Azərbaycanda 12 milyon mobil rabitə cihazı qeydə alınıb

Azərbaycanda 12 milyon mobil rabitə cihazı qeydə alınıbAzərbaycanda Mobil Cihazların Qeydiyyat Sisteminin (MCQS) işə düşməsindən indiyədək 12 milyon mobil rabitə cihazı qeydə alınıb.

Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, bu cihazların 400 mini mobil telefon olmayan rabitə vasitələri – planşet və ya avtomobillərdə qurulan GPS cihazlardır. MCQS-in işə düşməsindən sonra qeydə alınan leqal mobil cihazlarla yanaşı, 250-300 minədək qeyri-qanuni, yəni pirat və ya klonlaşdırılmış mobil rabitə vasitələri də aşkarlanıb.

İ. Məmmədovun sözlərinə görə, əvvəlcədən nəzərdə tutulduğu kimi bu cihazlar da qeydə alınıb və onların istifadəsi mümkündür, amma bu cihazlar yalnız hazırda istifadə edilən sim-kartlarla istifadə oluna bilər. Həmin cihazlara başqa sim-kartlar daxil edildikdə onların fəaliyyəti dayandırılacaq.

Yeni sistemin işə düşməsi özünü dərhal oğurlanmış telefonlara münasibətdə də göstərib. İ.Məmmədovun sözlərinə görə, MCQS-in fəaliyyətə başlanmasından sonra 85 telefon oğurluğu halı aşkar edilib ki, bu barədə məlumatlar da dərhal sistemə daxil edilib: «Həmin telefonlardan istifadə olunsa, istifadəçilər dərhal aşkar ediləcək və onlara qarşı tədbirlər görüləcək. Yəni indi həmin telefonlar gərəksiz əşyaya çevrilib. Yeni sistemin işə düşməsi xaricdən ölkəyə pirat telefonların gətirilməsinin də qarşısını alıb. Sistem işə düşəndən ölkəyə mənşəyi bilinməyən, orijinal olmayan 20 minə yaxın mobil rabitə cihazının gətirilməsinin qarşısı alınıb".

mənbə: apa.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1547   Tarix: 23 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814