Eldar yeni mahnısını təqdim etdi (Video)

Eldar yeni mahnısını təqdim etdi (Video)Eurovision 2011"in qalibi Eldar Qasımov yeni mahnısı genış kütləyə təqdim etdi.

"Heartbreaker" adlı mahnının musiqisi İsa Məlikova, sözləri Grace James və Eldar Qasımova aiddir. Mahnının musiqi prodüseri qismində danimarkalı bəstəkar Bo Larsen iştirak edib.

Azərbaycan dilinə "Qəlb qıran" kimi tərcümə olunan mahnı haqqında Eldar bunları söylədi: "Son vaxtlar mən sevgidən sınan qəlb mövzusunda mahnı oxumağı çox istəyirdim. Amma bu artıq əzab çəkən ürək deyil. Bu mahnı yuxusuz gecələr və qarşılıqsız sevginin göz yaşlarından bəhs etmir. Fikirləşirəm ki, yaralı könül, parçalanan ürək hissi çoxlarına tanışdır. Və uzun müddətli təklik düşüncələri içində öz-özünə təsəlli axtararaq sadəcə bunu qışqırmaq istəyirsən; Sənə xoşbəxtlik arzulayıram! Qoy həyatında hər şey çox uğurlu alınsın! Sən buna layiqsən və mən bunu bilməyimə görə şadam! Əlbəttə hərdən özünün də pis yaşamadığını, hər şeyin əla olduğunu göstərmək istəyirsən, eyni zamanda həyatındakı əziz insanları itirməməyə çalışmaq lazımdır. Ona görə göstərmək istəyirsən, çünki sevdiyin insana qarşı sakit və biganə heç vaxt ola bilməzsən. Unutmaq, düşünməmək, maraq itirmək olar, amma inanmıram ki, nə zamansa dəlicəsinə sevdiyin insana qarşı biganə qalmaq mümkündür. Sizə nəql etdiyim bu hisslərin hər birini mənim yeni "Heartbreaker" mahnımda eşidə biləcəksiniz. Ehtiyatlı olun...heç kəsin qəlbini sındırmayın, nə badə..."

mənbə: xeber24.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1666   Tarix: 13 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740