uzun müddət davam edən çəkişmələrdən sonra Sərxan Kərəmoğlu geriyə addım atır və xalq artisti haqqında çox sıcaq açıqlamalar verir:

"Mən kinli insan deyiləm. Həqiqi mənada Flora Kərimovada çox mərdliklər görmüşəm. Səmimi olaraq deyirəm ki, onunla dost olduğumuz zamanda Flora Kərimova bilsə ki, onu öldürəcəklər, amma Sərxana kömək etmək lazımdı, o, öz köməkliyini əksik etməzdi. Bir tək şey deyə bilərəm ki, Allah şeytana lənət etsin! Flora Kərimova iddia edirdi ki, guya məni İlhamə Quliyeva öyrədib. Sərxanın az yaşı yoxdur ki, kiminsə sözü ilə oturub-dursun. Məni heç kim öyrətməyib. Sadəcə olaraq, aramıza şeytan girdi və çıxıb getdi. Hazırda Flora Kərimovaya qarşı mənim ürəyimdə iynənin ucundan da kiçik kin-küdurət yoxdu. Arada-sırada telefonla da danışırıq....Flora Kərimova millətini sevən bir insandır."

Hal-hazırda çəkişmələr, məhkəmə prosesləri səngiyib. İllərdi davam edən bu çəkişmələrdə gah Flora Kərimovaya, gah da İlhamə Quliyevaya haqq qazandıranlar, dəstək verənlər olub. Bu qalmaqalın bitmədiyini demək olar. Çünki bu yaxınlarda APA TV-nin "Bunker" proqramının qonağı olan Flora Kərimova elan etdi ki, İlhamə Quliyeva və Faiq Ağayev onun düşmənləridir.

Aylarla medianın gündəmini bu qalmaqallar "bəzəyib". Kimin haqlı, kimin haqsız olmağıyla bağlı fikrimiz yoxdur. Ancaq əminik ki, bütün bu çəkişmələr sənətə, Azərbaycan musiqisinə xidmət etmir.

mənbə: kulis.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7452   Tarix: 03 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059