Tanınmışların qidalanmasına baxanda məni dəhşət bürüyür

Tanınmışların qidalanmasına baxanda məni dəhşət bürüyürAxşam.az saytının müsahibi tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim-filosof, dietoloq Şəmsiyyə Namazlıdır. Söhbətimizin mövzusunu düzgün qidalanma mədəniyyəti, bəzən fərqinə belə varmadığımız bəzi problemlərin məhz qidalanma ilə bağlılığı, ümumilikdə qidalanma fəlsəfəsi haqqında düşüncələr təşkil edir.

- Həkim-filosof vəhdəti o qədər də tez-tez rast gəlinən situasiya deyil. Bunları bir arada necə uzlaşdırmısınız?

- Geniş anlamda təbabətin fəlsəfəsi həmişə məni maraqlandırıb. Sadəcə təbabətlə kifayətlənmək olmur, təbabət dar çərçivədə nə isə verir. Mən həm fəlsəfədən, həm də təbabətdən müdafiə eləmişəm. Azərbaycanda həkim xanımlar arasında iki həkim- filosof var; biri Mehriban xanım Əliyevadır, biri də mənəm.

Xəstənin ürəyinə sirayət eləmək, onun etimadını qazanmaq üçün mütləq fəlsəfi-klinik təfəkkür olmalıdır.

Bu da indiki həkimlər arasında nadir halda rast gəlinir. Nadir hallarda bu dar çərçivədən çıxırlar.

-Siz tibbin dietologiya sahəsi üzrə fəaliyyət göstərirsiniz. Bu dietologiyanın son dövrlərdə daha da populyarlaşması ilə əlaqədardır, yoxsa…

- Bu populyarlıqdan irəli gəlmir. Bəşəriyyət yaranandan insanın fiziki və mənəvi göstəriciləri var. Fiziki göstəriciləri həyatda hərəkəti, necə kilokalori sərf etməsi ilə bağlıdır. Təbii ki, bu enerjini də biz qidalanma vasitəsi ilə alırıq. İnsan karbohidratlar, zülallar, yağlar, mikroelementlər qəbul edir, bunların də hər bir qramının parçalanmasından müxtəlfi kilokalorili enerji ayrılır. Əlbəttə ki, sakit həyatda oturaq işlə məşğul olan insanlarda az kilokalori eneji sərf olunur. Məsələn, təxminən 2300-2500 kilokalori bizə gün ərzində bəs edir. Amma fiziki aktiv hərəkətlə məşğul olan insanlar üçün bu, yetərli deyil. Məsələn, ustaya, idmançıya daha çox kilokalori enerji lazımdır. Bunun üçün də insanların qidalanmasındakı fərqlər müxtəlif olur. O baxımdan da zaman-zaman hər dövrdə qidalanma insan həyatındakı atributlardan ən önəmlisi hesab olunur. İstər fiziki, istər mənəvi, istər bioloji baxımdan. Çünki qidalanma xüsusi bir mədəniyyətdir. Təcrübələrimə və empirik müşahidələrimə əsasən, deyə bilərəm ki, qida mədəniyyəti olmayan insanı bütöv, kamil insan kimi tanıya, göstərə bilmərəm. Bəzən elə bir məqam olur ki,

hansısa məclisdə bəzi tanınmış insanların qidalanmasına baxanda məni dəhşət bürüyür.

Bunlar necə uyuşmayan qidalarla qidalanırlar? Nə gəldi, necə gəldi yeməkmi olar? Kənardan hansısa tanımadığın bir insanın qidalanmasına baxıb ona təxmini qiymət vermək olar. Bəzən zahiri görkəmlə qidalanma arasında kəskin bir kontrast olur. Məsələn, Hacı Zeynalabdıin Tağıyevin qızı Sara xanım vaxtilə Sankt Peterburqda təcridxanada olmuşdu, oradan nimdaş paltar içərisində çıxaraq qorxa-qorxa bir kafeyə yaxınlaşıb yemək istəyir. Kafedəki ofisiantlar ona rəhm edərək yemək verirlər. Xanım bir kənarda oturaraq yeməyə başlayır. Ofisiantın diqqəti ondan yayınmır. O görür ki, nimdaş geyimli bu qadının çəngəl-bıçaqla xüsusi bir davranış mədəniyyəti var. Yaxınlaşıb soruşur ki, siz kimsiniz? Sara xanım qorxur ki, onu yenə tanıyıblar, çünki sovet dövrü idi. Ofisiant deyir ki, sizin kübar bir davranışınız var. Onda Sara xanım deyir ki, mən Hacı Zeynalabdınini qızı Sara xanımam. Yəni onu demək istəyirəm ki,

qidalanma tərzinə baxaraq hər hansı bir insan haqqında fikir yürütmək olar.

Bizim insanlar adətən düzgün qidalanma deyəndə, sanki ancaq kalorili qidaları –ətli, yağlı, qızartma yeməkləri nəzərdə tuturlar. Bu da bizim millətin mentallığından irəli gələn bir şeydir ki, yeməklər qızartma olsun, xörəklər yağlı olsun. Xüsusilə də indi baxırsan ki, yaşından asılı olmayaraq hər kəsdə artıq çəki yaranıb. Cavan xanımdı, gəlir, baxırsan, zahirən çox gözəldi, ancaq artıq çəkisi olduğuna görə gözəlliyi, Tanrının verdiyi konfiqurasiya, cizgilər itib. Təbii ki, burada daxili hormonal disbalans varsa, hər hansı bir xəstəliyi varsa, bunu sırf qidalanmanın üstünə atmaq olmaz. Belə prolemlər varsa, ilk növbədə bunları müalicə etmək, sonra düzgün qidalanma qaydası tətbiq etmək lazımdır. Bəzi xanımlar deyir ki, mən çörək yemirəm, ya da lap az yeyirəm. Karbohidrat, zülal balansı düzgün qurulmalıdır. Tamam çörək yeməmək düzgün deyil. Çünki çörəkdən tamam imtina edirsə, onda orqanizm çörəkdən aldığı enerjini digər mikroelementlərin, qidaların parçalanması hesabına alacaq. Əgər karbohidrat qəbul eləmirsə, mütləq zülallar, yaxud yağlar parçalanacaq. Orqanizm özünə lazım olan enerjini hardansa almağa məcbur olacaq. Deməli, dolayısı ilə əvvəl-axır maddələr mübadiləsi pozulur. Çünki orqanizm fasiləsiz olaraq xaricdən qida qəbul edir. O qidalar orqanizmə daxil olandan sonra parçalanır və orqanizmin qurulması, yeni hüceyrələrin yaranması üçün birləşmələr əmələ gəlir. Bunlara assimilyasiya və dissimilyasiya deyilir. Əlbəttə ki, uşaq və cavan yaşlarında orqanların qurulmasına daha assimilyativ faktor, yaşlı dövrlərdə isə daha çox dissimilyativ faktor cəlb olunur. Bu insan anadan olandan dünyasını dəyişənə qədər bizi müşayiət edir.

Böyük amerikan filosofu Senekanın dediyi kimi insanlar ölmürlər, onlar özləri özlərini öldürürlər.

- Bəzən də «ölüm bağırsaqdan başlayır» və yaxud «biz yediklərimizlə deyil, həzm etdiklərimizlə yaşayırıq» deyirlər.

- Təbii, o da var. Yəni biz qidamızla özümüzü, orqanlarımızı öldürürük. Həzm də o vaxt düzgün gedir ki, orqanlarda problem olmasın. Həzm nazik bağırsaqlarda gedir. Bağırsaqlarda problem yaranıbsa, qəbizlik varsa, onların xovları qida qalıqları, toksinlərlə tutulubsa, təbii ki, yeyilən qidaların sorulması getməyəcək. Və bəzən elə xəstələr olur ki, günlərlə orqanizmlərində qida qalıqları qalır. Və həmin toksinlər yenidən qana keçərək qaraciyəri ikincili olaraq zəhərləyir və intoksikasiya gedir. Belə insanlar daim yuxulu olur, onların aktiv hərəkətləri mümkün deyil, gümrah olmurlar. Yəni, sağlam qidalanma beyin qan dövranının yaxşılaşması deməkdir. Əbəs yerə deməyiblər ki, sağlam bədəndə sağlam ruh olar. Bunu müdriklərimiz sadəcə olaraq gəlişi gözəl söz kimi işlətməyiblər. Dərindən analiz edərək söyləyiblər. Belə insanların enerjiləri aktiv, düşüncələri aydın olur.

Düzgün qidalanma sağlamlıq deməkdir.

Sağlamlıq isə gözəlliyin, cavanlığın, fiziki aktivliyin harmoniyası deməkdir. Harmoniya pozulandan sonra yaşından asılı olmayaraq insanın əlbəttə ki, intellektual səviyyəsi də aşağı olacaq.

- Müstəsna hallar da ola bilərmi?

- Bəli, istisnalar olur. Bəzən fiziki cəhətdən insan öz sağlamlığını itirər, amma buna baxmayaraq mənəvi sağlamlığını saxlaya bilər. Tarixdə də belə faktlar var. Belə şəxsiyyətlər çox az, barmaqla sayılacaq qədərdir, amma var. Məsələn, Henrix Heyne ömrünün son günlərini yaşayanda sürünə - sürünə Luvra gedir və antik dünyanın insan haqqındakı cismani və mənəvi gözəlliklərini özündə əks etdirən Afroditanın heykəli qarşısında diz çöküb ağlayır. Son günlərini də mənəvi qida almaqla keçirir. Bu misalda görürük ki, fiziki tamlıq gedib, amma zehni tamlıq hələ pozulmayıb. Və sanki Afrodita da ordan ona baxaraq deyir, görmürsənmi, mənim qollarım yoxdur, mən sənə kömək edə bilmərəm. Və yaxud Ostrovski fiziki sağlamlığını itirmiş, yatağa məhkum olunmuş bir xəstə idi. Amma mənəvi sağlamlıq qalmışdı, ayağı ilə «Polad necə bərkidi» romanını yazıb tamamladı. Bizim çox dəyərli ziyalımız İsmayıl Şıxlının son günlərində- xəstəliyinin ən ağır zamanında mərhum Mürşüd Məmmədli ilə birgə ona baş çəkməyə getmişdik. İsmayıl müəllim artıq başını yana belə çevirə bilməsə də «Ölən dünyam» əsərini tamamladı, o diqtə elədi, xanımı yazdı. Bu da yenə fiziki tamlıq itsə də mənəvi sağlamlığın qalmasına işarədir. Çünki sağlamlıq sadəcə olaraq fiziki deyil, həm mənəvi, həm sosial, həm də kosmopolitik… o qədər geniş anlayışdır ki, bütün bunların hamısının əsasında da düzgün qidalanma dayanır. Əgər insan düzgün qidalanmasa dediyimiz bütün bu faktorlardan məhrum ola bilər.

- Bizdə əksər hallarda dieta anlayışı arıqlama, artıq çəki atmaqla bağlı assosiasiya olunur. Bu, düzgün yanaşmadırmı?

- Hansısa xəstəliklə bağlı məxsusi, müalicəvi dieta təyin olunur, stol nömrələri olur- 0, 1, 2, 3 və sair. Bir də var ki, düzgün qidalanmaqla bağlı dietalar. Çox təəssüf ki, bizdə insalar bunu səhv başa düşürlər. Bütün qidalardan proporsional şəkildə qəbul etmək bəzilərinin də başa düşdüyü kimi dieta deyil, düzgün qidalanmadır. Artıq çəki də onun pozulduğu zaman yaranır. İnsanın boyu ilə çəkisi arasında bir tarazlıq olmalıdır. Təxmini olaraq 165 santimetr boyu olan şəxsin çəkisi 60-65 kiloqram olmalıdır. Analarımız bizi dünyaya sağlam gətirir. Sonrakı həyatımız dövründə biz özümüz tənbəlliklə, pis vərdişlə, düzgün olmayan qidalanma ilə sağlamlığımızı pozuruq. Bir də mentallıq məsələsi var.

Bizdə idmana gedən evdar qadına bir az qəribə baxırlar.

Düşünürlər ki, bu, niyə işini-gücünü atıb idmana gedir? Avropadan fərqli olaraq bizim üçün belə faktorlar var. Amma yenə də bütün bunlardan keçərək həm idmanla məşğul olmaq, həm düzgün qidalanmaq və bir də intellektin inkişaf etdirilməsi ilə məşğul olmaq lazımdır. İnsanın ruhunun, daxili aləminin, şüurunun rahatlığı üçün intellektin inkişafı, özündən sonra hansısa mənəvi irs qoyub getməsi çox vacibdir. Qidalanma da o fəaliyyətə xidmət edir. Normal fəaliyyət göstərib, düzgün həyat tərzi keçirmək üçün düzgün qidalanmalıyıq.

-Yəni məşhur misalda deyildiyi kimi, yaşamaq üçün yeməliyik, yemək üçün yaşamamalıyıq.

-Əlbəttə ki.

Böyük mütəfəkkir Firudin Köçərlinin dediyi kimi- hər nə düşdü yeməkdənsə ac qalmaq yaxşıdır, hər kimsə olmaqdansa tənha qalmaq yaxşıdır.

Ona görə də hesab edirəm ki, təbabət yaranandan bu günə qədər insana yardım etmək arzusundan doğub və bu gün də özünün humanistik missiyasını yerinə yetirərək ölümlə həyat arasındakı mübarizənin təmsilçisi kimi fəaliyyətini davam elətdirir və möhürünü vurur.

- Yapon alimi Kadtsudzo Nişinin fəlsəfəsi ilə tanışam. Onun müəyyən müddət ərzində tam aclıq keçirərək, yalnız distillə olunmuş su qəbul edərək bir çox ölümcül xəstəliklərdən, həmçinin artıq çəkidən xilas olmaq nəzəriyyəsi çox inandırıcıdır. Buna münasibətinizi bilmək maraqlı olardı.

-Buna münasibətim çox müsbətdir. Əlbəttə, bu aclıq çox uzun müddət aparılmır. Müəyyən olunmuş zaman ərzində, situasiyadan asılı olaraq bir neçə gün orqanizm yalnız distillə olunmuş su qəbul edərək şlaklardan təmizlənir, uzun müddət ərzində yığılmış toksinlərdən azad olur. Amma orada bir norma, bir göstərici var. Aclığı qurtarandan sonra birdən-birə zülali, ağır qidalara keçmək olmaz. Meyvə- tərəvəzlə başlayıb üç gün müddətində tədricən normal qidalara keçmək olar. Qarşıdan mübarək Ramazan ayı gəlir. Biz bir ay fasiləsiz olaraq oruc tutmaqla həm fiziki, həm mənəvi cəhətdən təmizlənirik. Bu zaman ruhən sublimasiya gedir, Tanrının dərgahına yaxınlaşırsan. İnsan heyvani xislətindən azad olur. Bəyəm insan dünyaya yalnız nəsil artırmaq və yemək üçünmü gəlib? İnsanın o qədər çoxşaxəli missiyası var ki. Sadəcə o, bunu dərk etmir. Nə yazıq ki, öz qüdrəti, zəkası, dühası ilə solmaz sənət inciləri yaradan insan eyni zamanda özünün yaratdıqlarının qəniminə çevrilib. Bu insanın ikili təbiətindən irəli gəlir.

Bəşəriyyət Sokratın «özünü dərk et» prinsipinə əməl edə-edə o qədər irəli getdi ki, özünüdərkin içərisində itib-batdı.

İnsan öz oxşarını, klonunu yaratdı. Dünya elmləri, dünya fəlsəfəsi artıq bunun qarşısına bir sədd çəkə bilmir. Klonlaşdırma şəxsiyyətin unikallığını pozan bir problemdir. İnsan çərçivədən çıxıb, necə deyərlər, öz qazdığı quyuya düşüb. Və indi insan ilkinliyinə qayıtmaq, yenidən təbiətin bir parçasına çevrilmək istəyir.

- Sizə daha çox gənclər, yoxsa yaşlılar müraciət edir?

- Çox təəssüf ki, indi xəstəliklər cavanlaşıb. Müayinə edən zaman görürsən ki, başqa bir problemlə gələn xəstədə tamam başqa problem üzə çıxır. Müayinə zamanı görürsən ki, mədəaltı vəzidə artıq problem yaranıb, iltihabi əlamət var. Məsələn, təcrübəmdə bir xəstəm vardı, 11-ci sinif şagirdi idi. Təsəvvür edin ki, bunda qanda lipid spektri o qədər yüksəlmişdi, xolesterin, triqliseridlər…Mədəaltı vəzi böyümüşdü. Hər hansı bir həkim onun yaşını bilmədən müayinələrinin cavabına baxsa, mütləq deyərdi ki, bu ateresklerotik prosesi olan yaşlı bir insanın müayinə nəticələridir. Bütün bunlar düzgün qidalanmamağın, insanın tamahına, nəfsinə qalib gələ bilməməsinin nəticəsidir. Bir də bu, insanın intellektual səviyyəsinə bağlı məsələdir. Düzgün qidalanma ən böyük mədəniyyətdir. Xüsusilə də xanımlar arasında. Bəlkə də kişiləri, xüsusilə də ağır fiziki əməklə məşğul olan və «ət yeməsəm doymuram» deyən kişiləri başa düşmək olar. Amma qadınlar bunu deyəndə mən bir az təşvişə düşürəm.

Qadın geyim və danışıq mədəniyyətində olduğu kimi qidalanma mədəniyyətində də incəliyini qorumalıdır.

Bunlar o qədər harmoniyada olmalıdır ki, qadın qadın kimi görünsün.

-Dietoloq olaraq ilk baxışdan kiminsə zahiri görkəminə nəzər saanda onun qidalanma mədəniyyəti haqqında təsəvvürünüz yaranır?

- Bəli, bəli. Hətta hərəkətlərindən, xüsusilə qadınların hərəkətlərindən hər şeyi müəyyən eləmək mümkündür. Elm sübut edib ki, kobud səsli qadınların qidalanmaları da, hərəkətləri də, davaranışları da kobud olur, onların tükləri də cod olur.

- Belə hallar hormonal problemlərlə də bağlı ola bilməzmi?

- Hormonal bağlılılq da var. Amma hamıda belə olmur ki… Yəni ilk baxışdan kobud qadının incə qidalanması mümkün olan şey deyil.

- Deməli, bu halda- biz nə yeyiriksə, oyuq- məsəli özünü doğruldur.

- Təbii. Bizim bir çox ziyalılarımız var ki, əməlləri sözləri ilə düz gəlir. Məsələn, hər kəsin tanıdığı çox hörmətli akademik Əhliman Əmiraslanovun əməli ilə sözü eynilə üst-üstə düşür. Zahiri görkəmi ilə qidalanması harmoniyadadır. İdmanla məşğul olur, tələbələrinə necə tövsiyə edirsə, elə də özü qidalanır. Zahiri görkəmində də artıq çəki hiss olunmur. Və yaxud professor Qalib Qarayev. Eynilə tövsiyə etdiyi kimi yaşayır, zahiri görkəmi ilə daxili aləmi harmoniyadadır. Qida tərzlərinə bələd olduğum üçün bu insanların adını çəkdim. Bəziləri də bir cür deyir, amma başqa cür əməl edir. Ümumiyyətlə, qidalanma çox geniş məfhumdur. Yaponların qida mədəniyyətindən danışmaq istərdim. Onlar necə qidalanır?

Yaponlar aclığı aradan qaldıra biləcək, dadından ləzzət ala biləcək və doymadan çəkiləcək qədər qidalanırlar.

- Yəqin buna görə yaponlar arasında piylənmə əmsalı aşağıdır.

- Bəli, doğrudur. Çünki onlar daha çox təbii və dəniz məhsulları ilə qidalanırlar. Düzdür, bu ərzaqlardan bəziləri bizim mentallığımıza uyğun deyil, amma ümumiyyətlə, onlar faydalı qida qəbul edirlər. Düzgün qidalandıqlarına görə də şüurları aydındır. Əgər fikir verdinizsə, Yaponiyada zəlzələ olan zaman bir insan təşvişə düşmədi, həyəcanla qışqırmadı. Ölkələrdən Yaponiyaya humanitar yardım getmişdi, insanlar növbəyə düzülərək səbirlə sıralarını gözləyirdilər. Bir daha vurğulayım ki, düzgün qidalandıqda qan saf olur, toksinlər az olur, bu da düşüncənin, şüurun ayüdın işləməsinfə şərait yaradır. Düzgün qidalanmadıqda, təfəkkür aydın olmur. Fikir verin, niyə intoksikasiyanın son mərhələsində xəstələrdə sayıqlamalar olur. Çünki orqanizm o qədər zəhərlənib ki, şüur alaqaranlıqdır, tam aydın deyil, görmə, eşitmə hallüsinasiyaları olur. Bu da qidalanma ilə birbaşa bağlı olaraq qəbul edilən mikroelementlərin beyin qan dövranına necə təsir etməsi ilə əlaqədardır. Bu baxımdan hər zaman bir nöqtəyə vurub üstündə dayanaraq vurğulayıram ki, mütləq qidalanma düzgün olmalıdır.

- Belə anlaşılır ki, bizi aqressiv də, sakit də edən qidalarımızdır?

- Bu özü çox geniş mövzudur, buna başlasaq, saatlar gərəkdir. Amma həkim və alim olaraq qeyd edim ki, indi aqressiyanın artması, kriminalların sayının çoxalması, artıq ölkənin bəzi əyalətlərinin krminogen zonalara çevrilməsinin qidalarımızla, genetik modifikasiya olunmuş (GMO) ərzaqların qəbul olunması ilə bağlılığı var. Bu çox önəmli məsələdir. Hazırda bütün dünyada bu problem var. Amma əksər sivil ölkələrdə belə məhsulların altında yazısı var ki, bunlar GMO-lu məhsullardır. Hətta illər öncə respublikaya xaricdən kütləvi şəkildə toyuq budları gətirilən zaman mətbuatda həyəcan təbili çaldım ki, bu budlarda çoxlu miqdarda kanserogenlər, mikroelmentlər var. Hansı ki, mənfi təsir edəcək, biz həkimlər illərdən sonra qarşısını almaqda aciz olduğumuz xəstəliklərlə qarşılaşacağıq. Elə də oldu. Adətən bəllidir ki, toyuqlara vaksinlər budundan vurulur, zəhərli maddələr də orada toplanır. Artıq 15-18 il keçib, ərzaqlar öz işini görüb, nəticəsini də göstərməkdədir. Əlbəttə ki, bütün bu hallarda günahın hamısını ərzaqın üstünə də yıxmaq olmaz. Burada həm mənəvi, həm psixoloji, həm etik, həm ictimai faktorlar var. Yəni insanların bu hala gəlməsində çoxşaxəli faktorlar var ki, bir şaxəsi də qidalanma ilə bağlıdır. Mən hesab edirəm ki, qidalanmanın üstünə də xeyli faiz düşür. Məncə, elə buna görə cəmiyyətimizdə belə vəziyyət alınıb, kriminallar artıb,

İnsanlarda bir-birilərinə qarşı sevgi azalıb.

- İnsanlar arasında sevgi azlığından söz açdınız.Sizcə dietanın da sevgi ilə yaxud əksinə hansısa bir əlaqəsi, yaxud bir-birinə qarşılıqlı təsiri varmı?

- Alimlər belə bir təcrübə aparıblar; sevən və biganə insanlar arasında kontrol müayinə ediblər. Hər iki qrupda bədənində dərinin tamlığını pozmaq şərti ilə cizgilər çəkilib. Müşahidələr göstərib ki, sevən insanlarda yaraların sağalma qabiliyyəti daha tez olur, nəinki sevməyən insanlarda . Bunu bir tədqiqatın nəticəsi olaraq misal çəkdim. Bu eynilə qidalanmaya da aiddir. Sevən insanların hormonlarında dəyişikliklər olur. İnsan sevəndə orqanizmdə sevinc, xoşbəxtlik hormonu artdığı üçün o hormon bizə cəsarət, ruh yüksəkliyi verir. Amma biganə insanlarda bu passiv haldadır. Eyni zamanda həmin həvəslə, həmin ehtirasla, həmin ləzzətlə süfrəyə otururuqsa, ən adicə pendir-çörək də yesək, bizə ləzzət edəcək. Bu zaman həzm də düzgün gedəcək. Çünki beyin qabığından mərkəzlərə mənfi siqnallar getmir. Hər şey normaldır, qaydasındadır, xoşbəxtlik hormonu hər şeyi tənzimləyir. Sevən insanın qidalanması da, həzmi də düzgün olacaq, orqanizm də bu zaman sağlamlığını qoruyacaq, üzündə daim bir təbəssüm parlayacaq. Sevgi həm də sadəcə sevdiyi insana yox, geniş anlam daşıyır. Vətənə, övlada, valideynə, işə sevgi də vacibdir.

Hansı obyektə olmasından asılı olmayaraq ürəyində sevgi olan insanda naqislik ola bilməz.

Öz övladına sevgisi olan digərinin övladına pislik edə bilməz. Anasına sevgisi olan bütün analara hörmətlə yanaşacaq. Bir xanıma sevgisi olan insan əlbəttə ki, bütün xanımlara hörmət edəcək. Əlbəttə ki, burada müqəddəs sevgidən söhbət gedir. Süni, təmənnalı sevgidən yox. Təmənnalı sevginin arxasında başqa şeylər dayanır və nəticəsi də başqa olur. Tarix boyu bütün dünyanı düşündürən, bütün mütəfəkkirlərin, dahilərin yaradıcılığının mərkəzində dayanan sevgi mövzusu olub.

Sevginin bütün məsələlərə dəxli və müsbət mənada təsiri var.

- Son sualım: siz həkimsiniz, birbaşa peşənizlə bağlı olduğu üçün rəqəmlərlə, terminlərlə hansı qidadan nə qədər yedikdə neçə kilokalori enerji ayrıldığını bilirsiniz. Bəs sadə insanlar, geniş kütlə bunu necə müəyyənləşdirsin, həkim olaraq nə tövsiyə edərsiniz?

- Ümumiyyətlə, düzgün qidalanma haqqında dietoloqlar daima bir sıra nəzəriyyələrlə çıxış edirlər; ətlə qidalanma və ətsiz qidalanma (vegeterian) tərəfdarları arasında daim mübarizə gedir. Hər bir nəzəriyyənin tərəfdarı öz nəzəriyyəsinin doğruluğunu sübut eləməyə çalışır. Amma mənim bildiyim və özüm də daxil olmaqla qəbul elədiyim nəzəriyyəyə görə (mən vegeterianam) tarix boyu dahi şəxsiyyətlərin əksəriyyəti vegeterian olub, ət xörəklərindən tamamilə imtina ediblər. Məsələn, Pifaqor özünə tələbələr qəbul eləməmişdən öncə onlara 40 gün aclıq eləməyi tapşırırdı. İnsan ruhən sağlamlaşmalıdır. Pifaqor bununla insanın tamahının, iradəsinin səviyyəsini yoxlamaq istəyirdi və yalnız əmin olduqdan sonra özünə şagird götürürdü. Tarix boyu siyasət aləminə nəzər salsaq görərik, onlar səhər yeməyini adətən səhər saat 11-dən sonra yeyiblər. Bunun məntiqi nədir? İnsan yemək yeyəndən sonra qan dövranı mədəyə doğru sürətlənir. Beyin hardasa bir az arxa plana keçir. Beyin qan dövranında sürət nisbətən zəifləyir. Ona görə də yemək yeyəndən sonra hamı adətən yatmaq istəiyr, ağırlaşır. Bu beyin qan dövranındakı sürətin və beyinin oksigen təminatının nisbətən azalmasına görə baş verir. Ona görə də böyük şəxsiyyətlər, dövlət adamları, böyük şirkət sahibləri saat 11-ə qədər işlərini təhvil verirlər, yalnız bundan sonra rahat şəkildə səhər yeməyinə otururlar. Məsələn, Marqaret Tetçeri misal göstərə bilərəm. Onun həyatı ilə bağlı çox oxumuşam, çox araşdırmalar aparmışam. O da eynilə bu cür qidalanardı. O altsheymer xəstəliyinə tutulmuşdu, şəxsi həkimi gəlib onu müalicə edərdi. Həkimi tövsiyə edərdi ki, belə, belə qidalanmaq lazımdır ki, sizin hisslərinizi geriyə gətirək.

Hətta o məqamda belə Tetçer deyir: mənə hisslərim yox, düşüncələrim, düşüncələrimin aktivliyi lazımdı.

Yəni düşüncələr aydın olursa, artıq qidalanma da düzgün olur, əmək fəaliyyəti də, ictimai-siyasi fəaliyyət də qaydasında olur. O baxımdan belə tövsiyə edərdim: həm karbohidrat, həm zülal, həm yağ qəbul eləsinlər, amma düzgün proporsiyada qəbul eləsinlər. Hansısa birinə üstünlük vermək lazım deyil. Məsələn, bir çox insanlar daima ətlə qidalanır, «səhər də, günorta da, axşam da ət olsun, ət xörəyi olmasa mən doymuram» deyirlər. Bunlar çox eşitdiyim fikirlərdir. Amma bu, çox yanlışdır. Nəyə görə mən ətlə qidalanmanın tərəfdarı deyiləm? Biokimya elmi uzun illərdir tədqiqat aparıb və sübut edir ki, ət yəni, zülal orqanizmə daxil olduqdan sonra son parçalanma zamanı müxtəlif adlı kimyəvi maddələr təkrari olaraq bağırsaqdan sorulur və qara ciyərin antitoksiki təsir vasitəsilə onlar neytrallaşır. Uzun müddət hər gün ət qəbul edən insanda həmin toksinlər qaraciyəri mütəmadi olaraq həmin o prosesə cəlb edir. Beləliklə, qara ciyərdə piylənmə başlayır. Bundan sonra artıq öd ifrazı azalır, öd kisəsinin divarında qatılaşma olur, ödün möhtəviyyatı qatılaşır. Yenə də prosesə mədəaltı vəz qoşulur. Çünki orqanizmya qəbul olunan yağları həzmə verən öd turşuları və mədəaltı vəzin fermentləridir. Və avtomatik olaraq mədəaltı vəz də passivləşir, pankreatitlər başlayır. Mədəaltı vəzinin reaktiv pankreatiti indi cavanlarda daha çox müşahidə olunur. Çünki ayaqüstü yeməklər, fast fud qidaları, qızartma yeməklər indi qida rasionunda üstünlük təşkil edir. Bu baxımdan

mən hər cür qidanın qəbul edilməsinin tərəfdarıyam, bu şərtlə ki, proporsiyanı düzgün müəyyənləşdirsinlər.

Tez-tez və az- az yemək lazımdır. Çünki atalarımız demişkən, çox yemək adamı az yeməkdən də qoyar.

mənbə: axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4208   Tarix: 12 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489