1 milyard smartfon istehsal olunacaq (Video)

1 milyard smartfon istehsal olunacaq (Video)2016-cı ildə smartfonlar qlobal mobil telefon bazarının 85 faizinə sahiblənəcək.2016-cı ildə smartfonlar qlobal mobil telefon bazarının 85%-nə sahiblənəcək. Xarici tədqiqat şirkətlərinin qiymətləndirməsinə əsasən, ötən il 712 milyon smartfon istehsal edilib ki, bu da 2011-ci illə müqayisədə 47% çoxdur. Analitiklərin proqnozuna görə, cari ildə 1 milyard smartfon istehsal ediləcək və nəticədə smartfonlar qlobal mobil telefon bazarının 50%-dən çox hissəsinə sahiblənəcək. Bu ilin dördüncü rübündə isə 300 milyondan çox smartfon istehsalı proqnozlaşdırılır. Əgər artım dinamikası belə davam edərsə, mobil telefon bazarının 60%-i smartfon hegemoniyasının payına düşəcək. 2016-cı ilə kimi isə bu göstəricinin 85%-dək artacağı gözlənilir. Smartfon tipli telefonların əksinə adi telefonların tədarük həcmi ötən il 17% bu il isə daha 20% azalacaq.

Qeyd edək ki, ötən il olduğu kimi bu ildə "Samsung" və "Apple" şirkətləri ən böyük smartfon istehsalçıları olaraq qalacaqlar. 2012-ci ildə iki şirkət birlikdə 354 milyon qurğu tədarük edib. Bu il isə bu göstərici təxminən 480 milyonadək artacaq. Bununla belə adıçəkilən şirkətlərin ümumi payı Çin şirkətlərinin aktivliyi sayəsində 50-dən 49%-dək enəcək.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1579   Tarix: 12 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740