Süni beyinlərin atası

Süni beyinlərin atasıKompüter elmləri üzrə görkəmli alimlərdən biri olan Marvin Minskinin tədqiqatları nəzəri və praktik olaraq süni intellekt, neyron şəbəkələr, Türinq maşınları və rekursiv funksiyalar istiqamətləri üzrə bir sıra yeniliklərin əsasını qoyub.O, maşın qrafikası və kompüter həndəsəsi, kosmik tədqiqatlar üçün yeni texnologiyalar və digər sahələrə əvəzsiz töhfə verib. Minski eyni zamanda intellektual robot texnikasının pionerlərindən biridir.

Marvin Minski 1927-ci il, 9 avqust tarixində Nyu-Yorkda yəhudi ailəsində dünyaya gəlib, Fildston məktəbi və Bronks ali elmi məktəbində orta təhsilini alıb. Daha sonra Massaçusets ştatının Endover şəhərciyində Fillips Akademiyasını bitirib. Amerika hərbi dəniz silahlı qüvvələrində 1944-45-ci illərdə xidmət edib.

Harvard Universitetində (1950) riyaziyyat üzrə bakalavr dərəcəsi və Prinston Universitetində (1954) Neyron şəbəkələri və beyin modelinin problemi işi üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Minski hələ Harvardda təhsil alarkən ilk konfokal skanedici mikroskopu hazırlayıb. 1957-ci ildən etibarən Massaçuset Texnologiya İnstitutunda çalışıb. 1958-ci ildən institutun professoru olan Marvin müxtəlif kafedralara, o cümlədən elektrotexnika və kompüter elmləri kafedrasına başçılıq edib. Minskinin əsas tədqiqatları süni intellekt nəzəriyyəsi və praktikasına həsr edilib.

O, 1958-ci ildən maşın qrafikləri və həndəsə hesablamaları problemləri ilə məşğul olmağa başlayır. DEC firmasının PDP-1 ilk mini-kompüterində monitorun ekranında üç işıq ləkəsi yaradan proqramı yazır. Bununla ən müxtəlif təsvirləri hazırlamaq mümkün idi: buruq saçlar, qızılgül, həndəsi fiqurlar və s. Bu proqrama heyran qalmış hakerlər arasında o, minskitron adını almışdı.

Süni intellektin patriarxı

M.Minski 1959-cu ildə Con Makkarti ilə birlikdə Massaçusets Texnologiya İnstitutunda ilk süni intellekt laboratoriyasının əsasını qoyur. Minskinin burada uzun müddət çalışması intellektual sistemlərin yaradılması sahəsində silinməz iz buraxıb. Təsadüfi deyil ki, onu süni intellektin patriarxı adlandırırlar.

Məlumat üçün bildirək ki, 1956-cı ildə Marvin Minski və Con Makkartinin rəhbərliyi altında Dartmut kollecində konfrans təşkil olunur. Süni intellekt termini ilk dəfə məhz bu konfransda səsləndirilir. Con Makkarti bu ifadəni işlədərkən süni intellekti maşınları intellektual etmək elmi və mühəndisliyi adlandırıb.

Qeyd edək ki, süni intellekt (Sİ) (ingilis dilində artificial intelligence (AI)) - insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elmdir. Bu sahədə aparılan tədqiqatlar kompüter elmləri, psixologiya, fəlsəfə, linqvistika, iqtisadiyyat, optimizasiya, məntiq nəzəriyyəsi və bir sıra başqa sahələrə əsaslanır.

Süni intellektin tətbiqində elm və mühəndislikdən geniş şəkildə istifadə olunur. Bu sahə insanın sahib olduğu ən dəyərli mülkiyyəti olan intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunması məqsədilə yaradılıb və inkişaf etdirilib. Süni intellekt yaradıldığı gündən bəri müxtəlif optimist və pessimist fikirlərlə qarşılaşsa da, bu gün texnologiyanın inkişafında o mühüm yer tutur.

Müxtəlif çətin hesablamalarda və digər tapşırıqların həyata keçirilməsində Sİ-nin rolu böyükdür. Süni intellekt çox yüksək səviyyədə ixtisaslaşmış sahədir, onun çoxlu sayda sahələri vardır. Çox zaman Sİ-in bir sahəsi digər sahəsi ilə qarşılıqlı əlaqədə olmur. Onun bəzi sahələri isə o dərəcədə inkişafa nail olub ki, onlar artıq ayrıca bir ixtisas kimi fəaliyyət göstərirlər. İnsan intellektindən daha güclü bir intellektin yaradılması Sİ-nin əsas məqsədlərindəndir. Onun Süni intellektə addımlar (1961) məqaləsi bu yeni intizamın əsas problemlərini göstərdi. Minskinin Materiya, şüur və modellər (1962) işi şüuru modelləşdirən maşınların yaradılması problemlərinə həsr edilmişdi.

Düşüncə funksiyalarını modelləşdirən maşınların yaradılmasının təşəbbüskarı

1970-ci ildə Marvin Minski Seymur Peypert ilə birlikdə süni neyron şəbəkələri sahəsində sonrakı hazırlamalar üçün fundamental iş olan Perseptronlar kitabını nəşr etdirir. Kitabda həmin dövrdə həyata keçirilən süni intellekt istiqaməti üzrə neyromodel tədqiqatlarının tənqidi analizi verilmişdi. Minskinin S.Peypertlə yazdığı digər əsər Süni intellekt (1972) adlanırdı.

Bununla yanaşı, Seymur Peypert ilə birlikdə Logo dilində ilk tısbağanı hazırlayıb. Məlumat üçün bildirək ki, bu dil 70-ci illərin əvvəllərində Massaçusets Texnologiya İnstitutunda hazırlanıb. Logonun əsası kimi süni intellekt sahəsində tədqiqatlar üçün nəzərdə tutulmuş LISP dili götürülmüşdü. Onun genişlənmə qabiliyyəti Logonun çox əhəmiyyətli fərqləndirici xüsusiyyəti idi.

Bu dildə müəllim özü fənninə uyğun olan bir sıra prosedurlar yaza və onları şagirdlərin leksikası ilə izah edə bilərdi. Bu halda yeni prosedurlar sintaksis olaraq inteqrasiya edilmiş komandalardan fərqlənmirdi.

1970-ci illərin əvvəllərində Minsk və Peypert Şüur cəmiyyəti adlandırılan və süni intellekt sahəsində tədqiqatlar təcrübəsi ilə uşağın inkişafının psixologiyası üzərində müşahidələri kombinasiya edən nəzəriyyəni ifadə etməyə başladılar. Nəzəriyyədə mexanizmlərin axtarışı üçün psixologiyadan istifadə edilmişdi. Nəzəriyyənin əsas ideyası Minskinin Şüur cəmiyyəti (1985) əsərində təqdim olunub.

Biliklərin təqdim etməsi sxemi işində (1974) Minski biliklərin təqdim etməsi metodunun hazırlanması üçün semantik şəbəkələrin konsepsiyasından istifadə etdi.

Minski, həmçinin (H.Harrison ilə birgə) elmi-fantastik roman olan Türinqin seçimi (1992) əsərini yazıb.

Artıq 1990-cı illərin sonlarında Minski emosiyaların modelləşdirilməsi problemi üzərində işləyirdi.

Marvin Minski eyni zamanda düşüncə funksiyalarını modelləşdirən maşınların yaradılmasının təşəbbüskarlarından biridir. Minski toxunulmaqla duyulan datçiklərə, vizual skanerlərə və onların proqram və kompüter interfeyslərinə malik birinci mexaniki əllərdən birini hazırlayıb.

Google kataloquna düşən süni intellekt sahəsində 6 görkəmli şəxsiyyətdən biri

Minskinin kompüter elmləri sahəsində nailiyyətləri bir çox nüfuzlu mükafatlarla qiymətləndirilib. Belə ki, o, Türinq, Yaponiya, tədqiqatlarda uğurlar üzrə IJCAI və kompüter texnikası pioneri mükafatlarına və Franklin İnstitutunun Franklin medalına layiq görülüb. Marvin Minski ABŞ Milli Mühəndislik Akademiyası, ABŞ Milli Elmlər Akademiyası, həmçinin Ekstropi İnstitutunun konsultativ şurasının üzvüdür.

O, eyni zamanda ABŞ, Argentina və bir sıra digər ölkələrin nüfuzlu elmi cəmiyyətlərinin üzvü seçilib. M.Minski Lobner Mükafatının (Loebner Prize) sponsorlarından biridir.

Qeyd edək ki, Minski süni intellekt sahəsində altı ən görkəmli şəxsiyyətdən biri kimi Google kataloquna düşüb.

mənbə: itcnews.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2496   Tarix: 14 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925