Cipsilər uşaq bədəni üçün zəhərə bərabərdir

Cipsilər uşaq bədəni üçün zəhərə bərabərdirKartof cipsilərinə, qarğıdalı çöplərinə, suxariklərə «yox» deyək...

Kartof cipsiləri yalnız ölkəmizdə deyil, bütün dünyada istər uşaqların, istərsə də böyüklərin ən çox sevdiyi və tükətdiyi məhsullar içində yer alır. Sevildiyi və çox satıldığı üçün, bu gün müxtəlif tərkibli cipsilər dükanların vitrinlərini bəzəyirlər. Qiymətləri 40 qəpikdən başlayaraq artan bu məhsulları bir çox ekspertlər uşaqların həyatında əsl təhlükə mənbəyi hesab edir. Bütün uşaqların sevimli qidasına çevrilən kartof cipsiləri əslində bu kiçik bədənlər üçün zəhərə bərabərdir. Təsadüfi deyil ki, insan orqanizmi üçün təhlükəli və yararsız qida məhsulları siyahısında cipsilər birinci yer tutur. Mütəxəssislər hesab edir ki, kartof çipsiləri ürək xəstəlikləri, piylənmə, sonsuzluq və xərçəng riskini artıraraq uşaqların gələcəyini məhv edir.

Cipsilər piylənməyə səbəb olur

Pediatr Mehriban Cəlilovanın sözlərinə görə, uşaqlarda yaranan piylənmə onların həyatında yaşlılara nisbətən daha təhlükəli fəsadlar törədir: "Araşdırmalara görə, cipsinin uşaqlarda yaratdığı ən böyük fəsad piylənmədir. Uşaq orqanizmi yenicə inkişaf etməyə başladığı üçün bu dövrdə piylənmə gələcəkdə səhhətində ciddi problemlər yaradır. Onlarda piylənmənin yaratdığı problemlər zaman keçdikdən sonra şəkər və başqa ciddi xəstəliklərə yol aça bilər. Bununla yanaşı piylənmə qanda xolesterinin miqdarını artırır".

Siqaret qədər təhlükəlidir

Dünya Sağlamlıq Təşkilatı və Amerika Qida və Dərman Təşkilatı hesab edir ki, bir yetkinin gündə ən çox 6 qram duz alması və 65 qram yağ istehlak etməsi lazımdır. Lakin, gündə 2 paket cipsi yeyən uşaq bu nisbətləri həddən çox aşır. Bu iki təşkilatın mütəxəssislərinə görə, onların qəbul etdiyi yağ miqdarının içində ürəyə zərərli olan doymuş yağ nisbətinin 20 qramı aşmaması lazımdır. "Siqaret qədər təhlükəli olan" işlənmiş yağların isə heç istehlak edilməməsi vurğulanır. Uşaqlarımızın yediyi 100 qramlıq paket kartof cipsində 25-33 qram arasında yağ var. Dünyada satılan kartof cipsilərinin üzərində yazılmadığı üçün hansı nisbətdə işlənmiş yağdan istifadə edildiyini öyrənə bilmirik. Ancaq İngiltərə Ürək Sağlamlığı Təşkilatının məlumatlarına görə, 100 qramlıq kartof cipsilərindəki doymuş yağ nisbəti 10, işlənmiş yağ nisbəti isə 3 qrama qədər ola bilir. Duz nisbəti də 3 qrama qədər yüksəlir. Başqa cür desək, gündə 100 qramlıq iki paket cipsi yeyən uşaq əslində bir yetkin şəxsin alması lazım olan yağ və duz nisbətini istehlak etmiş olur. Doymuş yağ istehlakı 20 qramı aşdığı zaman piylənmə riskini 80 faiz, ürək xəstəliklərinə tutulma riskini isə 60 faiz artırır. Bununla yanaşı, kartof cipslərinin yağda qızardılması əsnasında ortaya çıxan "akrilamid" adlı maddənin xərçəngə gətirib çıxardığı istiqamətində elmi müzakirələr aparılır.

"Cipsi yemək yağ içməyə bərabərdir"

Xatırladaq ki, bu araşdırmalardan sonra Böyük Britaniya ölkədə cipsi satışını qadağan etdi və "Cipsi yemək yağ içməyə bərabərdir" şüarıyla kompaniya başlatdı. Təşkilata görə, 35 qramlıq cipsi paketində 2,5 çay qaşığı yeməli yağdan istifadə edilir. Hər il dünyada 36 milyarda paket cipsi satılır, bu o deməkdir ki, cipsilərdə istifadə edilən yağ ilə gündə iki Olimpik üzmə hovuzu doldurula bilər.

Azərbaycanda da cipsilərə olan tələbat ürək açan deyil. Belə ki, ərzaq məhsulları satılan mağazalara yollandıq və cipsi satışı ilə bağlı satıcılarla söhbətləşdik. Onlar bizimlə söhbətində, cipsilərin ən çox satılan qidalar arasında olduğunu söylədilər: "Cipsilərin müştəriləri ən çox məktəb uşaqları olur və ən çox ədviyyatlı cipsilər, suxarilər alırlar".

Qeyd edək ki, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetlərində və uşaq bağçalarında istifadəsinə icazə verilməyən qidaların siyahısını açıqlayıb. Məktəblərdə və bağçalarda qadağan edilən siyahıların içində cipsilər də yer alır. Məktəb bufetlərindən cipsi ala bilməyən uşaqlar dükanlardan alaraq ehtiyaclarını ödəyirlər.

"Cipsi satışı dayandırılmalıdır"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində cipsilərin istehsalında genetik modifikasiya olunmuş (GMO) kartofdan istifadə edildiyini bildirdi: "Bu mövzuda daim bu işlə məşğul olan dünyanın bütün təşkilatları, o cümlədən beynəlxalq istehlakçılar təşkilatı Azad İstehlakçılar Birliyinə və digər yerli nümayəndələrə məlumatlar verirlər ki, uşaq müəssisələrində, məktəb bufetlərində o cümlədən «Mc Donalds» şəbəkələrində kartof cipsilərinə, qarğıdalı çöplərinə, suxariklərə son qoyulsun. Çünki, bu cür şəbəkələrdə satılan cipsilər GMO məhsullardır və üstəlik duzlu və qovurulmuşdur. Bunlar orqanizmdə müəyyən fəsadlar yaratdığı üçün Dövlət orqanlarının məktəb bufetlərində apardığı araşdırmaları və yaratdığı standartı mən zəruri hesab edirəm".

E.Hüseynovun sözlərinə görə, təşkilat olaraq belə məhsulların satışının qarşısını almaq üçün müəyyən işlər görülməsinə baxmayaraq yaxşı nailiyyət əldə etmək mümkün deyil: "Çünki, istehlakçı hüquqlarını qoruyan dövlət orqanlarının bu sahədə işlərini çox zəif hesab edirəm. Dövlətin orqanlarını kiçik yaşlı uşaqların xeyrinə qərarlar qəbul edir, lakin onu icra edən orqanlar işlərini düzgün yerinə yetirmirlər. Mən düşünürəm ki, cipsilər yalnız məktəb bufetlərində deyil, ölkədə də tamamilə ləğv edilməlidir".

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4018   Tarix: 19 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659