Zəfəran göz xəstəliklərinin müalicəsində əvəzsizdir

Zəfəran göz xəstəliklərinin müalicəsində əvəzsizdirMədə-bağırsaq xəstəliklərinin müalicəsində də belədir.

Azərbaycanda elə bitkilər yetişir ki, onların dünyada analoqu yoxdur. Ətrinə, rənginə və müalicəvi əhəmiyyətinə görə hazırda qramı qızıldan baha olan Abşeron zəfəranı Azərbaycanın milli-maddi sərvəti hesab olunur.
Dünyada müalicəvi, həm də müqəddəs çiçək sayılan zəfəranın becərilməsi 3-4 min il bundan əvvələ təsadüf edir. Bəzi mənbələrdə qeyd olunur ki, bu nadir bitki Avropaya ərəb istilaları zamanı aparılıb. Qədim Misir, Babilistan, İran və digər Asiya ölkələrində, Romada təbiblər zəfəranla bir çox xəstəlikləri müalicə ediblər. Zəfəranın Abşeron yarımadasına gətirilməsi isə təxminən VIII-IX əsrlərə təsadüf edir. Abşeronun mülayim qışı, günəşli yayı və münbit torpağı zəfəranın becərilməsi üçün çox əlverişlidir. Bir kiloqram quru zəfəran almaq üçün 200 minə yaxın çiçək lazımdır. Azərbaycanda ən keyfiyyətli zəfəran Bilgəhdə yetişir.

Zəfəranın çiçəyi xoşbəxtlik hormonu - serotenini artırır, tonusu yüksəldir. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində əvəzsizdir, həzmə kömək edir. Onu iyləmək başağrısı, göy öskürək və ağciyər xəstəliklərini aradan qaldırır. Bu "xoşbəxtlik çiçəyi" qaraciyər və öd kisəsinin fəaliyyətinə çox müsbət təsir edir, qadınların hormonal sistemini tənzimləyir, diş əti ağrılarını azaldır və dişləri qüvvətləndirir. Xərçəng xəstəliyinin müalicəsində bu bitkinin rolu dünyanın bir sıra nüfuzlu media orqanında qeyd edilib.
Göz xəstəliklərinin müalicəsində stəkana 5 qurudulmuş zəfəran telinin üzərinə 2 xörək qaşığı qaynar su əlavə edərək dəmə qoyurlar. İki dəqiqədən sonra təmiz pambığa 2-3 damcı hopdurub səhər və axşam gözü silirlər. Əvvəlcə 3, ikinci gün 5, üçüncü gün 7, dördüncü gün isə 10 dəfə silmək lazımdır. Bu müalicə nəticəsində gözün görmə qabiliyyəti yaxşılaşır.

Beş qurudulmuş zəfəran teli əzilib toz halına salınır. Sonra bərabər miqdarda gülab qatılıb sıyıq hazırlanır. Bu məlhəmi gözə sürtdükdə gözdə əmələ gələn bütün xəstəlikləri müalicə edir.
"Qızıləhmədi" almasının içərisini oyub, oraya bir neçə zəfəran teli qoyulur. Bir sutkadan sonra hər 3 saatdan bir qapağı açılmaqla iyləmək yaddaşı möhkəmləndirir, beyni qidalandırır, baş ağrılarını kəsir və əhval-ruhiyyəni yaxşılaşdırır.
Böyrək daşı xəstəliklərinin müalicəsi üçün 100 qram təmiz balı emallı qaba tökür, vam odun üstündə əridir, üzərinə 50 ədəd əzilib toz halına salınmış zəfəran teli əlavə edilir və yaxşı-yaxşı qarışdırılır. Axşam və ya səhərlər bir çay qaşığı qəbul edilir.

mənbə: itv.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 8107   Tarix: 25 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695