Kurort neçəyə başa gəlir?

Kurort neçəyə başa gəlir?"2013-cü ildə 50 min nəfərdən artıq vətəndaşın yollayışlardan istifadə edəcəyi gözlənilir"

Artıq yay mövsümü başlayıb. Hər yay olduğu kimi, bu yay da sanatoriya və kurortlara axın müşahidə olunacaq.Maraqlıdır ki, kurortlara üz tutanlar üçün yollayışın qiyməti neçəyə başa gələcək?
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyanın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov AzVision.az saytına bildirib ki,builki yollayışların qiyməti 430 manatdan 700 manatadəkdir : "Azərbaycan Həmkarlar İttifaqlarının nəzdində 1 kurort birliyi, 8 sanatoriya, 1 müalicə pansionatı, 6 istirahət bazası fəaliyyət göstərir. Sanatoriyaların 6-sı ilboyu, müalicə pansionatı və istirahət bazaları mövsümü fəaliyyət göstərir. Sanatoriyalara və istirahət müəssisələrinə yollayışların qiyməti 430 manatdan 700 manatadəkdir. Ötən illə müqayisədə yollayışların qiymətində dəyişiklik baş verməyib. Yollayışlarda qiymət fərqi bir qayda olaraq yataq otaqlarının şəraiti ilə bağlıdır."

AHİK rəsmisi onu da əlavə edib ki, sanatoriya və istirahət evlərinə yollayışlar məcburi dövlət sığortasına cəlb olunan və digər yollayış almaq hüququ olan şəxslərə verilir. Həmin şəxslər yollayışı dəyərinin 15%-ni ödəməklə əldə edirlər. "Yollayışların ümumi sayının 10 faizi isə işçilərə ümumiyyətlə tam güzəştlə pulsuz verilir. İşçilər yollayışları almaq üçün işlədikləri müəssisənin, yaxud üzv olduqları həmkarlar ittifaqı təşkilatlarına müraciət etməlidirlər. Sanatoriya yollayışları işçilərə tibbi arayış əsasında verilir.
Məcburi Dövlət Sosial sığorta (MDSS) haqqı ödəyən şəxs ailə üzvü üçün də yollayış almaq istəyirsə: əgər ailə üzvü məcburi Dövlət Sosial sığorta haqqı ödəyirsə onda ailə üzvü üçün də yollayışın dəyərinin 15%-ni ödəməklə, əgər işləmirsə – MDSS ayırmaları ödəmirsə, yollayışı dəyərinin 50%-ni ödəməklə əldə edə bilər"

N.Ağamirov qeyd edib ki Həmkarlar ittifaqı təşkilatlarının vətəndaşlara yollayışları tam dəyəri ödənilməklə də vermək hüququ var.

"2012-ci ildə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına 20 min nəfərə yaxın şəxs, həmkarlar ittifaqı üzvü yollayışlardan istifadə edib. Bundan əlavə, Həmkarlar İttifaqı təşkilatlarının daxili imkanları hesabına 20 min nəfərdən artıq həmkarlar ittifaqı üzvü də yollayışlardan istifadə edib, ümumilikdə 40 min nəfərdən artıq sosial sığorta ödəyicisi yollayışla təmin olunub.

Qurum rəsmisinin sözlərinə görə 2013-cü ildə 50 min nəfərdən artıq vətəndaşın yollayışlardan istifadə edəcəyi gözlənilir. : "AHİK-in üzv təşkilatları da öz vəsaitləri hesabına inşa etdirdikləri istirahət ocaqlarında həmkarlar ittifaqı üzvlərinin istirahətlərini səmərəli təşkil etməyə çalışırlar. Məsələn, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Nabran zonasında tikib istifadəyə verdiyi istirahət ocağında mövsüm ərzində 400 nəfərə yaxın, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının Nabran qəsəbəsində yerləşən "Lokomotiv" istirahət mərkəzində 360 nəfərdən çox, Dövlət idarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının istirahət zonasında isə 1000 nəfərə yaxın insan istirahət edir. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 260 yerlik istirahət ocağının cari ildə istifadəyə verilməsi nəzərdə tutulub"
Onun sözlərinə görə, bu il də Metropoliten işçiləri Həmkarlar İttifaqı Birliyinin nəzdində sanatoriya–profilaktoriya fəaliyyət göstərəcək: "Sanatoriya- profilaktoriyada hər il 650 nəfər profilaktik müalicə alır. Sanatoriya-profilaktoriyaya bir ədəd yollayışın qiyməti 195 manat təşkil edir. Məcburi Dövlət Sosial sığortasına cəlb olunmuş şəxslər, yəni metropoliten işçiləri bu yollayışların dəyərinin 15 faizini 29 manat ödəməklə əldə etmək hüququna malikdirlər, lakin bu vəsaitin ödənilməsini də Metropoliten İşçiləri HİB-i öz üzərinə götürüb və nəticədə metropoliten işçiləri yollayışları tam güzəştlə pulsuz əldə edirlər".

mənbə: azvision.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6685   Tarix: 05 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862