İnternetlə alış-verişə üstünlük verənlər çoxalır (Video)

İnternetlə alış-verişə üstünlük verənlər çoxalır (Video)Son zamanlar Azərbaycanda elektron ticarət geniş yayılıb. Ölkəmizdə elektron ticarətin dövriyyəsi 1 milyon dolları ötüb. Dövlət Statistika Komitəsindən deyirlər ki, son 5 ayda elektron qaydada pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1,8 dəfə artaraq 900 min manatı keçib. Əhaliyə online rejimində ticarət xidməti göstərənlərin 87 faizini hüquqi, 12 faizdən çoxunu isə fiziki şəxslər təşkil edir. Elektron ticarətin 94 faizə qədəri qeyri-ərzaq mallarının payına düşüb.

Bu sistem vasitəsi ilə istədiyiniz məhsulu istər ölkədaxili, istərsə də xarici ölkələrdən sifariş etmək mümkündür. Bizdə isə ölkə vətandaşları daha çox internet vasitəsi ilə maşın, mobil telefon, xüsusilə qadınlar geyim, kosmetik vasitələr və ucuz zinət əşyaları sifariş verirlər. İnternet vasitəsi ilə həyata keçirilən satışların qiymətləri də adi satış qiymətindən çox aşağı olur. Həmçinin sifariş edərkən maksimum vaxt itgisinə, həm də pula qənaət edilir. Ancaq Azərbaycanda bu sistem yeni yarandığından əhalinin inamı hələlik azdır, çünki alınan məhsulun çatdırılmasında müəyyən problemlər də yaşanır.

Bir çox dövlətlərdə insanları elektron ticarətə cəlb etmək üçün müəyyən müddətdə vergi güzəştləri tətbiq edilir. İqtisadçıların fikrincə, Azərbaycanda da bu sistemi bir müddət əlavə dəyər vergisindən azad etmək olar. Əvəzində isə əməliyyatlar bank xidmətləri vasitəsi ilə nəğdsiz ödəniş formasında aparıldığından bu kölgə iqtisadiyyatının da qarşısını almağa və maliyyə şəffaflığını təmin etməyə təkan verər.

Statistik məlumatlara görə, dünya ölkələrindən ən çox elektron ticarətlə Yaponiya və Koreyada məşgul olurlar. Amerika Birləşmiş Ştatlarında ticarətin 80 faizi , Avropada 60, Azərbaycanda isə cəmi 4 faizi elektron şəkildə həyata keçirilir.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1600   Tarix: 17 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390