Bodrumda İçərişəhərin kiçik bir modeli (Video)

Bodrumda İçərişəhərin kiçik bir modeli (Video)Bodrumda "Palmarina Yalıkavak" limanının açılışına hazırlıq gedir. Açılışın başlamasına çox az vaxt qalıb, hazırlıqlar tamamlanmaq üzrədir.

Mərasimin qüsursuz keçməsi üçün hazırlıqlara böyük diqqət yetirilir. Burada qonaqların oturacağı, kürsülərdən tutmuş masalara qoyulacaq çiçəklərə qədər hər şey böyük zövqlə seçilib. Dəvətlilərin tədbirdən məmnun getmələri üçün lazım olan hər şeyi burada görmək mümkündür.

Palmarinanın direktoru Levent Bakdır: "Möhtəşəm açılış üçün hazırlıqlar davam edir. Hər şey qaydasındadır. Hər şey yaxşı gedir. Axşama hazırlıqları çatdıracağıq. Bura limandan başqa Azərbaycan Türkiyə qardaşlığının da simvoludur. Burada Qız Qalası, o biri tərəfdə bizim Qız qalamız. Buraya da "Old City" adı verilib.

Bu liman Türkiyə Azərbaycan qardaşlığı üçün çox önəmli olan məkanlarından biridir. Belə ki, Palmarinanın sahibi Mübariz Məsimovun təklifi ilə bu ərazidə İçərişəhərin kiçik bir modeli yaradılıb. Elə İçərişəhər kimi Old City adlandırılıb. Təbii ki, İçərişəhərin simvolu olan Qız Qalası da unudulmayıb. Bodruma gələn turistlər burada Bakının simvolu sayılan Qız Qalasının kiçik modelini görəcəklər. Qalanın giriş qatındakı otaq da Azərbaycanın milli ornamentləri ilə bəzədilib.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2339   Tarix: 28 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740