Şerlok Holmsun muzeyi (Fotolar)

Londonun məşhur «Beyker street 22l b» küçəsi Londona gələn turistlərin ən çox üz tutduğu ünvandır. Məhz burada görkəmli romanlar müəllifi Artur Konan Doylun uydurma qəhrəmanı - məşhur xəfiyyə Şerlok Holms uzun illər yaşayıb və işləyib.

1990-cı ildə bu küçədə Şerlok Holmsun ev muzeyi yaradılıb və nəticədə romanın qəhrəmanının real evinə çevrilib. Şerlok Holmsun kabinetini və digər otaqları görmək imkanı yaradan bu ev nadir hadisələri özündə tərənnüm edir. Həmin nadir hadisələr isə yazıçının fantaziyasının gerçəyə çevirdiyi hadisələr olub.

İngilislər hesab edirlər ki, bu muzeyin açılışı çox əvvəllər də ola bilərdi. Çünki dünyanın bir çox ölkələrinin insanları üçün Şerlok Holms tamamilə real insandır. Onlar Şerlok Holmsa silsilə əsərlərin və filmlərin qəhrəmanı kimi deyil, ən ağır cinayətlərin açarını tapan ən məşhur xəfiyyə kimi baxıblar.

Konan Doylun romanından məlumdur ki, Şerlok Holms və Vatson 1881-1904-cü illərdə bu ünvanda yaşayıblar. Yazıçı əsərdə məşhur xəfiyyənin dili ilə yazıb: «Növbəti gün təyin edilmiş vaxtda biz Beyker Street, 221-b ünvanda yerləşən mənzilə baxmağa getdik. Mənzildə iki rahat yataq otağı, geniş, işıqlı, iki böyük pəncərəsi olan qonaq otağı vardı".

Muzeyin girişində ziyarətçiləri o dövrün geyimində olan polis və kraliça Viktoriyanın dövrünü əks etdirən geyimdə qız qarşılayır.

Muzeyin interyeri əsərdə təsvir edildiyi kimidir. İkinci mərtəbədə Şerlok Holmsun qonaq və yataq otağı yerləşir. Xəfiyyənin çarpayısı üzərində apardığı əməliyyatlar zamanı işlətdiyi müxtəlif alətlər və şlyapası var. Bu balaca otağın divarlarını müxtəlif ölkələrin qəzetlərindən kəsilən Şerlok Holms haqqındakı məqalələr, filmlərdə onun rollarını oynayan aktyorların şəkilləri bəzəyir.

Qonaq otağında isə kitablardan və filmlərdən tanış olduğumuz bir çox əşyalara - Şerlok Holmsun skripkası, şlyapası, tənbəkisi ilə bir yerdə türk qəlyanı, kimyəvi analizlər aparmaq üçün şüşə qablar, qamçı, mikroskop, doktor Vatsonun revolveri və s. əşyalar nümayiş olunur. Şerlok Holmsun məşhur kreslosu da burdadır - odu heç zaman sönməyən sobanın yanında. Bu kresloda mürgüləyən xəfiyyə oyaq beyni ilə kim bilir nə qədər cinayətlərin ipini tapıb. Burada məşhur xəfiyyənin sobanın yanında oturaq vəziyyətdə düzəldilən mumdan heykəli də var. Küncdəki şkafda isə müxtəlif qabları seyr edirəm. Romanın qəhrəmanı gündəlik həyatında bu qab-qacaqdan istifadə edib. Oxuyub yarıda qoyduğu kitab açıq qalıb, dünyasını dəyişdiyi vaxtın əqrəbləri isə saatda dondurulub. Çox xoşladığı viski də kitabın yanındadır

mənbə: ann.az

Şerlok Holmsun muzeyi (Fotolar)Şerlok Holmsun muzeyi (Fotolar)Şerlok Holmsun muzeyi (Fotolar)Şerlok Holmsun muzeyi (Fotolar)Şerlok Holmsun muzeyi (Fotolar)Şerlok Holmsun muzeyi (Fotolar)Şerlok Holmsun muzeyi (Fotolar)Şerlok Holmsun muzeyi (Fotolar)Şerlok Holmsun muzeyi (Fotolar)Şerlok Holmsun muzeyi (Fotolar)Şerlok Holmsun muzeyi (Fotolar)Şerlok Holmsun muzeyi (Fotolar)Şerlok Holmsun muzeyi (Fotolar)Şerlok Holmsun muzeyi (Fotolar)Şerlok Holmsun muzeyi (Fotolar)Şerlok Holmsun muzeyi (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3198   Tarix: 24 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875