Qadınları yola gətirəcək və saxlaya biləcək əhəmiyyətli xırdalıqlar

Kişilər qadınlara qarşı hansı xırdalıqlara daha çox nəzər yetirmək məcburiyyətində olduqlarını bilirlər lakin, nadir hallarda teoriyadan praktikaya keçid verməyi bacarırlar. Buna baxmayaraq bu xırdalıqlar qadınlar üçün olduqca əhəmiyyətlidir.

Çalışın aşağıda sadalanan məsləhətlərdən faydalanın.

  1. Evə döndüyünüz zaman ilk öncə onu qucaqlayın daha sonra işlə məşğul olun.
  2. Günün necə keçdiyini soruşun, bir necə müəyyən suallar verin.
  3. Qulaq asmağı və sual verməyi öyrənin.
  4. Problemlərini həll etmək üçün yalnız sözlərlə kifayətlənməyin.
  5. Ona müəyyən vaxt ayırıb diqqət yetirin (fikrinizi ona cəm edərək).
  6. Bayram günlərində olduğu kimi adi günlərdə də güllər verin.
  7. Birgə işlərinizi əvvəlcədən planlaşdırın.
  8. Əgər onun nahar hazırlayarkən yorğunluğunu görürsünüzsə bu zaman ona bu işdə yardımçı olun.
  9. Ona komplimentlər söyləyin.
  10. Əgər onun məyus olduğunu görərsənizsə, hisslərinə hörmətlə yanaşın.
  11. Ev işlərində ona yardımçı olun.
  12. Onu tələsməyə vadar etməyin (xüsusən də harasa getməyə hazırlaşırsınızsa).
  13. Əgər siz gecikirsinizsə bunu ona bildirin.
  14. Xahişinə cavab olaraq könlünə dəymədən ya "bəli" ya da "xeyr" cavabını verin.
  15. Əgər siz onun qəlbinə dəymisinizsə, bunun sizin günahınız olmadığını deməyin. Deyin: "Bağışla xətrinə dəymək istəmədim".
  16. Əgər siz tənha qalmaq istəyirsinizsə bunu ona bildirin.
  17. Əgər siz soyuq münasibətdəsinizsə sizi narahat edən problemləri müzakirə edin.
  18. Əgər sizinlə danışırsa bu zaman oxuduğunuz qəzeti kənara qoyun və yaxud da baxdığınız televizordan üzünüzü ona tərəf çevirin. 
  19. Əgər adətən qab-qacaq yuyursa, arabir ona öz xidmətlərinizi təklif edin (əsasən də yorğun olarsa).
  20. Əgər onun nədənsə pərişan olduğunu görürsünüzsə onu narahat edən səbəbləri soruşun.
  21. Evdən çıxarkən nəyinsə almaq lazım olduğunu soruşun və tapşırıqlarını yerinə yetirməyi unutmayın.
  22. Harasa getməyə hazırlaşırsınızsa bu barədə ona bildiriş verin.
  23. Heç olmasa gündə üç dəfə onu oxşayın.
  24. İşdən ona zəng edib hal-əhvalını öyrənin və yaxud da sadəcə olaraq "mən SƏNİ sevirəm" deyin.
  25. Gündə bir dəfədən az olmayaraq ona: "Səni sevirəm deyin".
  26. Öz yataq otağınızda səliqə-səhman edin.
  27. Zibil qutusunu özünüz atın.
  28. Gələcəkdə ezamiyyətdə olduğunuz zaman qaldığınız yerin telefon nömrəsini ona bildirin ki, sizinlə əlaqə saxlaya bilsin.
  29. Bir yerdə vaxt keçirəcəyiniz otaqda səliqə-səhman edin.
  30. Ona xoş gələn odekolondan istifadə edin.
  31. Əgər xətrinə dəyiblərsə onun rəyi ilə razılaşın.
  32. Onu masaj etməyi təklif edin.
  33. İntim əlaqəni işarə etmədən bəzən onu sığallayın.
  34. Onun hekayələrini dinləyərkən səbirli olun.
  35. Sizinlə hər hansı bir proqrama birgə baxdığı zaman digər proqrama keçid verməyin.
  36. Ona kollektiv içində incəlik göstərməkdən çəkinməyin.
  37. Əgər siz onun əlindən tutmusunuzsa öz əlinizin boşalmasına və iradəsiz olmasına yol verməyin.
  38. Onun hansı içkini sevdiyini yadda saxlayın ki, daha sonra ona bu içkini təklif edəsiniz.
  39. İstirahət üçün məsləhət gördüyünüz bir necə yeri ona təklif edin.
  40. Teatra, konsertə və onun xoşuna gələn başqa yerlərə getmək üçün bilet alın.
  41. Onun geyim imicinin dəyişməsinə təbii yanaşın.
  42. Cəmiyyət içində ona digərlərindən daha çox diqqət yetirin.
  43. Qoy o sizin üçün uşaqlardan da vacib olsun.
  44. Ona cüzi hədiyyələr verin.
  45. Ona geyim hədiyyə edin.
  46. Öz kitabçanızda onun şəklini saxlayın və çalışın ki, o bunu bilsin.
  47. Əgər onunla bir oteldə qalarsınızsa, ona şampan qədəhi təklif edin.
  48. Onunla bağlı olan əlamətdar günləri və illəri unutmayın.
  49. Əgər onu maşında aparırsınızsa maşını təhlükəsiz və yavaş sürün.
  50. Onun əhval-ruhiyyəsinə nəzər saldıqdan sonra deyin: "Sən bu gün sevincli görünürsən" və ya "Nədənsə qəmginsən. Nə isə baş verib?".
  51. Əgər siz hər hansı bir yerə gedirsinizsə yadda saxlayın ki, yolu itirməyinizə cavabdeh sizsiniz.
  52. Ona rəqs etməyi təklif edin.
  53. Ona şer yazın.
  54. Özünü ilk tanışlıqdakı kimi göstərin.
  55. Uzun sürən qəzet oxunuşundan sonra onu maraqlandıra biləcək hər hansı bir məqaləni onunla müzakirə edin.
  56. Qapını açarkən ilk olaraq ona yol verin.
  57. Onun hazırladığı naharı tərif edin.
  58. O sizinlə söhbət edərkən nəzərinizi ondan yayındırmayın.
  59. Söhbət əsnasında onun incə əllərinə toxunun.
  60. Gün ərzinə onun nə ilə məşğul olduğu barədə maraqlanın.
  61. Ona qulaq asarkən söhbətin maraqlı olduğunu ona bildirin.
  62. Ondan soruşun: "Özünü necə hiss edirsən?".
  63. Əgər o yorulubsa ona kofe hazırlayın.
  64. Yatmağa gedərkən eyni vaxtda gedin.
  65. Qapıdan çıxmazdan öncə onu öpməyi unutma.
  66. Onun zarafatlarına gülün.
  67. Onun sizə etdiklərinə görə öz minnətdarlığınızı bildirin.
  68. Onunla ikilikdə qalmaq üçün vaxt ayırın.
  69. Onsuz darıxdığınızı ona bildirin.
  70. Onun sevdiyi şirniyyatları alın.

        Beləliklə də xırdalıqlara nəzər yetirdikdə qadınlar özlərini sevimli olduqlarının hiss edib, sizə daha çox diqqət yetirməyə başlayırlar. Kişilər üçün də bu xırdalıqlar böyük əhəmiyyət kəsb edir – o özünü daha güclü hiss edir və sevgisinə inanır. Bu xırdalıqları unutmayın!
       Qadınlar – Siz də öz növbənizdə sizi qarşı olan belə bir münasibətə qarşı öz minnətdarlığınızı bildirməkdə xəsislik etməyin! Sizin gülüşünüz və minnətdarlığınız biz kişilər üçün böyük əhəmiyyət kəsb edir.


       Məqalə köhnə saytımızın arxivindən sayta əlavə edilmişdir.
       Müəllif: Sevgi qəlbli oğlan [e-Mail: [email protected]]


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4706   Tarix: 20 iyun 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018