64 yaşlı müəllim 21 yaşlı əlil tələbəsini zorladı (Video)

64 yaşlı müəllim 21 yaşlı əlil tələbəsini zorladı (Video)Moskvanın poliqrafiya texnikumunun müəllimi tələbə qızları zorlamaqda ittiham olunur.Moskva şəhərində yerləşən 56 saylı poliqraqfiya texnikumunda qalmaqal yaranıb. Belə ki, 64 yaşlı müəllim Konstantin Troiçkini 21 yaşlı Olqa adlı əlil tələbə qızı zorlamaqda ittiham olunur.

Olqanın sözlərinə görə, müəllim onu aldadaraq akt zalına aparıb və orada ona təcavüz edib. Hüquq-mühafizə orqanları hesab edirlər ki, Konstantin öz qurbanını təsadüfən seçməyib. İkinci qrup əlil olan Olqa əqli cəhətdən zəifdir. Həmin vaxt ola bilər ki, Olqa nə baş verdiyini anlamayıb.

Polis hadisə barədə mayın 6-da xəbər tutub. Məhz həmin gün Olqa nənəsi ilə polis idarəsinə gəlib və ərizə yazıb.

"O ki körpə uşaqdır! Əlindən tutsan, dalınca gedəcək. Buna görə mən onu hər yerdə müşayiət edirdim və təkcə dərsə gedəndə özbaşına buraxırdım. Olqa özü heç nə demək istəmirdi. Çünki müəllim ondan heç kimə heç nə danışmamağı xahiş eləmişdi. Mən soruşanda isə hər şeyi etiraf elədi", - Olqanın nənəsi deyib.

Hüquq-mühafizə orqanları dərhal ekspertiza təyin ediblər və Olqa ilə psixoloqlar işləyiblər. Məlum olub ki, Olqa, doğrudan da, seksual cinayətin qurbanı olub.

Polis əməkdaşının sözlərinə görə, Konstantin poliqrafiya texnikumunda il yarım idi ki, işləyirdi. O, ifaçılıq və rəqs dərsləri keçirdi.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 6309   Tarix: 11 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740