Ərdoğanla Obama arasında kritik telefon danışığı olub (Video)
Danışıq Amerika prezidentinin təşəbbüsü ilə baş tutub. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ştatlar prezidenti Barak Obama arasında telefon danışığı olub. Danışıq Amerika prezidentinin təşəbbüsü ilə baş tutub.
Türkiyə hökumətinin yaydığı məlumata görə, söhbətdə əsasən Suriya məsələsi müzakirə olunub. İki lider, Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silah istifadə etməsinə işarəylə, siyasi həll üçün Türkiyə və ABŞ-ın birlikdə fəaliyyət göstərməyə, Suriya koalisiyasını və ali hərbi şuranı dəstəkləməyə davam edəcəklərini bildiriblər. Terrorizmlə mübarizə mövzusunda da birgə fəaliyyət və əlaqələndirmənin davam edəcəyini ifadə ediblər. Baş nazir Gəzi parkı ilə bağlı hadisələr haqqında da Birləşmiş Ştatlar prezidentinə məlumat verib. İki lider, söhbət çərçivəsində mətbuat və ifadə azadlığının, zorakılıq olmayan toplantı və nümayiş azadlığının da hər iki ölkənin ortaq dəyərləri arasında olduğunu vurğulayıblar.
mənbə: anspress.com
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş