FotoZip v1.0 - ilk dəfə Big.Az-da

FotoZip v1.0 - ilk dəfə Big.Az-daFotoZip - Gizli saxlamaq istədiyiniz şəkilləri, videoları, sənədləri, arxivləri vahid 1 foto daxilində gizlətmək üçün proqramdır. Bəli, səhv oxumadınız, bütün sənədlərinizi bircə şəkil daxilində gizlədiləcəksiniz. Şəkil hər kəs tərəfindən görünür amma onun gizli arxiv daşıdığını heç kəs bilməyəcək...

Azəri proqramlar silsiləsinə daxil olan yeni proqram İLK DƏFƏ BİG.AZ üçün təqdim edilir.

Arxivə xüsusi parolun qoyuluşu, istədiyiniz fotonun seçilməsi, istənilən arxivin yaradılıb vəya hazır arxiv kimi yerləşdirilməsi mümkündür. İnternetdə bu tip, xarici proqramların sayı azdır, hər birinin sistem resursunu istifadəçi nizamlamalı olsa da, FotoZip istifadəçi üçün hər şeyi özü edir.

Üstün cəhətləri ondan ibarətdir ki, proqramın korrekt bağlanmaması nəticəsində heç bir sənəd itmir, ölçüsü 4GB-dan yuxarı arxivlər dəstəklənir, istədiyiniz fotonu seçə bilərsiniz. Sadəcə etapları keçin və proqramın işi bitirincə sizə xəbər verməsiniz gözləyin.

Tamamilə Azəricə yazılmışdır və yerli proqramdır.

İstifadə qaydası:
1) Proqrama daxil olub qovluğu seçib kataloq üzrə sənədlərinizi seçin vəya hazır arxiv sənədiniz varsa onu seçin. Bu seçilmiş sənəd bir başa fotonun daxilinə yerləşdiriləcək.
2) 2ci mərhələdə istədiyiniz şəkili seçin vəya hazır fotolardan istifadə edə bilərsiniz. Bu foto hər kəs tərəfindən adi şəkil kimi görüləcək və arxiv sırf bu fotonun daxilinə yerləşdirəcək
3) 3cü mərhələdə hazırlanmış fotonun yerləşdiyi ünvandaki adını və arxivin şifrəsini qeyd edirsiniz (şifrə olmasa da olar).
4) Proqram işini bitirdikdən sonra şəkili sizə təqdim edəcək.

Şəkil artıq hazırdır, onu adi formada açın, tam qaydası ilə hər kəs adi foto kimi görür. Əgər sizdə WinRAR vəya bunu kimi digər oxşar proqram varsa, şəkili həmin proqramda açın (Open with...). Arxivinizi daxilində görüncə proqramı bəyənəcəyinizə əminəm :)

P.S: proqramın işləməməsi barədə bildiriş etməmişdən qabaq diqqətlə xəbəri oxuyun. Çünki proqram dəfələrdə testdən keçmişdir.

Proqramın görünüş palitrasını "Əməliyyat" menusunda "Rəng nizamlaması"na daxil olmaqla zövqünüzə görə dəyişə bilərsiniz.

Yüklə | Download | Скачать

Həcmi 1.7 MB


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 9349   Tarix: 22 iyun 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040