Mətbuat Şurası ev istəyən jurnalistlərin siyahısını təsdiqlədi

Mətbuat Şurası ev istəyən jurnalistlərin siyahısını təsdiqlədiBu gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclası keçirilib. İclası açan MŞ sədri Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib.

MŞ sədri deyib ki, iyunun 15-də jurnalistlər üçün tikilmiş çoxmərtəbəli binanın mənzillərinin sahiblərinin müəyyənləşdirilməsi üzrə redaksiyalardan irəli sürülən namizədlərdən, eləcə də fərdi müraciətçilərdən sənəd qəbulu başa çatıb. İclasda müzakirə olunan ilk məsələ mövcud istiqamətdə görülmüş işlər olub. Gündəlikdəki ikinci məsələ MŞ sıralarının tənzimlənməsiylə bağlı olub. Çünki şuranın tərkibində elə kütləvi informasiya vasitələri var ki, çoxdandır fəaliyyət göstərmirlər, eyni zamanda qurumun üzvü kimi üzərilərinə düşən öhdəliyi yerinə yetirmirlər. Belələrinin Şura sıralarında qalıb-qalmamasına münasibət bildirilib. Nəhayət, Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsi məsələsi ətrafında da müzakirələr aparılıb.

Gündəlikdə duran birinci məsələ ilə bağlı MŞ sədri Ə.Amaşov məlumat verib. Deyib ki, jurnalistlər üçün tikilmiş binadakı mənzillərin bölgüsü ilə əlaqədar MŞ-nin kriteriyalarının açıqlanmasından, yəni may ayının 23-dən sonra Şuranın Katibliyi tərəfindən quruma üzv KİV-lərə müraciətlər ünvanlanıb və onlara prinsiplər barədə geniş məlumat verilib. Şəffaflığın təmin edilməsi üçün Şura üzvləri redaksiyalarda namizədlərin müəyyənləşdirilməsi gedişini izləyiblər. Keçirilmiş səsvermə proseslərində hər hansı nöqsanlar qeydə alınmayıb. Bununla belə, adı redaksiya siyahısına düşə bilməyənlərdən bir neçəsi MŞ-yə şikayət ünvanlayıb. Həmin şikayətlər də araşdırılacaq.

Ümumilikdə MŞ üzvü olan 27 gündəlik, 35 həftəlik-aylıq qəzetdən, 13 informasiya agentliyindən, 7 xəbər portalından və 5 jurnaldan müraciət daxil olub. Bundan başqa 70 fərdi müraciət də qeydə alınıb. Əvvəlcədən müəyyənləşdirildiyi kimi, gündəlik qəzetlər və informasiya agentlikləri 3, həftəlik qəzetlər, portallar və jurnallar bir namizəd irəli sürməli idilər. MŞ üzvləri məsələ ətrafında fikirlərini bildirdikdən sonra toplanmış materiallarla bağlı müvafiq prosedur ümumiləşdirmələrin aparılması və onların Prezident Administrasiyasına göndərilməsi qərara alınıb.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı bildirilib ki, təxminən 30-dək KİV MŞ üzvü kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmirlər - üzvlük haqqını ödəmirlər, ümumən MŞ ilə əlaqələrini kəsmiş durumdadırlar. Belələrinin qurumun sıralarından xaric edilməsi struktur fəaliyyətin düzgün həyata keçirilməsi baxımından önəmlidir. Təklif səsə qoyulub və yekdilliklə bəyənilib.

mənbə: xeber24.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1267   Tarix: 17 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467